Nəqliyyat nazirinin keçmiş müavini Arif Əsgərovun baldızı oğlu həbs olunaraq təcridxanaya göndərilib

“Azərbaycan Dəmiryolları” ASC-nin keçmiş rəhbəri və nəqliyyat nazirinin (Ziya Məmmədov erası) keçmiş müavini olmuş Arif Əsgərovun milyonlarla dollarlıq dələduzluq əməlinə görə istintaqa cəlb edilmiş baldızı oğlu bu gün həbs edilib.

Azerbaycanrealligi.com Virtualaz.org-a isitnadən xəbər verir ki, bir həftədən artıqdır  yoxa çıxan Rahib Hüseynovun barəsində məhkəmədə həbs qətimkan tədbiri seçilib. Belə ki, məhkəməyə könüllü gələn R.Hüseynov barəsindəki ev dustaqlığı qətimkan tədbiri dəyşdirilib və o, həbs edilərək saxlanılması üçün Bakı İstintaq Təcridxanasına etap olunub. Məhkəmənin növbəti iclası işin icraatı təzələndikdən sonra müəyyən olunacaq.

Aldığımız məlumata görə, R.Hüseynov barəsində vəkilin iştirakı ilə  protokol tərtib olunub və o, ədliyyə nazirliyinin əməkdaşlarına təhvil verilib.
Xatırladaq ki, Rahib Hüseynov  4 milyon 300 min manat məbləğində dələduzluqda ittiham olunur. Bu iş üzrə onun qardaşı artıq 9 il həbs cəzası alıb.

İttihama əsasən o, zərərçəkənləri Azərbaycan Dəmiryolları QSC-yə yataq dəstləri gətirib dəyərindən dəfələrlə baha qiymətə satmaq, nəticədə yaxşı pul qazanmaq  adı ilə aldadıb. Zərərçəkənlərdən biri Tovuzun sabiq icra başçısı Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalovdur. Cinayət işində A.Əsgərovun oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovun adı isə şahid qismində keçir. Təqsirləndirilən şəxslər deyirlər ki, əslində bu dələduzluq sxemini Arif Əsgərovun oğlu qurub, amma sonda təqsiri onların üzərinə atmağa nail olub, özü isə şahid statusunda yaxasını kənara çəkə bilib.

Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş R.Hüseynov da  ittihamları qəbul etmirdi. Noyabrın 22-də keçirilən sonuncu məhkəmə iclasında o, iştirak etməyib. Buna görə də məhkəmə Hüseynovun  barəsində axtarışa verilməklə həbs qətimkan tədbiri seçib. Qərar icra olunması üçün Daxili İşlər Nazirliyinə göndərilib.

Yeri gəlmişkən, onu da qeyd edək ki, R.Hüseynovun valideynləri övladlarının günahsız olduğunu, törədilən cinayətlərdə Arif Əsgərovun oğlu Elnar Əsgərovun əli olduğunu iddia edirlər. Bununla bağlı Hüseynovlar ailəsi “Yeni Musavat” qəzətinə sensosion məlumatlar açıqlayıblar. R.Hüseynovun anası Lətifə Hüseynova və həyat yoldaşı İsmayıl Hüseynov keçmiş nazir müavini-oliqarxın ailəsində baş verənlər, habelə onun oğlunun qara muhasibatlıq dəftərini, səs yazılarını və s. təqdim ediblər. Onlar deyirlər ki, zərərçəkənlərdən “Azərbaycan Dəmir Yolları” ASC-yə dəyərindən dəfələrlə baha döşəkağı, dəsmal və s. sataraq, yaxşı qazanc əldə etmək adı altında on milyonlarla manat pulu alan əslində Elnar Əsgərovdur. Rahib və qardaşı isə bu dələduzluq sxemində sadəcə olaraq Elnarın tapşırıqlarını yerinə yetiriblər, onun qara muhasibatlıq işlərini aparıblar, kimə nə verdiyini, pulları hara xərclədiyini dəftərə yazıblar.

Elnar Əsgərov 

L.Hüseynova deyib ki, zərərçəkənlər hüquq-mühafizə orqanlarına şikayət edəndən sonra Arif Əsgərov onlara cəmi 23 milyon manat ödəyib. Qadın həmin pulları Arif Əsgərovun evindən daşıyıb DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardığını, orada müstəntiqin pulları zərərçəkənlərə protokol tərtib etməklə payladığını təfsilatı ilə danışıb. L.Hüseynova deyir ki, Arif Əsgərovun bu qədər pulu zərərçəkənlərə ödəməsi dələduzluq sxeminin onun oğlu tərəfindən qurulmasının nəticəsi idi. Belə ki, Rahib Hüseynov qara muhasibatlıq kitabını anasına verəndə həmin pulları Elnar Əsgərovun tapşırığı ilə aldığını deyib.

R.Hüseynov da ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu deyib. O, bütün işləri Elnar Əsgərovun etdiyini bildirib. R.Hüseynovun ifadəsinə görə, ayrı-ayrı şəxslərdən külli miqdarda pullar alınması, onlara faizlər verilməsi, xaricdən gətirilən malların dövlətə baha qiymətə satılması və digər işlər Elnar Əsgərovun nəzarətində olub. Rahib Hüseynov isə Elnarın "qara mühasibat"lığına nəzarət edib. R.Hüseynov 2013-cü ildən etibarən həbs edilmədən öncəyə qədər görülən işlərlə, alınan məbləğlərlə bağlı dəftərlərdə qeydlər yazıb. Beş dəftərdə ayrı-ayrı şəxslərdən aldığı, iş üçün ayrılan milyonları qeyd edib. Qeydlərdə xeyli sayda vəzifəli şəxslərin adının keçdiyi və məbləğlərin 20-25 milyon olduğu məlum olub.

Azerbaycanrealligi.com

Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Hüseyn Cavidin “Seçilmiş əsərləri” Özbək dilində işıq üzü görüb - FOTO

Hüseyn Cavidin “Seçilmiş əsərləri” Özbək dilində işıq üzü görüb - FOTO

  • 08 noy, 14:49
  • 245
Hüseyn Cavidin “Seçilmiş əsərləri” Özbək dilində işıq üzü görüb - FOTO
Amaliya Pənahova vəfat etdi

Amaliya Pənahova vəfat etdi

  • 08 noy, 10:13
  • 1 078
Amaliya Pənahova vəfat etdi
Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyati həftəsi” keçiriləcəkdir.

Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyati həftəsi” keçiriləcəkdir.

  • 03 noy, 09:46
  • 352
Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyati həftəsi” keçiriləcəkdir.
Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət görsədən kurs və dərnəklərin təqdimatı keçirilib - FOTOLAR

Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət görsədən kurs və dərnəklərin təqdimatı keçirilib - FOTOLAR

  • 12 okt, 08:41
  • 582
Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət görsədən kurs və dərnəklərin təqdimatı keçirilib - FOTOLAR
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar