Övladı ilə parkda gecələyən süpürgəçi əlil ana Azərbaycana haray çəkdi: “Yalvarırıq, əziz xalqım...” - ÜRƏKPARÇALAYAN VİDEOLAR


Günlərdir Bərdədə 8 yaşlı övladı ilə parkda gecələyən gözdən əlil, süpürgəçi Nazilə Musayevanın harayına səlahiyyətli şəxslər səs vermirlər

Kimsəsiz, 123 manat maaşla ac-yalavac yaşayan, kirayəsini ödəyə bilmədiyi üçün qışın sazağında parklarda körpəsi ilə gecələyən ananın imdadına yuxarılar çatmırlar. 

Cahan.info xəbər verir ki, Bərdədə şəhid qardaşı olan müstəqil jurnalist Xəyyam Salmanzadə ana-balanı axşam saatlarında parkda yenidən canlı yayıma çıxarıb, bu ailənin faciəsini xalqa eşitdirib, həm jurnalist, həm əlil qadın bu ürəkparçalayan, qandonduran mənzərə qarşısında göz yaşlarını saxlaya bilməyiblər.

Əvvəlki video kadrlardan sonra ölkənin müxtəlif yerlərindən ayrı-ayrı vətənpərvər insanlar, xaricdə yaşayan ürəyiaçıq soydaşlarımız gözdən əlil süpürgəçi qadına maddi dəstək versələr də, onun problemi ianələrlə həllini tapmır. Bunun üçün ilk növbədə dövlətin dəstəyi, məmurların, nazirlərin həssaslığına ehtiyac var. 


Ürəyi xəstələrin və azyaşlıların videoya baxması məsləhət deyil...


Amma günlərdir edilən müraciətlərə, ölkənin tanınmış media orqanlarının bu qadının dərdini ictimailəşdirməsinə baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Bərdə Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, vəzifəli şəxslər, müxtəlif şirkətlər, holdinqlər, Nazilənin faciəsini sükutla qarşılayırlar.

X.Salmanzadə Naziləyə bank hesabı açıldığını, ayrı-ayrı vətəndaşların müəyyən qədər yardım göstərdiklərini söyləyib. Ancaq bu yardımlar xəstə qadının problemlərinin həllinə, müalicə xərclərinə, dolanışığına çatmır. 

Nə Sahil Babayevin rəhbəri olduğu nazirlik onun əllilik pensiyası probleminə baxır, nə Hicran Hüseynovanın komitəsi uşağın təhsili il maraqlanır, nə Bərdə RİH başçısı Vidadi İsayev ona köməklik göstərir. 

Ailənin parkda yatan videosu... Ürəyi xəstələrin və azyaşlıların videoya baxması məsləhət deyil...


X.Salmanzadə canlı yayımda ölkənin bütün zümrələrinə ağız açaraq, xalqdan, dövlətdən yardım istəyib: “Mən burdan Bərdənin imkanlı şəxslərindən, Həcc ziyarətinə gedənlərdən, deputatlardan, “Azərsun” holdinqdən, “Veysəloğlu” şirkətindən, hər gün restoranlarda ziyafət verən məmurlardan xahiş edirəm, yalvarıram onlara, bu ailəyə əl tutun. Bu uşaq sabahın əsgəridir. 

Sabah o, “Qalenvagen”lə Bakı yollarında şütüyən məmur balasının yerinə cəbhə xəttinə aparılacaq. Sabah bu anadan övladını ayırıb əsgər aparacaqsınız. Bəs, o zaman dövlətə bu ailə lazım olacaqsa, indi niyə sahib çıxmırsız? 

Hər il 4-5 min manat dini idarəyə verib həcc ziyarətinə gedənlər, sizə yalvarıram, sizin Məkkəniz, Mədinəniz buradır, bu kimsəsiz, məzlum ailənin dərdinə şərik çıxmaqdır. 

Mən hörmətli Hacı Şahin Həsənlidən, mərhum Rövşən Lənkəranskinin anası Hacı Məsudə xanımdan, deputat Zahid Orucdan, Qənirə Paşayevadan, ölkənin ziyalılarından, nazirlərindən, xeyriyyəçilərindən xahiş edirəm ki, kömək edin.

Bu ölkədə bu qədər şirkətlər fəaliyyət göstərir, günbəgün inkişaf edən Bakıda ən bahalı maşınlar sürülür, milyardlıq layihələr həyata keçirilir. Amma Naziləyə ev vermək, əlillik pensiyası ayırmaq nədənsə çox ağır bir məsələyə çevrilib”. 

Nazilə göz yaşları içində maaşlar hələ verilmədiyi üçün həmin gün yemək yemədiklərini, parkda gecələməyə öyrəşdiklərini, 8 yaşlı oğlu isə imkansızlıqdan məktəbə gedə bilmədiyini ürək ağrısı ilə bildiriblər. 

Nazilə Azərbaycan xalqına, onun vətənpərvər, xeyirxah insanlarına haray səsini ucaldaraq, imdad diləyib. 

Əlil qadın Heydər Əliyev Fondundan, Azərbaycanı prezidentindən, bu videonu izləyən insanlardan köməklik istəyib, bank hesabına yardım olunmasını xahiş edib. 

“Əziz xalqım, bizi bu vəziyyətdən çıxarın. Kimsəmiz yoxdur. Atası uşağı atıb gedib, mən internatdan götürülmüşəm, İmişlidə bir ailənin himayəsində böyümüşəm, qul kimi işlədilmişəm. Sonra məni evli kişiyə ərə verib, canlarını qurtardılar. O da məni uşaqla atıb getdi, qaldım çöllərdə...”

Jurnalist X.Salmanzadə də çıxışında müvafiq qurumları hərəkətə keçməyə çağırıb: “Mən Sahil Babayevin soyuqqanlığı qarşısında söz tapa bilmirəm. 

Dövlət məmurları biganə yanaşırlar. Bu rayondan milyonlar qazanıb, onların ayağının altını süpürən Naziləyə və övladına dəstək durmayanlara ar olsun. Mən daha məmurlardan əlimi üzmüşəm. 

Mən Rusiyada, Türkiyədə, Avropada yaşayan həmvətənlərimizə, ölkəmizdəki mömin qardaşlarımıza, pak qəlbli insanlarımıza, Bərdədə namaz qılanlardan xahiş edirəm ki, bu ailəyə dəstək olun, namaz buradır. 

Mən şəxsən Vidadi İsayevdən, bank müdirlərindən, iş adamlarından xahiş edirəm ki, əl tutun. Ölkənin oxunaqlı media orqanları bu problemi işıqlandırıblar. Bakıdan, Bərdədən, İsraildən, Rusiyadan yaxşı dostlar, ürəyitəmiz insanlar kömək ediblər. 

Onların hesabına kirayə ev tutulub, amma bununla iş düzəlmir. Bir aylıq o ev tutulub, sonra necə olacaq, bilinmir. Restoranlarda yediyinizi feysbukda fotosunu paylaşmayın, çörəyinizi Nazilə və övladı ilə bölüşün. 

Mən şəhid ailəsiyəm, məcburi köçkünəm, küçədə qalmağın, gecə çöllərdə yaşamağın nə olduğunu bilirəm. Ona görə biganə qalmayıb, bu videonu yayın, paylaşın, dəstək olun, Allah əvəzini sizə qaytaracaq. Çox sağ olun, hamınızın qarşısında baş əyirəm”.

Hazırda Milli ÖN-lə pul köçürmək üçün hesab nömrəsi də açılıb:

Musayeva Nazilə Əzizulla qızı

Bank Respublika

380 194 402 867 363 301

Şəxsiyyət vəsiqəsi: AZE 15978270 

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Hüseyn Cavidin “Seçilmiş əsərləri” Özbək dilində işıq üzü görüb - FOTO

Hüseyn Cavidin “Seçilmiş əsərləri” Özbək dilində işıq üzü görüb - FOTO

  • 08 noy, 14:49
  • 245
Hüseyn Cavidin “Seçilmiş əsərləri” Özbək dilində işıq üzü görüb - FOTO
Amaliya Pənahova vəfat etdi

Amaliya Pənahova vəfat etdi

  • 08 noy, 10:13
  • 1 078
Amaliya Pənahova vəfat etdi
Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyati həftəsi” keçiriləcəkdir.

Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyati həftəsi” keçiriləcəkdir.

  • 03 noy, 09:46
  • 352
Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyati həftəsi” keçiriləcəkdir.
Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət görsədən kurs və dərnəklərin təqdimatı keçirilib - FOTOLAR

Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət görsədən kurs və dərnəklərin təqdimatı keçirilib - FOTOLAR

  • 12 okt, 08:41
  • 582
Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət görsədən kurs və dərnəklərin təqdimatı keçirilib - FOTOLAR
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar