Sozcu.az saytını da vurdular - Elşən Əlisoy: Bu məmur özbaşınalığıdır

23, 11, 18
19:07

Sozcu.az saytını da vurdular - Elşən Əlisoy: Bu məmur özbaşınalığıdır


“Biz heç bir vaxt bir çox mətbuat nümayəndələri kimi pul üçün qapı-qapı gəzməmişik. Heç kimin sifarişi ilə yazı yazmamışıq və silməmişik. Bizi belə tanıdıqları üçün də bir başa saytımızı vurublar” – Elşən Əlisoy Məmurlar tərəfindən mətbuata qarşı basqılar artıq özünün pik nöqtəsinə çatıb . Bir müddət öncə təsisçisi olduğum 

Təhsiçisi olduğum Azerbaycanrealligi.com saytı Mətbuat Şurası tərəfindən qanunsuz olaraq “reket siyahı”ya salınıb. Əldə etdiyimiz digər məlumata görə, rəhbəri olduğum xəbər saytına daha bir çirkin plan hazırlanır. 

Belə bir dönəmdə daha bir tanınmış xəbər saytı olan Sozcu.az saytına qeyri – qanuni əngəllənib.  Bununla bağlı saytımıza açıqlama verən Sozcu.az saytının rəhbəri Elşən Əlisoy mətbuata qarşı olan basqıları məmurların səlahiyyət həddini aşması və onların artıq qarşısı alınmaz bir güc sahiblərinə çevrildiyini bildirib.

Elşən bəy, təsisçisi olduğunuz saytın bloklanması xəbəri var. Hazırda sayt işləmir. Sozcu.az saytına qarşı hansısa bir məhkəmə qərarı olubmu? 

Xeyir, bu günə qədər Sozcu.az saytı barədə kiminsə məhkəməyə şikayət ünvanlaması  kimi bir hadisə və hansısa bir məhkəmə çəkişməmiz olmayıb.  Noyabr ayının 18-də sayt işləmədi. Bununla bağlı saytın administratoru ilə əlaqə saxladıq. Administrator saytın həddindən artıq yükləndiyini deyərək,  sayta girişin paket limitini keçdiyini dedi.  Mən də onda limitin artırılmasını xahiş etdim. Bundan sonra saytın administratoru bildirdi ki,  “Erməni kilsəsinə pulsuz verilən qazın əvəzi  ölkə vətəndaşlarından çıxır” başlıqlı xəbər "DDos hücumuna" məruz qalır. Hələ ki, saytı bərpa etmək mümkün deyil.  

Problem serverdə olmaz ki?  

Sayt başqa serverə köçürülsə də heç bir xeyri olmadı. Ümumiyyətlə bildiyimə görə, bir çox məmurlar -  əsasən də SOCAR-ın prezidenti Rövnəq Abdullayev əlinin altında pulla haker qrupları saxlayırlar. Onlar haqqında yazan saytlar ya vurulur, ya da ki, müxtəlif miqdarda pul qarşılığında həmin yazılar sildirilir. Mənə bir nəfər tanıdığım adam belə bir maraqlı söz dedi: “ Bəy, sizi yaxşı tanıyırlar, bilirlər ki, xəbər alveri etmirsiniz, kimdənsə pul almırsınız, ona görə də sizlə danışığa getməyin əbəs olduğunu düşünərək bir başa saytınızı vurublar”. – Mən də düşünürəm ki, doğurda da elədir. Biz heç bir vaxt bir çox mətbuat nümayəndələri kimi pul üçün qapı-qapı gəzməmişik. Heç kimin sifarişi ilə yazı yazmamışıq və silməmişik. Bizi belə tanıdıqları üçün də bir başa saytımızı vurublar. Belə baxnda bu cür tanınmaq mənə qürur verir. Azərbaycan kimi ölkədə və hər gün üzləşdiyimiz mövcud  şəraitdə bü cür tanınmaq özü bir şərəfdir. Ancaq özünə imperya quran məmurlar nə etdiklərindən fərqində olmalıdırlar. Həqiqətdə də bizə doğru olduğumuz üçün problem yaranır.

Bundan sonrakı addımlarınız necə olacaq?  

Hələ ki, saytın bərpa olunmasını gözləyirəm. Hazırda müəyyən texniki işlər gedir. Sayt bərpa olunmasa bununla bağlı Avropa Məhkəməsinə qədər bütün məhkəmə presedurlarını aparacam. Bizi buna məcbur edirlər. Azərbaycanı uçuruma paran məmurları anlamalıdılar ki, mətbuat normal ölkələrin dəyər verdikləri prinsipal məsələlərdən biridir. Ölkəmizin adını mətbuata basqı olan, insan hüquqlarının və söz azadlıqlarının pozulduğu ölkələrin sırasına salmaqla dövlət qarşısında böyük bir cinayət törədirlər. Bir gün gələcək bütün bu etdiklərinə cavab verəcəklər. O zaman İlham Əliyev də onları müdafiə etməyəcək. - Sozcu.az saytının bərpa olunmayacağı təqdirdə yeni bir mətbuat orqanı təsis etməyi  

Planlaşdırırsınızmı? 

Hələlik saytımın bərpa olunması üçün çalışıram. Sozcu.az saytını bərpa etmək mümkün olmayacaqsa, yeni bir sayt açacam və açdığım sayt və sosial şəbəkədə olan səhifələr vasitəsi ilə  harınlamış məmurları ifşa edəcəm. Dövləti talayanlar, mətbuatı əzənlər dövlət üçün çalışanları xalq düşməni elan edib, arzuedilməz şəxs kimi cəmiyyətə göstərməyə çalışmaları nəticə vermir. Nəinki Azərbaycanda olan oxucularımız, ölkədən kənarda olan soydaşlarımız da zəng edərək nə baş verdiyi ilə maraqlanırlar, dəstəklərini təklif edirlər. Diqqət var və bu diqqətə görə də bütün dostlarımıza təşəkkür edirəm.  

17 noyabrda Milli Şura üzvlərinin həbslərini ilə bağlı xəbərləri də ən çox yayımlayan saytlardan biri Sozcu.az idi. Sayta qarşı olan hücumların səbəbi bu da ola bilərmi? 

17 noyabr- Meydan Hərəkatının ildönümü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edən cəbhəçilərin həbs edilməsi ilə bağlı demək olar ki, bütün bəyanatları və mövqeləri dərc etdik. Bu belə də olmalıdır. Xəbər saytı tək şou-biznes xəbərləri dərc etməli deyil ki. Mətbuat orqanları ölkədə baş verən ictimai-siyasi prosesləri işıqlandırmaqla cəmiyyəti informasiya ilə təmin etməlidir. Biz də bununla bağlı əslində edilməli bir işi etdik və edəcəyik də. Bizim işimiz budur.  Saytın əngəllənməsinə səbəblərdən biri bu da ola bilər. Ancaq hücumlar əsasən Müsavat Partiyasının başqanı Arif Hacılının Rövnəq Abdullayevlə və SOCAR-la bağlı olan fikirlərini dərc etdiyimiz yazıya olubdur. Təbii ki, hansı yazıya hücum etmələrindən aslı olmayaraq sayt dağıdıldı və saytda Milli Şura ilə bağlı yazılar da məhv oldu. 

Uğurlar arzu edirəm bəy! - Təşəkkür edirəm  

Dəyanət bəy, sizə də uğurlar razu edirəm!

Azerbaycanrealligi.com

Dəyanət Babayev 


Bizimlə əlaqə saxlayın