Abel Məhərrəmov Röya Ayxana diplomu 20 min dollara satdı. - Şok xəbər

16, 11, 18
20:14

Abel Məhərrəmov Röya Ayxana diplomu 20 min dollara satdı. - Şok xəbər


Azerbaycanrealligi.com-a etibarlı mənbələrdən Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov haqqında ilginc məlumat daxil olub. Xatırlayırsınızsa, şou-biznesin bir neçə xanım müğənnisi efirdə dəfələrlə təhsilləri haqqında danışanda BDU-da təhsil aldıqlarını çəkinmədən nazlana-nazlana qeyd ediblər. Sanki bununla fəxr edirlər. Amma bu şəxslərin çox hissəsi universiteti necə oxuyublar, necə bitiriblər, tələbə yoldaşları kimlər olub, hansı yolla universitetə qəbul olublar çox adama bəlli deyil. Belə məlumatlar Azərbaycan xalqının çox az bir qisminə zamanında məlum olsa da, böyük əksəriyyətə təbii ki, qara sular durulandan sonra məlum olur.

Yadınızdadırsa, müğənni Röya Ayxan hər zaman televiziya kanallarındakı, mətbuatdakı müsahibələrində Baki Dövlət Universitetinin hüquq fakültəsini bitirməsi haqqında çox fəxarətlə danışıb, amma bu xanımın universitetə nə zaman daxil olması, neçə bal toplaması, tələbə yoldaşlarının kimlər olması - bütün bunlar hələ ki, sirlərlə dolu bir pərdə altında yatan məlumatlardır. Saytımıza etibarlı bir mənbədən yalnız o məlum oldu ki, Röya Ayxana BDU-nu bitirmək düz 20 min dollara müyəssər olub. Bu məbləğ ölkənin başlıca elm lakomativi olan və təhsili elm üzərində quraraq inkişaf etdirdiyini iddia edən Azərbaycanın ilk və ən mühüm universitetinə rəhbərlik edən Abel Məhərrəmovun yüngül əxlaqlı sənətkarların diplomlarına qoyulmuş məbləğdir. Bu məbləğ savadı olan, amma bu cür məxfi yollarla yeri tutulan  Azərbaycan gəncliyinin haqq etdiyi universitet vəsiqəsinin satış qiymətidir. 20 min dollar!

Azərbaycanın savadlı və gecə-gündüz oxumaqdan əriyən gəncinin hüquq fakültəsinə yolunu bağlayan od püskürən əjdahanın satışa çıxartdığı və millətin mənəvi dəyərlərini tapdayan, üzünü qaraldan şəxsiyyətlərə verilən "həyata vəsiqənin" qiymətidir. O diplomun qiyməti ki, onu işlətməyəcəklər, evin küncündə unudub toz basmağa tərk edəcəklər. O diplomun ki, neçə-neçə xalq nümayəndələrinin haqqı, hüququ pozulan məqamda onlara həyan olan, onlara hüquqi səs olan bir insanın diplomu ola bilmədi. 20 min dollar az pul deyil. Amma bu pulun aldığı hüquqşünas diplomunun dəyərini əksiltdi, o diplomu yerlə bir etdi. Abel Məhərrəmovun diplom satışının bircə bu faktla məhdudlaşdığını bildirmək, əlbəttə ki, inandırıcı deyil. O, nüfuzlu bir elm ocağının ən nüfuzlu fakültəsini gəlir mənbəyinə çevirməklə, onun şərəfli diplomunu nəfsinə uyub belə ucuzlaşdırmaqla millətimizin qarşısında böyük günah sahibidir. Gənclik bu cür insanları unutmamalı və onların qarşısından qaçmamalıdır, hər zaman mübariz mövqe tutmalıdır.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın