Polis tərəfindən saxlanılan jurnalist İlkin Məmmədli sərbəst buraxılıb

11, 11, 18
11:31

Polis tərəfindən saxlanılan jurnalist İlkin Məmmədli sərbəst buraxılıb


Azerbaycanrealligi.com xəbər verir ki, Jurnalist İlkin Məmmədli sərbəst buraxılıb. Bu barədə hüquqşünas Samira Ağayevə özünün facebook hesabında məlumat verib. Amma S.Ağayevə jurnalistin hansı səbəbdən saxlandığını bilmir: "Hələ özü ilə görüşüb əhatəli məlumat ala bilməmişik", - deyə, o qeyd edib.

Jurnalist İlkin Məmmədli noyabrın 8-də saxlanılıb. O, saat 17.00-da pasport almaq üçün Bakıxanov qəsəbəsindəki Asan Xidmətə gedib. Bildirilir ki: “Xidmətdə onu bir qədər gözlədəndən sonra deyiblər ki, pasport verilməyəcək, çünki ölkədən çıxışına qadağa qoyulub. Onu mühafizə otağına apararaq, orada Sabunçu rayonunun 13-cu polis bölməsinin əməkdaşlarını gözləməsi xahiş olunub. Təxminən 15 dəqiqədən sonra, o, polis bölməsinə aparılıb, bir saatdan sonra DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilib”.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın