Hacı Şahinə özünün iştirakı ilə meyxana deyildi: "Vurğunuq səndə olan ədəb-ərkanə bir başqa cürə" - VİDEO

06, 11, 18
12:51

Hacı Şahinə özünün iştirakı ilə meyxana deyildi: "Vurğunuq səndə olan ədəb-ərkanə bir başqa cürə" - VİDEO


Feysbuk sosial şəbəkəsində Məşədi Dadaş məscidinin imamı, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin meyxana deyilən məclisdə oturub haqqında deyilən meyxanaya qulaq asdığını əks etdirən video paylaşılıb.
Maraqlıdır ki, bir dövlətin təyin etdiyi axundların arxasında namaz qılmayan bəzi dindarların əsas bəhanələri, həmin axundun toylarda iştirak edərək musiqi dinləməsi olur. Belə olan halda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi olan Hacı Şahinin musiqi məclisində iştirak etməsi və meyxanaçıların onun haqqında oxuduqları meyxananı maraqla dinləməsi şəriyət qaydalarına uyğundurmu...?
Sosial şəbəkədə paylaşılan video haqqında  ictimaət tərəfindən müxtəlif fikirlər səsləndirilib . Həmin məclisdə qeyri-adi bir şey olmadığını və  məclisdə ancaq dini musiqilərin dinlənildiyini yazanlarla bərabər, Hacı Şahinin özü-özünə meyxana qoşdurduğunu deyib ilahiyyatçını kəskin tənqid edənlər də olub.

Şəriətə görə musiqinin hansısa formalarının haram buyurulduğunu eşitmişdik. Yəqin ən düzünü ilahiyyatçılar deyəcəklər. Sözügedən məsələ ilə bağlı Hacı Şahinin bir neçə telefon nömrəsi ilə əlaqə saxlamağa çalışsaq da, operatordan telefonun söndürüldüyü və yaxud da zəng çatmayır cavabın aldıq.

Azerbaycanrealligi.com "youtube" -də yayımlanan  Eqreb tv  kanalına istinadən həmin videonu təqdim edir:

VİDEO


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın