"Erməni gülləsi məni öldürmədi, ailəmə qarşı edilənlər öldürəcək" - Qarabağ qazisi

06, 11, 18
10:59

"Erməni gülləsi məni öldürmədi, ailəmə qarşı edilənlər öldürəcək" - Qarabağ qazisi


Azerbaycanrealligi.com xəbər verir ki, "Mənə və ailəmə qarşı edilən qanunsuzluğa görə intihar edəcəm. Bunun isə məsuliyyəti saxtakarlıq edib mənim ev növbəmi dəyişib geri yazan vəzifəli şəxslərin üzərinə düşəcək. Artıq qəti fikirimdir ki, çıxış yolunu ancaq intiharda görürəm. Həyatımdan bezmişəm". Ucar rayonu Qaracallı kənd sakini 2-ci qrup Qarabağ müharibəsi əlili Şöhrət Qasımov Criminal.az saytına açıqlamasında belə deyib.

Qaraba qazisi bildirdi ki, bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinin müdiri Faxrət Gülüşov yaşadığı daxmaya gələrək tezliklə ailəmə ev inşa ediləcəyinə söz verdi, onunla şəkil də çəkdirib:"Ancaq sonra mənə öz iş otağında dedi ki, bu mənlik deyil, nazirlik icazə verməlidir. Mən bir daha əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət edirəm. Cənab nazir, siz bu vəzifədə yenisiniz bilmirsiniz. Ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bəzi əməkdaşları rüşvət müqabilində mənim ev növbəmi dəyişib geri yazıblar. Subut kimi deyim bilin, Ucar rayonu Lək kənd sakini Rafiq adlı Qarabağ müharibəsi əlili ev növbəsində 1-ci, mən 2-ci, Ruslan isə 3-cü idi. Rafiq və Ruslana ev inşa edildi, mənim isə növbəm geri yazılıb 7-ci edildi. Bu saxtakarlıq korrupsiya cinayətini Ucar rayon icra hakimiyyətinin işçisi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı əlbir olub ediblər. Nəticədə də mən gördüyünüz kimi heyvanında qala bilməyəcəyi daxmada 2 azyaşlı uşağımla yaşamağa məhkum edilmişəm. Bu mənzərəni gözləri ilə görən hər bir vicdanlı insan dəhşətə gələr. Bəlkədə Azərbaycan Respublikasında ikinci belə yarasız şəraitsiz və təhlükəli vəziyyətdə olan ev yoxdur ki, mənim ailəm yaşayır. Mənim ailəmin yaşadığı yerə ev yox, daha doğrusu qamışdan düzəldilmiş tövlə demək olar. Yağışda-qarda yaşadığımız daxmanı su basır. Yayda istidən yaşamaq olmur". 

Ş.Qasımovun sözlərinə görə, naziri Sahil Babayevi yaşadığı daxmaya qonaq dəvət edib: "Dəvət etdium ki, gəlib yaşayışımı görsün. Nazir özü gəlməsədə Ucar rayonundakı nümayəndəsi Faxrət Gülüşovu göndərdi. Faxrət Gülüşov gəlib baxdı, dəhşətə gəldi, söz verib şəkil çəkdirib getdi. Ancaq sonradan mənə öz iş otağında dedi ki, bu iş birbaşa nazirliyə aiddir. Mən Sahil Babayevi yenə Ucar rayonunun Qaracallı kəndinə olan daxmama qonaq dəvət edirəm, bəlkə bizim ailənin yaşadığı şəraiti gəlib gözləri ilə görüb insafa gələr. Artıq həyatımdan bezmişəm, buna görə də mənə qarşı edilən qanunsuzluğa etiraz olaraq intihar etməyi qərara almışam. Fikirim isə qətidir. Erməni gülləsi məni öldürmədi, ancaq ailəmə qarşı edilən qanunsuzluq məni öldürəcək". 

Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinin müdiri Faxrət Gülüşov Criminal.az saytına bildirdi ki, Ş.Qasımovun probleminin həlli ilə nazirlik məşğuldur. Onun sözlərinə görə, 2014-cü ilin yanvarınadək olan siyahını Ucar rayon İcra Hakimiyyəti nazirliyə təqdim edib. Həmin siyahı üzrə tikinti aparılır. Evlər tikildikcə problem də həllini apaçaq."Mənzil tikinisi ilə nazirlik məşğuldur. Ona görə də Şöhlətin probleminin həlli bizlik deyil. O, əvvəl növbədə 7-ci yerdə idi. Siyahıya hazırlanmanda fərdi evlər və mənzillər ayrı siyahıya alınırdı. Hazırda isə ümumi siyahıya alınıb. Bu işlərə mən baxmıram deyə problemin nədən ibarə olduğunu da deyə bilmərəm"-deyə F.Gülüşov əlavə etdi.  






Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın