Bərpasına 4,9 milyon manat vəsait ayrılmış turizm üçün əlverişli bölgələrdən olan Göygöl rayonunun Çaykənd yolunun bərbad vəziyyəti - VİDEO

01, 11, 18
09:56

Bərpasına 4,9 milyon manat vəsait ayrılmış turizm üçün əlverişli bölgələrdən olan Göygöl rayonunun Çaykənd yolunun bərbad vəziyyəti - VİDEO


Azerbaycanrealligi.com xəbər verir ki, təqdim edilən fotoşəkillər və video Prezidentin Ehtiyat Fondundan 4,9 milyon manat pul ayrılmış turizm üçün əlverişli bölgə olan Göygöl rayonunun Çaykənd kəndinin yolunu əks etdirir. Videoda gördüyünüz kimi kənd sakinləri üçün əhəmiyyət kəsb edən bu yol yağan yağışlardan sonra bu cür keçilməz nohur və gölməçələrə dönür. Kənd camaatı dəfələrlə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidova və kəndin bələdiyyə sədrinə bu yolun düzəldilməsi ücün rəsmi müraciətlər etsələr də, problemlərin heç birini həllinə nail olmayıblar. Çaykənd kəndinin sakinləri şikayət edirlər ki, əksinə, problemlərin üstünə yerli məmurlar yeni problemlər gətirib və özləri üçün var-dövlət toplayıblar. Yerli sakinlər KİV-nə müraciət edib xahiş edirlər ki, Jurnalistlər Ölkə rəhbərliylərinə çatdırsınlar ki, kənd camaatı kəndlərində yolların bərbad vəziyyətdə olmasından şikayətçidir. Onların sözlərinə görə, dəfələrlə rayonda quruculuq və abadlıq işlərinin görülməsi üçün İH-ə dövlət tərəfindən vəsait ayrılsa da, nəticə etibarı ilə heç bir quruculuq işləri görülməyib. Ona görə də, rayonla kəndləri birləşdirən yollar bərbad vəziyyətdədir. Qışda bu yollarda nəinki avtomobil ilə, heç piyada da hərəkət etmək olmur. Kənd camaatı kommunal problemlərini, məişət problemlərini və ümumən, heç bir sosial dərdlərini heç bir dövlət idarəsində səsləndirə bilmirlər. Çünki icra başçısının təkidi ilə rayon camaatının problemlərinin həll olunmasına baxılmaması barəsində tapşırıq verilib. Eyni zamanda, icra başçının xüsusi göstərişi ilə İcra Hakimiyyətinə qəbula gələn vətəndaşların ərazidən uzaqlaşdırılması tapşırılıb.

VIDEO


Azerbaycanrealigi.com

Bizimlə əlaqə saxlayın