Nemət Pənahlı həbs olundu

13, 10, 18
09:14

Nemət Pənahlı həbs olundu

"Nemət Pənahlıya 30 sutka həbs verildi". - Bu barəsində tanınmış jurnalist Əvəz Zeynallı yazıb. 



Azerbaycanrealligi.com xəbər verir ki, Milli Azadlıq hərəkatının tanınmış simalarından olan Nemət Pənahlı dünən 30 sutka inzibati qaydada həbs olunub. Bu haqda tanınmış jurnalist hüquq-mudafiəçisi Əvəz Zeynallı öz facebook hesabında status paylaşıb. Sözü gedən statusu olduğu kimi
təqdim edirik:


Əvəz Zeynalli "NEMƏT - PƏNAHLIYA 30 SUTKA!

Dünən günorta saat 12.00-dan Nemət Pənahlıdan xəbər alınmayıb. Ailəsi yalnız saat 20.00-dan hadisənin fərqində olub və axtarışlara başlayıb. Bu saatlara qədər Nemət Pənahlıdan xəbər alınmayıb. Yalnız 102-yə müraciət edəndən sonra Nəsimi RPİ-nin 21-ci polis bölməsinin növbətçi əməkdaşı Ramin Salmanov zəng edərək Nemət Pənahlının Nəsimi rayon məhkəməsinin qərarı ilə 30 sutkalıq həbs olundiğunu və Binəqədi müvəqqəti təcridxanasına göndərildiyini deyib. Nemət Pənahlı İXM-nin 535-ci maddəsinə görə həbs olunub. Bu, hakimiyyətin yeni "kəmərsıxma" əməliyyatı deməkdir həm də. Nə etmək istəyirlər, anlaşılmır. Nemət Pənahlıya azadlıq!"

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın