Cəbhə xətdində vəfat edən əsgər anası Mehriban Əliyevaya muraciət etdi: Oğlum xəstəlikdən deyil minaya düşərək Şəhid olub: FOTO

07, 10, 18
18:29

Cəbhə xətdində vəfat edən əsgər anası Mehriban Əliyevaya muraciət etdi: Oğlum xəstəlikdən deyil minaya düşərək Şəhid olub: FOTO

"Mənin oğlum Fizulinin Əbdürrəhmanlı kəndində minaya düşüb ölsədə hərbi komisarlıq onun vərəmdən öldüyünü deyib bunlari bizdən 20-ildir gizlədiblər.



Azerbaycanrealligi.com xəbər verir ki, Mingəcevirdə yaşlı ana 1998-Cİ İLDƏ əsğərlikdə xəstəlikdən həyatını itirmiş oğlunun ölümündə müəmmalar oldugunu deyərək Mehriban Əliyevaya - Müraciət edib sözü gedən muraciətin saytmızda yayımlamasın xahiş etmişdir. 

"Mənin oğlum Fizulinin Əbdürrəhmanlı kəndində minaya düşüb ölsədə vərəmdən öldüyünü deyib bunlari gizlədiblər. İndiyədək aparılan istintaqı da, məhkəmə-tibbi ekspertizanın rəyini də rədd edirəm. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Xanım Əliyevaya Mingəcevir şəhəri Heydər Əliyev prospekti ev 72,mənzil 50-də yaşayan Məmmədova Şölə Rəhim qızı tərəfindən

 MÜRACİƏT

Birinci vitse-prezident, Çox Hörmətli Mehriban xanım!Yazıb bildirmək isdəyirəm ki,oğlum 1980-ci il təvəlüdlü Gülməmmədov Ramil Rövşən oglu 1998-ci ildə Lənkəran Hərbi Qosbitalında vərəm(Hərbi tibbi eksperizanın agciyərinin hər iki divarinin irinli Pnevmaniyasından öldüyü rəyini verib)xəstəliyindən ölüb.4 ayın əsgərinin vərəm xəstəliyindən ölməsinə inanmıram.Cünki əsgərliyə gedərkən hərbi Komisarlığın tibbi müayinəsindən keçib və tibbi müayinənin nəticəsi olan arayışda oglumun tam fiziki cəhətdəndən sağlam olduğu göstərilib.Oğlumun cəsədinə özümüz baxış keçirmişik. onun bədənində minaya düşərkən alınan xəsarət izləri olub.Oğul itkisi ilə üzləşdiyimdən 6-ay şok vəziyyətdə olmuşam.Oğlumun ölüm səbəbin öyrənə bilmədim.Sonradan öyrəndim ki oğlumla birğə 4 nəfər Mingəcevirdən Fizulinin Əbdürrəhmanlı kəndində odun şalban yığarkən minaya düşərək şəhid olublar.Amma bunu bizdən gizlədiblər. Sizdən bir ana kimi xahişim odur ki hərbi xidmət zamanı ölən oğlumun qanı yerdə qalmasın.Araşdırılsın və ogluma şəhid statusu verilsin.Oğlum Vətəni qoruyarkən minaya düşərək şəhid olub o xəstəlikdən ölməyib.Onunda ruhu şad olsun qanı yerdə qalmasın şəhid statusu verilsin adı əbədiləşdirilsin. Hörmətli Mehriban xanım sizin ölkə vətəndaşlarına göstərdiyiniz diqqət və qayğı əvəzolunmazdır. Bu gün sizə ünvanlanan bütün məktublar müsbət nəticə verməklə yanaşı,həmin an öz həllini tapır və layiqincə ölkə vətəndaşlarına köməklik göstərilir.sizin köməyinizlə haqq öz yerini tutacaqdır.




Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın