Qohum evliliklərinə necə baxırsınız? - Paytaxt sakinləri arasında VİDEOSORĞU

30, 09, 18
22:21

Qohum evliliklərinə necə baxırsınız? - Paytaxt sakinləri arasında VİDEOSORĞU


Qohum nigahlar zamanı doğulan uşaqların əngəlli olması və müxtəlif irsi xəstəliklərin daşıyıcısına çevrilməsi tibbi baxımdan təsdiq olsunsa da, bir çox Şərq ölkələrində, o cümlədən Azərbaycanda bu ənənəyə son qoyulmur. Ölkəmizdə nigahların 56 faizi qan qohumları olan xalaoğlu xalaqızı, əmioğlu əmiqızı, dayıoğlu bibiqızı vəya bibioğlu dayıqızı arasında bağlanır. Bu cür ailələrdə nitq qüsurlu, fiziki əngəlli, davranış pozulduğu olan uşaqların doğulması faktları da az deyil.

Bəs görəsən, vətəndaşların qohum nigahlarına münasibəti nədir? Onlar baş verə biləcək fəsadları gözə alaraq qohumla ailə qurmağın tərəfdarıdırlarmı?

Musavat.com bu suallarla paytaxt sakinləri arasında sorğu keçirib. Respondentlərin cavabları birmənalı olmayıb. Bir çoxları yaxın qohumların bacı-qardaş sayıldığını qeyd ediblər. Digər bir qism isə bu evliliklərin normal hesab edildiyini və sağlam uşaqların dünyaya gəldiyini bildirib.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın