"Azərbaycanda heç bir aclıq problemi yoxdur" - Nazir müavini

25, 09, 18
17:00

"Azərbaycanda heç bir aclıq problemi yoxdur" - Nazir müavini


Azerbaycanrealligi.com xəbər verir ki, bunu parlamentdə keçirilən beynəlxalq konfransda çıxışı zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

O qeyd edib ki, bu problemin yaranmaması və yaşanmaması üçün ölkədə bir sıra mühüm tədbirlər görülüb, ərzaq təhlükəsizliyinin təmin edilməsi yönündə iki Dövlət Proqramı təsdiq olunub.

Nazir müavini xatırladıb ki, Azərbaycanda aparılan uğurlu işlərin nəticəsidir ki, ölkəmizdə yoxsulluğun səviyyəsi beşdən aşağıya endirilib.

S.Həsənovanın sözlərinə görə, Azərbaycanın da qoşulduğu Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) çatılması istiqmətində böyük işlər görülür və yaxın zamanlarda bu istiqamətdə bir çox beynəlxalq qurumların iştirakı ilə Azərbaycanda geniş beynəlxalq forum keçiriləcək.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın