Qax rayon sakini Pərvanə Həşimova yazır: "Azərbaycan polisi mənim körpə nəvəmi belə xilas edib".

22, 09, 18
16:29

Qax rayon sakini Pərvanə Həşimova yazır: "Azərbaycan polisi mənim körpə nəvəmi belə xilas edib".



Azerbaycanrealligi.com xəbər verir ki, Qax rayonu Tasmalı kənd sakini Pərvanə Həşimovanın DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubundan: “ Belə bir şüar var .“#Mənimpolisimməniqoruyur ”. Bu şüarın reallığını Qax Rayon Polis Şöbəsinin əməkdaşları Eltac və Tərlanın insani keyfiyyətləri ilə tanış olduqdan sonra daha yaxşı anladım. Gecə saat 4 radələrində evimizin ilk nübarı olan nəvəm 41 dərəcə qızdırma içindəydi. Hamımız təşvişə düşmüşdük. Maşınımızla həkimə getməli olduq. Təsadüfən yolda avtomobilimizin yanacağı qutardı. Artıq vəziyyət daha da ciddiləşmişdi. Elə bu zaman, yəni gecə saatlarında polis maşını ilə qarşılaşdıq. Onların köməyi sayəsində xəstəxanaya getməyə müvəffəq olduq və körpənin həyatı xilas oldu. Bu mənim ailəm üçün polislərimiz tərəfindən ən gözəl hədiyyə idi. Xeyirxah əməlləri ilə körpəmizi həyata qaytaran Eltac və Tərlana ailəmiz adından böyük təşəkkürümü bildirirəm”.

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın