Dərbənd şəhərinin qoruq-muzeyindən açıqlama. - VİDEO

30, 08, 18
07:37

Dərbənd şəhərinin qoruq-muzeyindən açıqlama. - VİDEO



Azerbaycanrealligi.com saytının bu dəfəki səfəri Rusiya Federasiyasının Dağıstan Respublikasınadır. Müsahibə aldığımız Dərbənd şəhərinin qoruq-muzeyinin direktor müavini Vəli Mirzəməmməd oğlu Yusifov Dərbənd şəhəri və oradakı turistik marşrutlar barəsində müfəssəl açıqlama verdi. O bildirdi ki: “Dərbənd qədim şəhərdir. Dərbənddə 449 abidə var, cürbəcür müxtəlif statusa malikdirlər və 2003-cü ildən UNESCO siyahısına daxil ediliblər. Bizim əsas abidələrimiz Dərbəndin Narınqalası, qala divarları, qədim şəhər, şəhərcikdir.” Vəli Yusifov direktor müavini vəzifəsində çalışdığı qoruq-muzeyin tarixindən, Dağıstanın “Təsviri sənətlər muzeyi”-ndən, Dərbəndin tarixən turistlər üçün cəzbediciliyi barəsində ətraflı tarixi açıqlamalar da verdi. Turistlərin maraqları baxımından Dərbəndin gəzməli-görməli yerlərini tərif edərək bildirdi ki: “Bizdə müasir mehmanxanalar, yeməkxanalar var. Əlverişli şərait, infrastruktura yaradılıb. Dərbənd qalasını bərpa etmişik, İçərişəhəri - “Mahal”ı da təmir etmişik. Hər il Qala divarlarının bərpa işləri aparılır. Dənizkənarı ərazilərdə də eynilə təmir-bərpa işləri aparılıb. Bura gələn turistlərin heç biri peşman qalmır. Gələnlər yenə gəlmək istəyirlər”. Müsahibəmizin sonunda Vəli Yusifov bütün azərbaycanlılara müraciət edərək hər kəsi Dərbəndə dəvət etdi: “Azərbaycanda olan dostlarımıza, qardaşlarımıza üzümü tutub deyirəm: Gəlin, tez-tez Dərbəndə. Qədim şəhərdir. Dədə Qorqudun qəbri burdadır. Görməli yerlər çoxdur. Məscidimiz Rusiyada ən qədim məsciddir. Dünyada isə birinci yerdədir. Bizim Qala kimi Rusiyada ikinci belə qala yoxdur. Dünyada isə bir neçə bizim qalaya oxşar qala var.”

VIDEO


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın