*9111 və *8111 taksı xidmətinin vergidən külli miqdarda yayınması ehtimal edilir

21, 08, 18
16:24

*9111 və *8111 taksı xidmətinin vergidən külli miqdarda yayınması ehtimal edilir



Azerbaycanrealligi.com xəbər verir ki, 16 avqust 2018-ci il tarixdə həm sayıtımızda, həm də onun "facebook" səhifəsində *9111 və *8111 taksi xidmətlərində istifadə edilən naviqasiya sistemində Azərbaycanın küçə adlarının ermənicə yazılmasını qeyd etmişdik. Bu xidmətləri təqdim edən "APOGEY-7" MMC-nin rəhbərliyi əvvəlcə bu faktları danmaq istədi. Ancaq faktların inkaredilməzliyinə əmin olduqdan sonra günahı "GOOGLE MAPS" sisteminin üzərinə yıxdı. Və sayıtımıza məktub ünvanlayaraq təkzib verməyimizi tələb etdi. Təbii ki, biz haqlı olduğumuz halda geriyə çəkilə bilməzdik. Araşdırmamızı davam etdirik. Məlum oldu ki, qeyd edilən naviqasiya sistemində ümumimilli lidermizin adını daşıyan prospekt bura yazılması mümkün olmayan şəkildə qeyd edilib. Bundan başqa, hələlik adının çəkilməsini istəməyən sürücülərin verdiyi məlumatlara görə bu şirkət hər il vergidən yayınaraq dövlətimizə külli miqdarda zərər vurur. Hələlik əlimizdə dəqiq məlumat yoxdur ki, bu şirkət ildə nə qədər vergi ödəyir. Amma bizə verilən rəqəmləri təhlil edəndə aşağıdakı faktlar üzə çıxır. Deyilənlərə görə, bu xidmətlərdə təqribən 120-dən artıq işçi çalışır. Ancaq onların 20 nəfəri ilə müqavilə bağlanılıb, digər yüz nəfərlə isə yox. Və şirkət bu yüz nəfərə ödədiyi pulu qeydiyyata salmır. Yüz nəfərə verilən maaşı aylıq orta hesabla 300 manatdan götürsək, bu bir ayda 30.000 min, ildə 360.000 min manat edir. Həmin məbləğin 18 faizini(ən aşağı hədlə) vergiyə hesablasaq, bu 64.800 min manat edir. Yenə də deyilənlərə görə, hazırda şirkətə 6000-dən artıq maşın xidmət edir. Və hər sürücü hər gün depozitə ən azı 10 manat pul ödəyir. 6 mini on manata vursaq, bu bir gündə 60.000 min manat edir. Onu da 365 günə vursaq, bu bir ilə 21.900.000 milyon manat edir. Bunun da 18 faizi vergiyə yönəldilməli olsa, 3.942.000 milyon manata bərabər olur. Həmçinin, deyilənlərə görə, bu 6 min maşına "şaşki" şirkət tərəfindən aşağısı 30 manatdan məcburi satılır. Bunun da hasili 180.000 min manata bərabər olur. Bunun da 18 faizi təqribən 32.400 min manat edir. Deyilənlərə görə, şirkət il ərzində ən çoxu 50.000 min manat vergi ödəyir. Qeyd edilən külli miqdarda rəqəmi vergidən yayındırır. Bunlar həqiqətə yaxın olan ehtimallardır. Demək bizdən, bunları araşdırıb tədbir görmək isə təbii ki, Vergilər Nazirliyindən aslıdır.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın