sitename

Hüseyn Abdullayevin Angela Merkel ümidi...

“Quska”nın yaxınlarının iddiaları yayılıb; Almaniya kansleri bir cinayətrkar üçün ağız açacaqmı?

Almaniyanın kansleri Angela Merkel Qafqaz turnesi çərçivəsində avqustun 25-də Bakıya səfər edəcək. Xanım Merkeli Bakıda səbrsizliklə gözləyənlər sırasında Türkiyədə həbs olunaraq Azərbaycana gətirilən sabiq deputat, “Quska” ləqəbli Hüseyn Abdullayev də var. Redaksiyamıza daxil olan məlumatlar onu deməyə əsas verir ki, kansler Hüseyn Abdullayevin azadlığa buraxılması xahişində buluna bilər. 

Angela Merkelin Azərbaycana səfəri ərəfəsində Hüseyn Abdullayevin anası 76 yaşlı Zeynəb Abdullayeva barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri daha 2 ay uzadılıb. 

Sabiq deputatın anası Zeynəb Abdullayeva barəsində Cinayət Məcəlləsinin 326.1 (rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə oğurlama, məhv etmə, zədələmə və ya gizlətmə) və 318.2 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə cinayət işi başlanıb.
ÐаÑÑинки по запÑоÑÑ 76 yaÅlı ZeynÉb Abdullayeva

Hüseyn Abdullayevin, onun anasının vəkilləri, ümumiyyətlə isə Abdullayev ailəsinin yaxınları istintaqın gedişatı ilə bağlı danışmağa həvəs göstərmirlər. Sabiq deputatın və anasının vəkilləri də mətbuat nümayəndələrinin suallarına xəsisliklə cavab verir, çox vaxt sualların mahiyyətindən kənar sözlərlə müvəkkillərinin mövqeyini açıqlamaqdan yayınırlar. Hazırda Hüseyn Abdullayevin barəsində istintaq davam edir. Bakı İstintaq Təcridxanasında günlərini sayan sabiq deputatın barəsində cinayət işi 6 il əvvəl, 2012-ci ildə Vergilər Nazirliyinin İstintaq İdarəsində başlanıb. Həmin dövrdə Cinayət Məcəlləsinin 213.2.2 maddəsi - böyük ölçüdə külli miqdarda vergi ödəməkdən yayınma ittihamı ilə başlanan cinayət işindən dolayı barəsində axtarış elan edilib. 3 oktyabr 2016-cı ildə H.Abdullayevə ümumilikdə 1 milyon 810 min manat məbləğində vergini dövlət büdcəsinə ödəməkdən yayındırması və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarılıb. Həbs edildikdən sonra isə ona qarşı Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə), 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilib. Azərbaycanın hüquq mühafizə orqanları Hüseyn Abdullayevi axtarışa verdiyi dönəmdə o, Almaniyada məskunlaşıb. Özünün vəsaitlərinin böyük qismini bu ölkəyə transfer edərək, orada bizneslə məşğul olmağa başlayıb. Çoxsaylı evlər alıb, təmir etdirəndən sonra onları kirayəyə verən, ayrıca, eyni işi Avstriyada da həyata keçirdən Hüseyn Abdullayev bu iki ölkədə kiçik zavodlar da açıb.
ÐаÑÑинки по запÑоÑÑ huseyn abdullayev deputat
Barəsində beynəlxalq axtarış dayandırılandan sonra isə sabiq deputat bir sıra Qərb dövlətləri ilə yanaşı, Türkiyəyə də ayaq açıb. Orada da özünün biznesini yaratmağa başlayıb. Müntəzəm olaraq Türkiyəyə gedib-gələn Hüseyn Abdullayev bu ölkədə Azərbaycandan gələn tərəfdaşları və ölkəmizdəki “kuratorların” adamları ilə görüşüb, təlimat alıb, ya da özünə yaxın tərəfdarlarını qəbul edərək, müvafiq təlimatlar verirmiş. H.Abdullayev Türkiyədə daha çox inşaat sektoruna yatırım edib və hətta bu ölkədə özünün ofisini də qurubmu.. Onun ofisində həm də Hüseyn Abdullayevin sosial şəbəkə hesablarının idarə edilməsini həyata keçirdən qrup da fəaliyyət göstərirdi. 
Angela Merkelin Hüseyn Abdullayevin xahişini etməsi üçün formal əsaslar da var. Belə ki, Almaniyada məskunlaşandan sonra Almaniya hökuməti ona xüsusi pasport verib. Bu səbəbdən də sabiq deputat həmin sənədə o qədər güvənirmiş ki, özünün hansısa bir ölkədə həbs olunaraq Azərbaycana verilə biləcəyini ağlına da gətirmirmiş.

Amma bu baş verdi, Abdullayev Türkiyədə həbs olunaraq Azərbaycana gətirildi.
ÐаÑÑинки по запÑоÑÑ Hüseyn Abdullayev hÉbs

Hüseyn Abdullayevin yaxınları, xaricdən olan vəkilləri aylardır onun azad ediləcəyinə ümid bəsləsələr də, bu baş verməyib. Almaniya kanslerinin Azərbaycana səfəri isə Hüseyn Abdullayevin yaxınları və xaricdəki vəkilləri üçün fürsət olub və ona müraciət ünvanlayıblar. İddiaya görə hazırda Hüseyn Abdullayevdə belə bir ümid formalaşıb ki, Angela Merkel Azərbaycan rəhbərliyindən onun xahişini edə və o, azadlığa buraxıla bilər. Hüseyn Abdullayevə yaxın bəzi mənbələr artıq kateqorik şəkildə iddia edirlər ki, bu mütləq baş verəcək. Azərbaycan rəhbərliyinin Angela Merkellə olan isti münasibətinə apelyasiya edərək məsələnin müsbət nəticələnəcəyinə inanırlar. Redaksiyamıza istintaqa yaxın mənbələrdən daxil olan məlumatlardan isə belə nəticə çıxır ki, sabiq deputatın gözləntiləri doğrulmaya da bilər. 

Belə ki, Hüseyn Abdullayevin həbsindən sonra onunla istintaqın münasibətləri işgüzar olub. Bu səbəbdən Hüseyn Abdullayevə müəyyən güzəştlər olunub, qarşılığında o, istintaqla əməkdaşlığa razılıq verib. Hazırda isə onunla istintaq arasında münasibətlərdə problemlər yaranıb. Bu isə Hüseyn Abdullayevin istintaqı bəzi fiqurlarla bağlı yanlış məcraya yönəltməsinə söykənir. Belə ki, iddialara görə, Hüseyn Abdullayev onunla əməkdaşlıq edən bəzi adları yanlış və qəsdən səhv söyləyib. Bunun nəticəsində də bəzi vəzifəli şəxslər və hakimiyətdaxili klanlar zərər çəkib. Son vaxtlar baş verən ciddi hadisələr də Hüseyn Abdullayevin istintaqla işbirliyi nəticəsində ortaya çıxıb. Lakin sonradan istintaqın apardığı araşdırmalarla üzə çıxıb ki, Hüseyn Abdullayev bəzi səfirlərin və vəzifəli şəxslərin adlarını çəkərkən qəsdən illərdir ədavətdə olduğu ismləri zərbə altına qoymaq məqsədi güdüb. Müəyyən mənada buna nail olub. Son vaxtlar buna görə Hüseyn Abdullayevlə istintaqın münasibətləri gərginləşib. İddialara görə Hüseyn Abdullayevin anasının barəsindəki ev dustaqlığının uzadılması və bunun xüsusi olaraq mətbuata açıqlanması da bu səbəbdən baş verib. Yada salaq ki, redaksiyamıza daxil olan və əvvəlki saylarımızda ictimailəşdirilən məlumatlarda iddia edilirdi ki, Hüseyn Abdullayevin anası qeyri-qanuni şəkildə getdiyi xaricdən razılıq əsasında geri dönə bilib. Son gəlişmələrdən belə məlum olur ki, Zeynəb Abdullayeva Azərbaycana dönəndən sonra ittiham elan olunmaqla barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Əlbəttə ki, bunlar 76 yaşlı qadın üçün çox ağır suçlamalardır və çox ağır nəticələri ola bilər. 

Hazırda Hüseyn Abdullayevin Avstriya, Almaniya və Türkiyədə böyük biznesləri var. Həbsindən sonra da bu bizneslər onun yaxınlarının nəzarətində qalmaqdadır.
ÐоÑожее изобÑажение

Hazırda istintaq Hüseyn Abdullayevin Azərbaycandakı və xaricdəki əlaqələrini araşdırmaqda, yoxlamaqdadır. Ötən saylarımızada sabiq deputatın Eldar Mahmudovla gizli əlaqələrinin də təsbit edildiyini yazmışdıq. Redaksiyamıza daxil olan məlumatlardan belə aydın olurdu ki, Eldar Mahmudov hələ nazir olarkən H.Abdullayevin əsas kuratoru olub. 

Həmin yazıdan sitat: “Sirr deyil ki, Hüseyn Abdullayev 2005-ci ildə parlamentə Eldar Mahmudovun siyahısı üzrə düşə bilmişdi. Onun parlamentdə hakimiyyətin qüdrətli məmurlarına qarşı məlum çıxışlarının tezislərinin də Mahmudovun nazirliyində hazırlandığı iddia olunur. 2007-ci ildə həbsindən sonra onun “yüngül srok”la azadlığa buraxılmasında da bu gün kuratoru kimi adıçəkilən Eldar Mahmudovun birbaşa rolu olub. Bundan başqa, Hüseyn Abdullayevin Qərb dövlətlərindən birinin ölkəmizdəki səfiri ilə də münasibətləri, əlaqələri haqda bilgilər var. Sabiq deputatın həmin səfirin derektivləri ilə çıxışlar etdiyi də iddia olunur. Mümkündür ki, Hüseyn Abdullayevə qarşı yaxın zamanlarda vergi cinayətləri ilə yanaşı, digər ittihamlar da irəli sürüləcək. Onun cinayət işində sürpriz isimlərin olacağı da dolaşan xəbərlər sırasındadır. Bakıda ona kuratorluq edən Eldar Mahmudovla Almaniyada 2014-cü ilin sonlarında görüşməsi də bir faktdır. Eldar Mahmudov hələ vəzifədə olarkən Hüseyn Abdullayevlə Almaniyada görüşüb müzakirələr aparıb, narazı qüvvələrlə iş aparılması ətrafında fikir mübadiləsində bulunub. Mümkündür ki, Eldar Mahmudovun da adı Hüseyn Abdullayevin cinayət işi üzrə fiqurantlar sırasında çəkiləcək...”

Bu arada Avropa İnsan Haqları Məhkəməsində “Hüseyn Abdullayev Azərbaycana qarşı” işi üzrə qərar verilmək üzrədir. Həbsdəki sabiq deputatın həmin məhkəmənin verəcəyi qərardan öncə iddiasından imtina edə biləcəyi ehtimalı da var. Mümkündür ki, Hüseyn Abdullayev şərti də olsa azadlığı müqabilində belə bir addım ata bilər. Bilinən odur ki, Hüseyn Abdullayev xanım Merkelin 4 gün sonrakı səfərini həyəcanla gözləməkdədir. Onun gözləntilərinin nə dərəcədə doğrulacağını indidən söyləmək çətindir. 

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Röya Əsmər nənəyə ev tikdirəcək

Röya Əsmər nənəyə ev tikdirəcək

  • 01 yan, 12:44
  • 458
Röya Əsmər nənəyə ev tikdirəcək
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 1 201
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 3 864
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 855
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar