Gəncədə şəhid olan polislərin 40 mərasimi keçirilib - FOTOLAR

19, 08, 18
14:05

Gəncədə şəhid olan polislərin 40 mərasimi keçirilib - FOTOLAR

Bu gün 10 iyul Gəncə iğtişaşlarında şəhid olan polislərimizin 40 mərasimidir. Bu münasibətlə Gəncə ictimaiyyəti və polislərin yaxınları toplaşıb, onların qəbirlərini ziyarət ediblər.

Azerbaycanrealligi.com Musavat.com-a isitnadən xəbər verir ki, həmin ziyarətdən bir neçə fotonu paylaşmaqla,şəhid polislərimizə Allahdan rəhmət diləyir.

Xatırladaq ki, iyulun 10-u saat 20 radələrində 150-200 nəfər dini radikal Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündə toplaşaraq asayişi pozmağa cəhd göstərib. Aksiya iştirakçılarının polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə müqavimət göstərib, Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini polkovnik İlqar Balakişiyevi və Nizami Rayon Polis İdarəsinin rəis müavini polkovnik-leytenant Səməd Abbasovu qətlə yetiriblər.
Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.2.3-cü, 120.2.7-ci, 220.1-ci, 221.3-cü, 228.4-cü və 315.2-ci maddələri ilə cinayət işi aparılır.

Qeyd: Fotoları Facebookda Əvəz Zeynallı paylaşıb.






Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın