Gənc jurnalist yoxa çıxıb

17, 08, 18
23:13

Gənc jurnalist yoxa çıxıb



Azerbaycanrealligi.com xəbər verir ki, Gənc fəal jurnalist İsmayıl İslamoğlu yoxa çıxıb. Bu haqda hüquq müdafiyəçisi Əvəz Zeynallı öz facebook profilində paylaşım edib. Məlumatı aldıqdan sonra Bakı şəhər Baş Polis İdarəsi və Nərimanov Polis İdarəsi ilə əlaqə saxladıq. Onların İsmayıl İslamoğlu haqda heç bir məlumatı yoxdur. Qeyd edək ki, İsmayıl İslamoğlu son zamanlar tez-tez təhdid olunduğu və izlənilməsi haqda sosial şəbəkədə məlumatlar verirdi. Hüquq müdafiyəçisi və tanınmış jurnalist Əvəz Zeynallının yazdığı statusu təqdim edirik:

"Gənc fəallardan, Kanal13-ün əməkdaşı, Monitor.tv-nin baş redaktoru İsmayıl İslamoğludan saat 13.30-dan xəbər yoxdur. Nə ailəsi, nə dostları, nə də başqaları bu haqda məlumata malik deyillər. İsmayılı son günlər dəfələrlə hüquq-mühafizə orqanlarına çağırıb hədə-qorxu gəliblər. Rəhbərlik etdiyi sayta məhkəmə qərarı ilə blok qoyub, sonra da dağıdıblar. Dünən gecə onunla canlı yayımda müsahibədə idim. Bu gün ondan xəbər yoxdur. Bu statusum həm də 102-yə çağırış kimi qəbul olunsun. İsmayıl dərhal tapılmalı, məsələ aydınlığa qovuşmalıdır. İnşallah, qorxduğumuz olmaz..."

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın