Mehman Hüseyinov Azadlıqa çıxır

14, 08, 18
20:49

Mehman Hüseyinov Azadlıqa çıxır

Azerbaycanrealligi.com xəbər verir ki, həbsdə olan bloger Mehman Hüseynov vaxtından əvvəl azadlığa çıxmaq üçün ərizə ilə Qaradağ Rayon Məhkəməsinə bu ayın 10-da müraciət edib. Ərizə artıq Qaradag Rayon Məhkəməsinin icraatındadır. İşə bu ayın 20-ə kimi baxılmalıdır. Vəkil Şəhla Hümbәtova.   məlumatı təsdiq edib.

Qeyd edək ki, Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. Hazırda Qızıldaş qəsəbəsindəki 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.

Əlavə olaraq bildirək ki, bir neçə gün bundan öncə saytımıza məlumatlı  mənbə tərəfindən verilən informasiya görə İlqar Məmmədov, Mehman Hüseynov və digər tanınmış siyasi məhbusların azadlığa çıxması haqqında məlumat vermişdi. Bu da artıq öz təsdiqini tapmaq üzrədir.

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın