Puluna güvənib Ağstafa rayon sakininin üzərinə silah çəkdi - daha bir özbaşınalıq

13, 08, 18
12:50

Puluna güvənib Ağstafa rayon sakininin üzərinə silah çəkdi - daha bir özbaşınalıq

Səxavət İsmayıl 
Ağstafa rayon sakini Səxavət İsmayıl təhdid olunub. Onu odlu silahla vurmaq istəyirmişlər. O, 04.08.2018-ci il tarixində Azerbaycanrealligi.com xəbər portalında "Ağstafa rayonunda çoban həyat yoldaşı ilə cinsi əlaqədə olan ferma müdirini güllələyərək qətlə yetirdi" başlıqlı yazısına görə bir neçə gündür hadisə zamanı qətlə yetirilmiş Sakit Nəsibov adlı təsərrüfat rəhbərinin oğlu tərəfindən təhdid olunur. Onun sözlərinə görə hadisədən sonra yas mərasiminə getmişdim, Sakit Nəsibovun oğlu Zaur Nəsibov mənə yaxınlaşdı və dedi: "O nə informasiyadır sayta vermisən. Səninlə sonra söhbət edəcəyəm". Qeyd edək ki, hadisə baş verən vaxt artıq bir neçə xəbər portalı bu haqda yazmışdı. Biz isə Azerbaycanrealligi.com olaraq hadisəni dəqiqləşdirmək üçün sadəcə Səxavət İsmayılla əlaqə saxladıq. O, baş vermiş hadisəni təsdiq edib və bizə qısa məlumat verdi. Səxavət İsmayıl saytımıza bildirir ki, dünən təxminən 21:30 radələrində vəfat edən Sakit Nəsibovun oğlu Zaur Nəsibov zəng edərək onunla görüşmək istədiyini bildirmişdir: "Mən etiraz etmədim. O, iki dostu ilə gəlib məni özünə aid olan Prado maşınına mindirdilər. Rayonun naməlum istiqamətinə aparıb maşını saxladılar. Soruşdular ki, o nə yazıdır yazmısan. Mən məsələni onlara izah etməyə çalışdım ki, bu haqda bütün xəbər portalları yazıb. Jurnalistlər tanışım olduğu üçün mənə zəng etdilər, mən xəbəri təsdiq etdim. Bu izahımı baş düşməyib Zaur Nəsibov mənim boyun nahiyəmə əlində olan küt alətlə vurdu. Daha sonra maşında olan odlu silahı - tüfəngi götürdü. Dedi: "Səni vurub öldürərəm, cəhənəm olarsan". Bir az keçdi, sakitləşdi, çünki mən də maksumum sakit dayamağı, səbirli olmağı qərara almışdım ki, xoşagəlməz hal baş verməsin. Daha sonra məni maşınla evə gətirdilər. Zaur Nəsibov dedi ki, bu hadisə barədə polisə məlumat versən bu dəfə səni şəxsən öldürərəm. Üstündən 1 saat ötdükdən sonra DİN 102 qaynar xəttinə zəng etdim. Məni polis idarəsinə dəvət edib izahatımı aldılar. Amma buna baxmayaraq mənim həyatım təhlükə altındadır. Hər an qorxu içində yaşayıram. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edəcəyəm. Mənim təhlükəsizliyimə zəmanət versinlər ki, bu cür insanların hegemonluğunun qarşısı alınsın. Zaur Nəsibov kimdir, kimə güvənir? Atasındanqalma təsərrüfata, pula, parayamı güvənir? O zaman kimin pulu varsa, istədiyi adamı maşına mindirib odlu silahla vura bilər? Ümidvaram ki, dövlət orqanları mənim bu çağırışımdan sonra onun barəsində tədbir görəcəklər". 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın