“Trampıın Rusiya siyasəti uşaq cızmaqarasına bənzəyir” -Qərb mətbuatı

11, 08, 18
15:50

“Trampıın Rusiya siyasəti uşaq cızmaqarasına bənzəyir” -Qərb mətbuatı

“Helsinki sammiti ABŞ və Rusiya münasibələtlərində heç bir dönüş gətirmədi”; “ABŞ sanksiyalarının bağları Moskvanın boğazına dolanır, lakin bütün bunlar Putinə xidmət edir”; “Kreml sanksiyaları Qərbin “rusofobiyası” kimi təqdim edəcək”; “Vaşinqton öz əməllərində riyakar və qeyri-ardıcıldır”...

Musavat.com xəbər verir ki, Qərb mediaısnda son sanksiya hadisəsi ilə bağlı belə şərhlər verilib.
“Financial Times” qəzetinin yazdığına görə, sanksiyalar Moskvanın boğazını, Rusiya ilə yaxınlaşmaq istəyən Trampın əl-qolunu bağlayır.
Qəzet buna rəğmən ABŞ-ın siyasətində vahidliyin və səlisliyin olmadığına diqqət çəkib.
“Yeni sanksiyalarla ABŞ Rusiya iqtisadiyyatına ağır zərbə vurdu. Lakin bu, deyəsən,  Putinin heç vecinə də deyil, hətta onun özünə sərf edir”, - “The Washington Post” qəzetindən Anton Troyanovski yazıb.
“Putinin xasiyyətinə bələd olanlar gözəl bilir ki, o təzyiq altında nəinki geri çəkilir, hətta acığa tam əks istiqamətə üz tutur”, Rusiyanın Beynəlxalq işlər üzrə şurasının direktoru Andrey Kortunov müəllifə bildirib.
ÐаÑÑинки по запÑоÑÑ putin russia sanctions
Troyanovski yeni sanksiyalar sayəsində ölkədə pensiya yaşlarının artırılması ilə bağlı narazılğın yayıldığı bir dövrdə Kremlin əlinə manevr imkanının düşdüyünü yazıb.
Bunu “Levada sentr”in direktoru Lev Qudkov da təsdiq edərək yeni sanksiyaların prezidentin reytinqini artıracağını söyləyib. Bundan başqa, Kreml yanlısı Rusiya mediası üçün Qərbi “rusofob” obrazda təqdim etmək üçün yeni fürsət doğub.
İsveçrənin “Neue Zürcher Zeitung” qəzeti isə Vaşinqtonun təkcə Rusiya ilə məhdudlaşmayan “ikiüzlü”lüyündən bəhs edir.
“Tramp bu yay “Skripal işi” ilə bağlı olaraq Moskva əleyhinə bir kəlmə belə deməyib. Bəs necə olur ki, birdən-birə məlum insidentə görə Rusiyaya qarşı sanksiyalar tətbiq olunur”, - yazar Andreas Rüş sual edir.
ÐаÑÑинки по запÑоÑÑ russia sanctions
Yazar burada təəccüblü bir şey olmadığını qeyd edir. “Sanksiyalar haqqında qərar Tramp dövründəki artıq vərdişə çevrilən bir halı - prezidentin bir, Konqresin başqa hava çaldığını göstərir. Bu ziddiyət xüsusilə Rusiya ilə bağlı prosesdə ümumiyyətlə rüsvayçı şəkil alıb”.
Müəllfin fikrincə, bu ABŞ dövlətinin nüfuzuna zərbədir: “ABŞ hökumətinin ikiüzlülüyü dünyanın özünü çətin məsələ qarşısında qoyur. Kimə inanmalı, prezidentə, yoxsa onun nisbətən özünü adekvat aparan nazirlərinə?...”
Almaniyanın “Die Presse” qəzeti isə Trampın Rusiya siyasətini uşaq cızmaqarasına bənzədib.
“Prezident Moskva ilə bağlı ancaq kəskin dönüşlərlə hərəkət edir. Bir yandan o, Moskva ilə münasibəltəri düzəltmək istəyir, digər yandan isə “Skripal işi” kimi müəmmalı insidentə görə onu sərt şəkildə cəzalandırır”, - yazar Kristian Ulç qeyd edir.
ÐаÑÑинки по запÑоÑÑ trump sanctions
“Tramp Rusiyaya münasibətində səlis və ardıcıl xətti izləmir. Onun siyasəti daha çox uşaq cızmaqarasını xatırladır”, - müəllif bildirib.

Azerbaycanrealligi.com Musavat.com-a isitnadən

Bizimlə əlaqə saxlayın