Nikol Paşinyan: “Rusiyalı tərəfdaşlarımız Ermənistandakı yeni şəraitə uyğunlaşmalıdır”

10, 08, 18
22:50

Nikol Paşinyan: “Rusiyalı tərəfdaşlarımız Ermənistandakı yeni şəraitə uyğunlaşmalıdır”

“Bu, yeni şəraitdir və hamımız, o cümlədən rusiyalı tərəfdaşlarımız vəziyyətə uyğunlaşmalıdır”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan Berd rayonunda jurnalistlərin Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatı ilə bağlı sualına cavabında deyib.
“Odur ki, bütün işlər qaydasındadır”, - o vurğulayıb.

Qeyd edək ki, 2008-ci il martın 1-də baş vermiş hadisə ilə bağlı başlanılan cinayət işi üzrə Ermənistanın keçmiş prezidenti Robert Koçaryan barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) baş katibinin istintaqa cəlb edilməsinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov münasibət bildirmişdi. O, hadisədən narahat olduqlarını bəyan edərək hazırkı hökuməti siyasi sələflərini təqib etməkdən çəkinməyə çağırmışdı: “Rusiya Yerevanın müttəfiqi olaraq erməni dövlətində sabitliyin olmasında maraqlıdır. Ermənistanın iştirakçısı olduğu MDB məkanındakı təşkilatların normal fəaliyyət göstərməsi baxımından baş verənlər bizi narahat etməyə bilməz. Son günlər biz narahatlığımızı bir neçə dəfə erməni rəhbərliyinə çatdırmışıq. Hesab edirik ki, bütün hallarda vəziyyət konstruktiv istiqamətdə gedəcək”.


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın