Vəfat edən siyasi məhbusun atası danışdı: "Oğlumu Neftçala rayon İcra Başçısı İsmayıl Vəliyev öldürdü".

09, 08, 18
23:54

Vəfat edən siyasi məhbusun atası danışdı: "Oğlumu Neftçala rayon İcra Başçısı İsmayıl Vəliyev öldürdü".

Vəfat edən Elnur Fərəcov və Atası
Neftçala rayon AXCP şöbəsinin fəalı May ayında prezidentin əfv fərmanı ilə azadlığa çıxan Elnur Fərəcovun atası Hüseyn Fərəcov oğlunun vəfatı haqqında Azerbaycanrealligi.com saytına danışıb.

O, oğlunun sabah 12:00-da Neftçala rayonu mərkəzi qəbirstanlığında dəfn olunacağını bildirib: "Oğlumun xərçəng xəstəliyinə tutulub ölməsində birbaşa Neftçala Rayon İcra Başçısı İsmayıl Vəliyev və rayonun polis idarəsinin rəisi günahkardırlar. Onlar oğlumu tutub 5 sutka həbs verdilər, daha sonra cinayət işi açdılar ki, guya oğlumun üzərindən narkotik maddə tapılıb. Gedib hardansa da bir adam tapıb üzünə durdurdular. Sonda da bu cür oldu. Oğlum həbsxanaya getdi, xərçəng xəstəliyinə tutuldu, vəfat etdi. Neftcala Rayon İcra başçısı və rayon polis idarəsinin rəhbərliyi bütün bunlara görə cavab verməli olacaqlar".

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın