Mehman Hüseynovun anası dünyasını dəyişdi

06, 08, 18
12:34

Mehman Hüseynovun anası dünyasını dəyişdi


Azerbaycanrealligi.com xəbər verir ki, Həbsdə olan bloger Mehman Hüseynovun anası Firəngiz Hüseynova avqustun 6-da gecə saat bir radələrində vəfat edib.
Firəngiz Hüseynova iyulun 15-də ürək çatışmazlığı diaqnozu ilə Neftçilər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Süni nəfəs aparatına qoşulub.

Firəngiz Hüseynovanın oğlu Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) təsisçisi Emin Hüsenyov 2015-ci ildə mühacirətə gedib. Onun rəhbərlik etdiyi RATİ 2014-cü il avqustun 8-də istintaq orqanları tərəfindən bağlanıb. Emin Hüseynov 10 ay İsveçrənin Azərbaycandakı səfirliyinə sığındıqdan sonra bu ölkənin xarici işlər nazirinin Bakıya səfəri zaman onun təyyarəsində ölkəni tərk edib. Hazırda İsveçrədə mühacirətdədir.

Hüseynovanın digər oğlu Mehman Hüseynov Suraxanı rayon Məhkəməsinin 3 mart 2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 147.2-ci maddəsində (böhtan) nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib. Mehman Hüseynov Qaradağ rayonun Qızıldaş qəsəbəsində yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Mehman Hüseynov ölkədə sərt tənqidçi blogerlərdəndir.

Allah rəhmət eləsin 


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın