Ruslan Səfixanovun ittiham aktı mətbuata açıq paylaşıldı - "İki gəncin puç olan ömür hekayəsi"

04, 06, 23
09:00

Ruslan Səfixanovun ittiham aktı mətbuata açıq paylaşıldı - "İki gəncin puç olan ömür hekayəsi"


Şağan Olimpiya İdman Kompleksində 16 yaşlı cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə təqsirləndirilən Ruslan Səfixanovun ittiham aktını əldə edib sözü gedən səs-küylü cinayət işində yerli KİV-də gedən xəbərlərdə, sosial şəbəkə paylaşımlarında və cəmiyyət arasında insanların danışdıqlarında xeyli fərq var. Bir neçə dəqiqəlik vaxt ayırıb bu ittiham aktını oxusaq bəzi qaranlıq məqamlara bəlkə də aydınlıq gətirilər.

"Azərbaycan Realllığı" ölkənin səs-küylü cinayət işinin ittiham aktını oxucularmıza təqdim edir.

Səfxanov Rusan Elçin oğlunun Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 220016034 nömrəli cinayət işi üzrə

İTTİHAM AKTI


06 mart 2023-cü il Bakı şəhəri Cinayət işinin başlanmasma səbəb Sumqayıt şəhər sakini, 19 mart 2002-ci il təvəllüdlü Səfxanov Ruslan Elçin oğlu tərəfindən Yevlax rayon sakini, yetkinlik yaşına çatmayan, 21 mart 2006-cı il təvəllüdlü Rüstəmov Tııran Zəka oğluna Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən «Şağan Olimpiya İdman Kompleksi» MMC-nin inzibati binasımn 1 nömrəli zalında 26 noyabr 2022-ci il tarixdə təxminən saat 16:30 radələrində bıçaqla xəsarət yetirməklə sonuncunu qəsdən həyatdan məhrum edilməsi faktı, əsas isə həmin faktla bağh toplanmış ilkin materiallar olmuşdur. 

Aparılmış istintaqla müəyyən edilmişdir ki, Səfxanov Ruslan Elçin oğlu 26 noyabr 2022-ci il tarixdə saat 16:30 radələrində, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində olan «Şağan Olimpiya İdman Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasımn 1 nömrəli zalında cüdo üzrə keçirilən yarışlar zamam tamaşaçılar əyləşən hissənin qarşısında yüngül dərəcəli sərxoş vəziyyətdə, əvvəllər tanımadığı 2006-cı il təvəllüdlü, yetkinlik yaşına çatmayan Rüstəmov Turan Zəka oğlunun əyləşdiyi oturacağm yanmdan keçməsi üçün yol verməsini istəyərkən, sonuncunun söyüş söyməsini bəhanə edərək özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarım pozan və bunlara etinasızhq göstərən hərəkətlər edərək, həmçinin idman arenasında yarışda iştirak edən və yarışlara tamaşa edən şəxslərə qarşı hörmətsizlik göstərməklə eqoizm nümayiş etdirməklə, hər hansı əsaslı və tutarh səbəb olmadan yaşca özündən kiçik Turan Rüstəmovu üz nahiyəsinə əli ilə bir dəfə zərbə vuraraq həyat üçün təhlükəli olmayan, canh şəxslərdə sağlamhğa zərərvurmayan xəsarətin əlamətinə malik, sol almacıq nahiyəsinin bir ədəd qansızması xəsarətini yetirərək onu münaqişəyə cəlb edib əlbəyaxa olaraq, ahn nahiyəsinə bir dəfə zərbə vurub həyat üçün təhlükəli olmayan, sağlamlığa yüngül dərəcəli zərərvurmamn əlamətlərinə malik, ahn nahiyyəsinin bir ədəd kəsilmiş yarası xəsarətini yetirməklə aralarında yaranmış mübahisə zəmnində törətmək niyyətində olduğu əməlin cinayət xarakterini və hüquqaziddliyini, bu əməlin törədilməsi ilə zərərçəkmişin ölümünə səbəb olacaq ictimai təhlükəli nəticələrin baş verməsini qabaqcadan görərək və bunlan arzu edərək, Turan Rüstəmovun öldürülməsinə yönəlmiş bilavasİtə niyyətlə hərəkət edərək, üzərində gəzdirdiyi, zavod üsulu ilə hazırlanmış, məişət təyinath, soyuq silah hesab edilməyən mətbəx bıçağını şalvarının bel nahiyəsindən çıxarıb Turan Rüstəmovu qəsdən öldürmək niyyətilə sonuncunun sinə nahiyəsinə bir dəfə zərbə endirməklə həyat üçün təhlükəli olan, sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malik, ürək kisəsinin (perikardm) və ürəyin sol mədəcik əzələsinin, diafraqmanm zədələnməsi, sol Vl-Vll qabırğaların kəsilməsi kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin ön səthinin soi yarısınm aşağı üçdə birinin daxilə - döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarəti yetirməkİə sonuncunun həyatdan məhrum edilməsinə yönəlmiş qəsdini başa çatdıraraq Turan Rüstəmovu xuliqanlıq niyyəti ilə qəsdən öldürmüşdür.

İş üzrə toplanmış ilkin sübutların məcmusu əsasmda Səfxanov Ruslan Elçin oğlu 26 noyabr 2022-ci il tarixdə tərəfİmdən şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Xəzər rayon polis idarəsinin müvəqqəti saxlama yerinə yerləşdirilmiş, toplanmış sübutların məcmusu kifayət qədər əsas verdiyi üçün, 28 noyabr 2022-ci il tarixdə isə Ruslan Səfxanov Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və qeyd olunan tarixdə Bakı şəhəri Xəzər rayon məhkəməsinin qərarı ilə həbsetmənin əvvəli 26 noyabr 2022-ci il tarixdən hesablanmaqla barəsində 4 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir.

28.02.2023-cü il tarixdə tərəfımdən Səfxanov Ruslan Elçin oğluna 14 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə elan olunmuş ittihama əlavələr edilərək ona Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur.

Təqsirləndirilən şəxs Səfxanov Ruslan Elçin oğlu Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bİlməyərək ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Birləşmiş Məhəllə, 7,8,12-ci məhəllə ev 7A, mənzil 2 ünvanında atası Səfxanov Elçin Qoşqar oğlu, anası Səfxanova Dilşad Kərəm qızı, qardaşı Səfxanov İlkin Elçin oğlu və bacısı Səfxanova İlkanə Elçin qızı ilə birlikdə yaşadığını, Sumqayıt şəhərində yerləşən 18 nömrəli orta məktəbdə 2008-2019-cu illərdə orta təhsil aldığım, hələ orta məktəbdə oxumamışdan əvvəl idmanm cüdo növü ilə məşğul olmağa başladığmı, ilk məşqçisinin isə atası Elçin Səfxanov olduğunu, orta məktəbin 11-ci sinfində təhsil aldığı zaman idmanın cüdo növü üzrə Respublika birinciliyində 3-cü yeri tutub bürünc medala yiyələndiyi üçün cüdo üzrə Azərbaycan yığmasına çağırıldığını, Azərbaycan yığmasmda ilk məşqlərini baş məşqçi Ramiz Ramizzadənin rəhbərliyi ilə keçdiyini, 2018-ci ildə Qazaxıstanın Alma-Ata şəhərində keçirilən cüdo üzrə yenİyetmələrin dünya çempionatında 2-ci yeri tutub gümüş medal qazandığını, bu nailiyyəti sayəsində 2019-cu ildə Azərbaycan Dövlət İdman Akademiyasımn Fiziki tərbiyə və çağırışa qədər hazırhq ixtisasma qəbııl olııb tələbə olduğunu, məlum hadisə zamam həmin akademiyanın 3-cü kurs tələbəsi olduğunu, mütəmadi olaraq cüdo üzrə Azərbaycan yığmasımn məşqlərinə qatıhb növbəti yarışlara hazırlaşdığmı bildirməklə göstərmişdir ki, onun Sadıqov Alxan Ceyhun oğlu adında bir məhəllədə yaşayan dostu vardır. Alxan Sadıqovla qonşu olmaqla bərabər eyni zamanda aralarında dostluq münasibətbri vardır.

Alxan Sadıqov da idmanın cüdo növu ib məşğııl olmuş, hətta bir vaxtlar Azərbaycan yığmasının da üzvü olmuşdur. Alxan Sadıqov hazırda döyüş bölgələrindən birində yerbşən N saylı hərbi hissədə hərbi xidmətdədir. Alxan Sadıqovun 2007-cı ıl təvəllüdlü qardaşı Sadıqov Kənan Ceyhun oğlu da idmanın cüdo növü iiə məşğul olur və hazırda Sumqayıt şəhərındə yerbşən DİN-in "Dinamo" İdman Cəmiyyətinin zalında birlikdə məşq edirbr. Təxminən məlum hadisədən 2-3 gün əvvəl bilmişdir ki, 26-27-noyabr tarixlərində Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində olan Şağan Olimpiya İdman Kompleksi MMC-nin inzibati binasında şəhid Sübhan Abdurrəhmanlının xatirəsinə həsr olunmuş 2006-2008-ci il təvəllüdlü uşaqlar arasında cüdo üzrə yarış keçiribcəkdir. Növbəti həftədə isə onun Respublika birinciliyi iizrə yarışı olmalı imiş. Bildırmışdir ki, onun qatıldığı yarışlarda uşaqlar da ona dəstək olmaq üçün yarışların keçirildiyi yerə gəldikbrindən o da bir yerdə məşq keçdiyi uşaqlann yarışlarına gedib onlara dəstək olmuşdur.

26.11,2022-ci il tarixdə saat 09 radəbrində məşqçibri Elşən Poladovun rəhbərliyi ib 9 nəfərlik heyətlə yanşın keçiriləcəyi Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsmdə yerləşən Azərbaycan Respublıkası Gənclər və İdman Nazirliyinın nəzdində olan Şağan Olimpiya Idman Kompleksi MMC-nin ınzibati binasına gəlmişlər. 9 nəfərlik heyətin içənsmdə ondan və məşqçi Elşən Poladovdan savayı heyətin qalan üzvləri həmin gün yarışacaq idmançılar olmuşlar. Həm qonşusu, həm də dostu Alxanm qardaşı Kənan Sadıqov da həmin gün yarışacaq idmançıların siyahısmda olmuşdur.

Saat 10 radələrində yarış başlanmışdır. Yarışın ilk saatlarında onlarla gələn heyətdən olan idmançılar- Elmir Paşayev və soyadmı xatırlamadığı Şirin adlı yeniyetmə ilk görüşdə məğlub olaraq yarışda iştiraklarını dayandırmışlar. Həmin vaxt heyətin üzvləri ilə birlıkdə o, yarışları izləmışdir. Təxminən saat 12 radələrində yemək yemək istəmiş və onunla bırlıkdə olan Elmir və Kənana birlikdə idman kompleksinin yanmda yerləşən "Oba market'-ə gedərək yemək almağı təklif etmişdir.

Onlar oradan çörək, pendir, kolbasa, "Snickers" şokoladı və "Fuse Tea" almışlar. O, əlavə olaraq həmin mağazadan markasını xatırlamadığı, 500 ml həcmdə spirtli içki olan araq da alaraq idman kompleksinə geri qayıtmışlar. Həmin vaxt Şirin Hüseynovun onlarla getməməsinin səbəbi o olmuşdur ki, birdən Elmir və Kənandan kimisə yarış üçün çağırsalar onlara xəbər etsin.

Geri qayıdıb nahar etməyə başlamaq istəyəndə məlum olmuşdur ki, aldıqları ərzaqları doğramaq üçün bıçaq yoxdur. Bu zaman Şirinlə birlikdə gedərək yaxınlıqda yerləşən adını bilmədiyi inşaat malları mağazasından bir ədəd mətbəx bıçağı almışlar. Bu zaman Şirın onunla birlıkdə mağazaya daxil olmamışdır. Həmin bıçağın xatırladığı qədərilə dəstəyi qırmızı, göy və ağ rənglərin qarışığı, tiyəsi isə boz rəngdə olmuşdur. Daha sonra idman komleksinə qayıtmış və aldıqları ərzaqları doğrayaraq nahara başlamışlar. Nahar zamanı aldığı arağı tək içmiş, uşaqlar isə yalnız yemək yemişlər. Birlikdə nahar etdikdən sonra arağın təsirindən artıq sərxoş halda olmuşdur.

Bildirmişdir ki, nadir hallarda spirtli içki qəbul etmiş, yəni spirtli içkilərə aludəçi olmamışdır. Saat təxminən 14 radələrində həm qonşusu, həm də dostu Alxanın qardaşı olan Kənan Sadıqov yanşda artıq 2-ci görüşünə çıxmalı imiş. Kənanm 2-ci görüşü onlar oturduqları yerdən biraz aralı yerləşən tatamidə keçiriləcəyindən o, görüşü izləmək üçün həmin tatamiyə yaxm məsafədə yerləşən tribunanın yanına gəlmişdir. Məqsədi o olmuşdur ki, həmin tribunada əyləşsin ki, Kənanın görüşünü rahatlıqla seyr etsin.

Pilləkənlərlə tribunaya doğru qalxan zaman orada əvvəllər tanımadığı və görmədiyi bir nəfərin orada tək halda oturduğunu görmüşdür. O, tribuna stullarının baş tərəfində əyləşdiyındən həmin sırada olan digər stullarda əyləşmək mümkün olmamış, çünki həmin şəxsin oturuşu keçid üçün maneə yaratmış, həmçinin həmin şəxs öz oturduğu yerdən aşağı oturacağa da ayaqlarını qoymuşdur. O, həmin şəxsə ayaqlarını oturacağın üzərindən götürməsini bildirmişdir. Bu zaman həmin şəxs mənə doğru baxaraq "get sikdir" ifadəsini işlətmişdir. O, bu sözü gözləmədiyindən söydüyü söyüşdən sonra onun üzünə 1 dəfə şillə ilə vurmuşdur.

Bildirmişdir ki, həmin şəxs idman paltarında olmuş, lakin paltarların rəngini və elementlərini xatırlamır. Həmin şəxsi şillə ilə vurduqdan sonra həmin şəxs onun anasının ünvanına dilə gətırilə bilinməyəcək ifadələr işlətmiş və aralarında münaqişə yaranmış və qarşılıqlı olaraq bır-birlərinə yumruq və təpik zərbələri vurmağa başlamışlar. O, bu zaman həmin şəxsi söydüyü söyüşə görə cəzalandırmaq üçün, yəni çox da ciddi olmayan xəsarətlər yetirmək üçün belində olan bıçağı çıxardıb həmin şəxsə doğru bir neçə dəfə zərbə endirmişdir. Həmin vaxt endirdiyi zərbələrdən neçəsinin həmin şəxsə dəydiyini xatırlamır.

Onu xatırlayır ki, daha sonra ikisi də müvazinətlərini itirib pilləkənlərdən yerə yıxılmışlar. Pilləkənlərdən yıxılıb ayağa duranda görmüşdür ki, bıçaqla xəsarət yetirdiyi şəxs yerdə hərəkətsiz halda qalmışdır. Bu zaman o, təlaşa qapılmış və ətrafda polis əməkdaşlarının olduğunu görərək onlara yaxınlaşmış və törətdiyi əməl barədə onlara məlumat vermişdir. Bundan sonra polis əməkdaşları qollarını qandallayaraq onu oradan aparmışlar. Onun Rüstəmov Turan Zəka oğlunu qəsdən öldürmək fikri və niyyətı olmamışdır. O, aralarında yaranan münaqişə zamanı Rüstəmov Turan Zəka oğluna söydüyü söyüşlərə görə cəzalandırmaq üçün üzərində olan bıçaqla xəsarət yetirmək ıstəmişdir.

Turana vurduğu xəsarətlərin ciddi olacağını və Turanın həmin xəsarətlərə görə öləcəyini düşünməmişdir. Turan Rüstəmovun ölməsınə görə çox peşmandır. Turana bıçaqla xəsarət yetirdiyi zaman onun əynındə isə tünd göy rəngli dəst idman paltarı, ayağında ağ və açıq sarı rənglərın qarışığı olan ıpli torlu ıdman ayaqqabısı olmuşdur kı, zəncirbəndli qollu idman köynəyinin üzərində Azərbaycan Respublikasınm Dövlət Bayrağmın və Azərbaycan Cüdo Federasiyasının embleminin təsviri olmuşdur.  

Səfxanov Ruslan Elçin oğlu əlavə olaraq bildirmişdir ki, "Oba markef'-dən aldıqları ərzaqları kəsmək üçün bıçaq olmadığından o, bıçaq almaq məqsədilə Şirinlə birlikdə idman kompleksindən çıxaraq yaxınlıqda olan inşaat malları mağazasma getmişlər. Şirin həmin zaman çöldə gözləmiş, o, isə mağazaya daxil olaraq bir ədəd mətbəx bıçağı almışdır. Yemək yeyib bitirdikdən sonra düşünmüşdür ki, bıçaq ortalıqda qalsa uşaqlar həmin bıçaqdan istifadə edərək bədbəxt hadisə törədə bilərlər, buna görə də bıçağı özü ilə götürərək bel nahiyəsində gizlətmişdir.

Bilsəydi ki, başqalarının hadisə törətməsınə əngəl olmaq üçün götürdüyü bıçaqla hər hansı bir şəxsi vuracaqdır, heç həmin bıçağı oradan götürməzdi. Hadisəni törətdiyi bıçaq tipik mətbəx bıçağı olmuş, bıçağın sapı göy-ağ-qırmızı rəngli, tiyəsi boz rəngli olmuşdur. Onun Turan Rüstəmovu bıçaqla vuraraq ona xəsarət yetirməkdə məqsədi onu söydüyü söyüşlərə görə cəzalandırmaq, yəni çox da ciddi olmayan xəsarətlər yetirmək olmuşdur.

Yəni onun Turan Rüstəmovu qəsdən öldürmək kimi niyyəti və məqsədi olmamışdır. lurana tərəf bıçaqla bır neçə dəfə zərbə endirmiş, amma konkret olaraq Turana neçə dəfə bıçaqla zərbə vurması yadında qalmamışdır. Ümumiyyətlə hadisəni törətdiyi zaman "şok" vəziyyətində olmuş və hadisəni törətdikdən sonra törətdiyi hadisəni dərk etməyə başlaımş, amma həmin vaxt gec olmuş, çünki artıq hadisəni törətmişdir. Hadisə Şağan Olimpıya Kompleksində baş vermiş və hadisə zamanı orada yarış keçirildıyi üçün xeyli sayda insan toplaşmışdır.

Hadisə baş verən yerə yaxın yerdə əyləşmiş insanlar ola bılsin ki, hadisənin şahidi olmuşlar. Amma o, orada yanşa getdiyi kollektivdən başqa adamları tanımadığı üçün hadisənin konkret olaraq kimlər tərəfindən görülməsini görməmiş və bu barədə məlumatı olmamışdır. Onunla birlikdə oraya gedən şəxslərdən hadisəni görüb-görməmələri barədə məlumatı yoxdur. Onu da qeyd etmişdir ki, hadisə ani bır anda baş verdiyi üçün əminliklə deyə bilər ki, törədəcəyi hadisədən heç kəsin xəbəri və məlumatı olmamışdır.

Hadisədən sonra hiss etmiş və görmüşdür ki, sağ əlinin baş barmağı və şəhadət barmağımdan xəsarət almışdır. Yəqin hadisə zamanı həmin xəsarəti əlimdə olan bıçaqdan almışdır. Yəni həmin xəsarəti özü öz ehtiyatsızhğmdan əlindəki bıçağı hadisə zamanı istifadə etdiyi vaxt almışdır. 0; hər hansı bir ciddı xəstəlikdən əziyyət çəkməmişdir. Psixi və nevroloji xəstəliyi olmamış və buna görə də hansısa xəstəxanada müayinə və müalicə olunmamışdır.

İstintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Hüseynov Şirin Eldəniz oğlu ifadəsində idmanm cüdo növü ilə 9 ildir məşğul olduğunu, məşqləri əsasən Sumqayıt şəhərində yerləşən DİN-in uDinamo" İdman Cəmiyyətinin bazasmda keçdiyini, məşqçi müəllimləri Elçin Səfxanovla Elşən Poladov olduğunu, mütəmadi olaraq Respublika daxilində keçirilən yanşlarda iştirak etdiyini və bəzi yarışlarda medallara layiq görüldüyünü bildirməklə göstərmişdir ki, Səfxanov Ruslan Elçin oğlunu cüdo ilə məşğul olmağa başlayandan sonra həm məşq yoldaşı kimi, həm də məşqçisi Elçin Səfxanovun oğlu kimi tanımışdır.

Ruslan Səfxanov yaşca ondan böyük olduğuna görə aralarında yaxm münasibət olmamış, yalnız məşqlərdə və yanşlarda bir-birlərini görmüşlər. Təxminən 2022-ci il noyabr aymda məşqçisi Elçin Səfxanov məşqdə olduqları zaman bildirmişdir ki, noyabr aymm 26-da Bakı şəhəri, Şağan qəsəbəsində yerləşən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində olan «Şağan Olimpiya İdman Kompleksi» MMC-nin inzibati binasmda şəhid Sübhan Abdurrəhmanlmm xatirəsinə həsr olunmuş 2006-2008-ci il təvəllüdlü uşaqlar arasında cüdo üzrə yarış keçiriləcəkdir. Elçin Səfxanov həmçinin bildirmişdir ki, həmin yarışda yerli cüdoçularla yanaşı, 4 xarici ölkədən gələn idmançılar da iştirak edəcəklər.

Daha sonra «on!ayn» qaydada çəki proseduru həyata keçirilmiş və məlum olmuşdur ki, o da həmin yarışda 50 kq çəkidə iştirak edəcəkdir. Bildirmişdir ki, həmin yarışda təxminən 8 nəfərlik heyətlə təmsil olunmalı imişlər. 2022-ci il noyabr aymın 26-da səhər saatlarında yarışa qatılacaq bütün idmançılar DİN-in w'Dinamo" İdman Cəmiyyətinin bazasınm qarşısmda toplanmışlar. Daha sonra məşqçi Elşən Poladovun rəhbərliyi altmda avtobusla yanşm keçiriləcəyi Bakı şəhəri, Şağan qəsəbəsində yerləşən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində olan «Şağan Olimpiya İdman KompIeksi» MMC-nin inzibati binasma gəlmişlər.

Gəldikləri heyətdə yarışacaq idmançılardan savayı məşqçi Elşən Poladov və məşq yoldaşı Ruslan Səfxanov da gəlmişdir. Ruslan Səfxanov yaşca böyük olduğu üçün o sadəcə olaraq yanşlara azarkeş qismində gəlmişdir. Təxminən saat 10 radələrində yarış başlanmışdır. Növbə ilə heyətdəki cüdoçular o da daxil olmaqla müəyyən fasilələrlə tatamiyə çağırılmış, onlar da güləşib yenidən heyətdəki cüdoçularm yanma qayıtmışlar. O, həmin vaxt Paşayev Elmir Taleh oğlu və Sadıqov Kənan Ceyhun oğlu ilə birlikdə oturmuşdur. İlk öncə o, tatamiyə çağırılmış, bir qədər fasilə ilə 2 görüşü qələbə ilə başa vurmuşdur. Daha sonra 3-cü görüşündə məğlub olmuşdur.

Daha sonra Elmir Paşayev və Kənan Sadıqov da fasilə ilə hərəsi iki dəfə tatamiyə çağırılmış, onlar görüşlərini qələbə ilə başa vurmuşlar. Yarışda Kənan Sadıqovla Elmir Paşayev 60 kq çəkidə yarışmışlar. Təxminən saat 13 radələrində nahar etməyi qərara almışlar. Həmin gün naharda yemək üçün evdən özləri ilə yemək gətirmişlər. Nahara hazırlaşan zaman Ruslan Səfxanov onlara yaxınlaşaraq bildirmişdir ki, o nahar üçün özü ilə heç nə gətirməmişdir. Ruslan onlardan xahiş etmişdir ki, onunla mağazaya gedib nahar üçün nəsə alsınlar. Həmin vaxt Ruslan, Elmir və Kənan birlikdə idman kompleksinin yanmda yerləşən mağazaya getmişlər.  

Həmin mağazadan kolbasa, pendir, "Snickers" şokoladı və "Fuce Tea" spirtsiz içki alıb qayıtmışlar. Həmin vaxt onun sonuncularla getməməsinə səbəb o olmuşdur ki, birdən onlardan kimisə yarış üçün çağırsalar onlara xəbər etsin. Nahar etdikləri zaman məlum olmuşdur ki, ərzaqları doğramaq üçün bıçaqlan yoxdur. Ruslan idman kompleksindəki mətbəxə gedib oradan bıçaq gətirmək istəmiş, lakin mətbəxdən Ruslana bıçaq verilmədiyinə görə Ruslan ondan onunla birlikdə mağazaya gedib bıçaq almalarını xahiş etmişdir. O, da artıq yarışda iştirakmı başa vurduğundan etiraz etməmişdir.

Ruslanla birlikdə mağazaya getmiş, o, çöldə gözləmiş, Ruslan girib adını dəqiq xatırlamadığı xırdavat mağazasından bıçaq almışdır. Həmin vaxt Ruslanm mağazadan neçə ədəd bıçaq almasından xəbəri olmamışdır. Geri qayıdandan sonra o, tualetə getmişdir. Tualetdən qayıdanda isə görmüşdür ki, artıq uşaqlar ərzaq və yeməkləri doğramışlar. Lakin orada həmin vaxt da bıçaq gördüyünü xatırlamır, yəqin ki, fıkir verməmişdir. Daha sonra nahara başlamışlar.

Həmin nahar vaxtı Ruslanın mağazaya gedərkən araq almasmdan, əgər almışdırsa belə aldığı arağı harada və necə içməsindən xəbəri olmamış, onun əlində araq şüşəsi, eyni zamanda onun araq içdiyini görməmişdir. Həmin vaxt Ruslan ona spirtli içki içmək təklif etməmiş, o biri uşaqlara da təklif etdiyini görməmişdir. Nahar etdikləri vaxt onlarla oturmuş Kənan yanş üçün tatamiyə çağırılmışdır. Ruslan da Kənanın görüşünü izləmək üçün onların yanından ayrıhb Kənanm görüşünün keçiriləcəyi tataminin qarşısmdakı tribunaya tərəf getmişdir.

Həmin tribuna təxminən onlann oturduqları yerdən 10-15 metr aralı olmuşdur. O, və Elmir isə orta tribunanın yuxan hissəsində dayanıb yarışları seyr etmişlər. Bıı zaman orta tribunanm yuxarı hissəsində Ruslanla bir nəfər cüdo geyimində olan şəxsin arasmda münaqişə yaranmasınm şahidi olmuşdur. Dərhal onlara müdaxilə etmək üçün ora yaxmlaşanda Ruslanla dava edən şəxsin Ruslana "sənin ananı, var-yoxunu, bacını si*im" söyüşünü söydüyünü eşitmişdir.

Ruslanla həmin şəxs dava edə-edə pilləkənlərlə aşağıya doğru düşmüşlər. Həmin vaxt görmüşdür ki, tribunanm aşağısında polis əməkdaşları Ruslanı hər iki qollarmdan tutub aparırlar. Əvvəllər tanımadığı və görmədiyi, əynində cüdo idman geyimi olan Ruslanla dava edən şəxs yerdə qan içində uzanmışdır. Həmin vaxt anlamışdır ki, həmin qan içində olan şəxsi Ruslan vurmuşdur. Lakin həmin vaxt Ruslan dava edəndə nə Ruslanm, nə də Ruslanla dava edən şəxsin əlində hər hansı bir kəsici, deşici alət görməmişdir. Onlar zalda gözləmiş, daha sonra digər məşqçisi Elçin Səfxanov da ora gəlmişdir. Məşqçiləri Elçin Səfxanov və Elşən Poladov onları gəldikləri avtobusla Sumqayıta yola salmışlar.

İş üzrə şahid qismində dindirilmİş Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Paşazadə Mehrab Emin oğlu ifadəsində göstərmişdir ki. fəxminən 7 ildir ki idmanın cüdo növü ilə məşğul olur. Məşqləri əsasən Sumqayıt şəhərində yerləşən DİN-in "Dinamo'1 İdman Cəmiyyətinin bazasmda keçir. Məşqçiləri Elçin Səfxanov və Elşən Poladovdur. Mütəmadi olaraq respublika daxilində keçirilən yarışlarda iştirak edir. Bəzi yanşlarda hətta medallara da layiq görülmüşdür.

Səfxanov Ruslan Elçin oğlunu cüdo ilə məşğul olmağa başlayandan sonra həm məşq yoldaşı kimi, həm də onun məşqçisinin Elçin Səfxanovun oğlu kimi tanımışdır. Ruslan Səfxanov yaşca ondan böyük olduğuna görə aralarında yaxın münasibət olmamış, yalnız məşqlərdə və yarışlarda bir-birlərini görmüşlər. Təxminən 2022-ci il noyabr aymm 22-23-də məşqçisi Elçin Səfxanov məşqdə olduqları zaman bildirmiş ki, noyabr aymın 26-da Bakı şəhəri, Şağan qəsəbəsində yerləşən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində olan Şağan Olimpiya İdman Kompleksi MMC-nin inzibati binasmda şəhid Sübhan Abdurrəhmanhnm xatirəsinə həsr olunmuş 2006-2008-ci il təvəllüdlü uşaqlar arasmda cüdo üzrə yarış keçiriləcəkdir.  

Elçin Səfxanov həmçinin bildirmiş ki, həmin yarışda yerli cüdoçularla yanaşı, 4 xarici ölkədən gələn idmançılar da iştirak edəcəklər. Daha sonra onlayn qaydada çəki proseduru həyata keçirilmiş və məlum olmuş ki, o da həmin yarışda 100 kq çəkidə iştirak edəcəkmiş. Həmin yanşda təxminən 8 nəfərlik heyətlə təmsil olunmalı imişlər. 2022-ci il noyabr aymm 26-da səhər saatlannda yarışa qatılacaq bütün idmançılar DİN-in "'Dinamo" İdman Cəmiyyətinin bazasmm qarşısmda toplanmışlar.

Daha sonra məşqçi Elşən Poladovun rəhbərliyİ altmda avtobusla yarışm keçiriləcəyi Bakı şəhəri, Şağan qəsəbəsində yerləşən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində olan «Şağan Olimpiya İdman Kompleksi» MMC-nin inzibati binasma gəlmişlər. Gəldikləri heyətdə yarışacaq idmançılardan savayı məşqçi Elşən Poladovdan və məşq yoldaşı Ruslan Səfxanov da gəlmişdir. Ruslan Səfxanov yaşca böyük olduğu üçün o sadəcə olaraq yarışlara azarkeş qismində gəlmişdir.

Təxminən saat 10 radələrində yarış başlanmışdı. Növbə ilə heyətlərindəki cüdoçular müəyyən fasilələrlə tatamiyə çağırılırmış, onlar da güləşib yenidən tribunaya qayıdıb növbəti görüşlərini gözləyirmişlər. İlk öncə Şirin Hüseynov tatamiyə çağınlmış, təxminən bildiyi qədər fasilə ilə 2 görüşü qələbə ilə başa vurmuşdur. Daha sonra Şirin Hüseynov 3-cii görüşündə məğlub olmuşdur. Daha sonra Elmir Paşayev və Kənan Sadıqov da fasilə ilə hərəsi iki dəfə tatamiyə çağırılmışlar, onlar da görüşlərini qələbə ilə başa vurmuşlar. O, ağır çəkili olduğu üçün onun yarışı bir az gec başlayacaqmış. Təxminən saat 15 radələrində Kənan növbəti görüş üçün tatamiyə çağırılmışdır.

Həmin vaxt o, orta tamaşaçı tribunasmın bir az yuxarı hissəsində oturub görüşləri seyr edirmiş. Kənan tatamiyə çağırılan zaman Ruslamn Kənanm görüşünün keçiriləcəyi tataminin qarşısmdakı tribunaya tərəf getdiyİnİ və orta tribunanm pilləkənləri isə yuxarı qalxdığmı görmüşdür. Daha sonra Kənanın zalın girişindən 1-ci tatamidə keçirilən görüşünü seyr etməyə başlamışdır. Bu zaman orta tribunanın yuxarı hissəsində Ruslanla bir nəfər cüdo geyİmində olan şəxsin arasmda münaqişə yaranmasının şahidi olmuşdur.

Həmin tərəfə baxanda Ruslanla dava edən şəxsin Ruslana "sənin ananı, var-yoxunu, bacmı si*im" söyüşiinü söydüyünü eşitmişdir. Ruslanla həmin şəxs dava edə-edə pilləkənlərlə aşağıya doğru düşürmüşlər. Həmin vaxt görmüş ki, tribunanın aşağısmda polis əməkdaşlan Ruslanı hər iki qollarmdan tutub aparmışlar. Əvvəllər tanımadığı və görmədiyi, əynində cüdo idman geyimi olan Ruslanla dava edən şəxs yerdə qan içində uzanmışdı. Həmin vaxt anlamış ki, həmin qan içində olan şəxsi Ruslan vurmuşdur.

Lakin həmin vaxt Ruslan dava edəndə nə Ruslanm, nə də Ruslanla dava edən şəxsin əlində hər hansı bir kəsici, deşici alət görməmişdir. Hətta həmin gün o yarışlar boyu tribunada tək oturduğu üçün Ruslanm və heyətimizdəki digər cüdoçuların harasa getməsindən və qayıtmasmdan da xəbəri olmamışdır. Onlar zalda gözləmiş, daha sonra digər məşqçiləri olan Elçin Səfxanov da ora gəlmişdir. Məşqçiləri Elçin Səfxanov və Elşən Poladov onları gəldikləri avtobusla Sumqayıta yola salmışlar.

Təqsirləndirilənşəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər:  

Təqsirləndirilən şəxs Səfxanov Ruslan Elçin oğlunun ifadəsində zərərçəkmiş şəxs Turan Rüstəmovun onu təhqir etməsindən sonra əlbəyaxa olduqları zamanı üzərində olan bıçaqla sonuncuya yüngül xəsarət yetirdiyini, sonuncunu öldürmək niyyətinin olmadığmı gostərməsi özünü müdafıə məqsədilə qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirilir. Belə ki, təqsirləndirilən şəxs Ruslan Səfxanovun qəsdinin Turan Rüstəmovu öldürməyə yönəldiyi cinayətin üsulu, yetirilən bədən xəsarətinin ağırhğı, həyatiliyi, xarakteri və lokalizasiyası, iş üzrə toplanmış sübutlarla kifayət qədər sübuta yetirilmişdir. 

İstintaq zamanı təqsirləndirilən şəxs Səfxanov Ruslan Elçin oğlunun şəxsiyyətini səciyyələndirən hallar yoxlanılarkən, toplanmış sənədlərdən müəyyən edilmişdir ki, o, 19 mart 2002-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur, subaydır, orta təhsillidir, həbs edilənədək Sumqayıt şəhəri, Nizami küçəsi, ev 7, mənzil 23 ünvamnda qeydiyyatda olmaqla Sumqayıt şəhəri, birləşmiş məhəllə, 7,8,12-ci məhəllə, ev 7A, mənzil 2 ünvamnda yaşamışdır, işsizdir, məlıkum olunmamışdır.

Hazırki vaxtda onun barəsində Sumqayıt Şəhər Polis tdarəsində təqsirləndirici material yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika narkoloji mərkəzi" publik hüquqi şəxsinin, habelə həmin nazirliyin "Bakı şəhər narkoloji mərkəzi" publik hüquqi şəxsinin, eləcə də, Azərbaycan Respubükası Səhiyyə Nazirliyinin 1 saylı, Respublika Psixiatriya xəstəxanasmın məktublarına əsasən, R.Səfxanov qeyd olunan müalicə müəssisələrində müalicə olunmayıb və qeydiyyatda olmamışdır. Təqsirləndirilən şəxs R.Səfxanov yaşayış yerindən verilmiş xasiyyətnaməyə əsasən, o, müsbət xarakterizə olunur.

İstintaq zamanı zərərçəkmiş şəxs Rüstəmov Turan Zəka oğlunun şəxsiyyətini səciyyələndirən hallar yoxlanılarkən, toplanmış sənədlərdən müəyyən edilmişdir ki, o, 21 mart 2006-cı il tarixdə Yevlax rayonunda doğlumuşdur, Subay olmuşdur. Mərhum qətlə yetirilənədək Yevlax rayonu, Havarh Ə/D, Hacıselli kəndində qeydiyyatda olmaqla Mingəçevir şəhəri, Şəhriyar küçəsi, ev 4, mənzil 4 ünvamnda yaşamışdır. İşsiz olmuşdur, məhkum olunmamışdır. Hazırki vaxtda onun barəsində Yevlax rayon polis idarəsində təqsirləndirici material yoxdur.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika narkoloji mərkəzi" publik hüquqi şəxsinin, habelə həmin nazirliyin "Bakı şəhər narkoloji mərkəzi" publik hüquqi şəxsinin, eləcə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 sayh, Respublika Psixiatriya xəstəxanasmın məktublarına əsasən, mərhum T.Rüstəmov qeyd olunan müalicə müəssisələrində müalicə olunmayıb və qeydiyyatda olmamışdır.  

Təqsirləndirilən şəxs Səfxanov Ruslan Elçin oglunun Azərbaycan Respublikası CM-nin 59-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir.

Təqsirləndirilən şəxs Səfxanov Ruslan Elçin oğlunun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir.

Beləliklə də, təqsirləndirilən şəxs Səfxanov Ruslan Elcin oğluna istinad edilən cinayətin onun tərəfmdən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilmişdir.

GÖSTƏRİLƏNLƏRƏ ƏSASƏN:

19 mart 2002-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasımn vətəndaşK orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Nizami küçəsi, ev 7, mənzil 23 ünvamnda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Səfxanov Ruslan Elçin oğlu cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, 26 noyabr 2022-ci il tarixdə saat 16:30 radələrində, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində, Azərbaycan Respublikası Gənclər və Idman Nazirliyinin nəzdində olan «Şağan Olimpiya İdman Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasının 1 nömrəli zahnda cüdo üzrə keçirilən yarışlar zamanı tamaşaçılar əyləşən hissənin qarşısında yüngül dərəcəli sərxoş vəziyyətdə, əvvəllər tanımadıgı 2006-cı il təvəllüdlü, yetkinlik yaşma çatmayan Rüstəmov Turan Zəka oğlunun əyləşdiyi oturacağın yanından keçməsi üçün yol verməsini istəyərkən, sonuncunun söyüş söyməsini bəhanə edərək özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik ntimayiş etdirərək, ictimai qaydaları və ictimai maraqlan, habelə əxlaq normalarını pozan və bunlara etinasızhq göstərən hərəkətlər edərək, həmçinin idman arenasmda yarışda iştirak edən və yanşlara tamaşa edən şəxslərə qarşı hörmətsizlik göstərməklə eqoizm nümayiş etdirməklə, hər hansı əsaslı və tutarlı səbəb olmadan yaşca özündən kiçik Turan Rüstəmovu üz nahiyəsinə əli ilə bir dəfə zərbə vuraraq həyat üçün təhlükəli olmayan, canlı şəxslərdə sağlamhga zərərvurmayan xəsarətin əlamətinə malik, sol almacıq nahiyəsinin bir ədəd qansızması xəsarətini yetirərək onu münaqişəyə cəlb edib əlbəyaxa olaraq, alın nahiyəsinə bir dəfə zərbə vurub həyat üçün təhlükəli olmayan, sağlamhğa yüngül dərəcəli zərərvurmanm əlamətlərınə malik, ahn nahiyyəsinin bir ədəd kəsilmiş yarası xəsarətini yetirməklə aralarmda yaranmış mübahisə zəmnində törətmək niyyətində olduğu əməlin cinayət xarakterini və hüquqaziddliyini, bu əməlin törədilməsi ilə zərərçəkmişin ölümünə səbəb olacaq ictimai təhlükəli nəticələrin baş verməsini qabaqcadan görərək və bunları arzu edərək, Turan Rüstəmovun öldürülməsinə yönəlmiş  bilavasitə niyyətlə hərəkət  edərək, üzərində  gəzdirdiyi, zavod üsulu ilə hazırlanmış, məişət təyinath, soyuq silah hesab edilməyən mətbəx bıçağım şalvarmın bel nahiyəsindən çıxarıb Turan Rüstəmovu qəsdən öldürmək niyyətilə sonuncunun sinə nahiyəsinə bir dəfə zərbə endirməklə həyat üçün təhlükəli olan, sağlamlığa ağır dərəcəli zərərvurmamn əlamətlərinə malik, ürək kisəsinin (perikardm) və ürəyin sol mədəcik əzələsinin, diafraqmanm zədələnməsi, sol VI-Vll qabırğalann kəsilməsi kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yansımn aşağı üçdə birinin daxilə - döş boşluğuna nüfuz edən bır ədəd deşilmiş-kəsilmiş yarası xəsarəti yetirməklə sonuncunun həyatdan məhrum edilməsinə yönəlmiş qəsdini başa çatdıraraq Turan Rüstəmovu xuliqanhq niyyəti ilə qəsdən Öldürmüşdür. Bununla da, Səfxanov Ruslan Elçin oğlu, Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın