Həbsxanaya narkotik keçirilməsinin qarşısı alındı
Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.
Penitensiar Xidmətdən "Azərbaycan Reallığı"na verilən məlumata görə, məhkum Abasqulu Namazova tanışı Tamerlan Hüseynov tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən orada 5 ədəd plastik yoqurt qabının içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə metamfetamin, marixuana, heroin və metadon aşkar olunub
Faktla bağlı araşdırma aparılır.
AZƏRBAYCANREALLIĞI.COM
Bizimlə əlaqə WhatsApp (055) 8288841