İŞİD üzvü olan məşhur azərbaycanlı Türkiyədə həbs olundu

24, 05, 23
13:00

İŞİD üzvü olan məşhur azərbaycanlı Türkiyədə həbs olundu


Türkiyədə İŞİD üzvlərinə qarşı mübarizə davam edir.  

"Azərbaycan Reallığı" xəbər verir ki, İstanbul polisinin Terrorla Mübarizə Şöbəsinin (TEM) əməkdaşları ötən gün 12 İŞİD üzvünü həbs edib. 

Bildirilir ki, əməliyyat İŞİD-in tərkibində təşkil edilən “Təqva Qrupu”na qarşı həyata keçirilib. TEM-in məlumatına görə, ötən gün İstanbul, Konya və Antalyada şübhəlilərə qarşı əməliyyat keçirilib və eyni vaxtda aparılan axtarışlarda şübhəlilərin hamısı saxlanılıb. Axtarışlar zamanı 73 güllənin maddi sübut olaraq götürüldüyü də bildirilib.

Məlumata görə, ötəngünkü axtarışlarda polis əməkdaşları terror təşkilatının sözdə logistikaya nəzarət və sosial strukturlaşma təmsilçisini də yaxalayıb. Məlum olub ki, Azərbaycan əsilli Əbdürrəhman Mehdiyevin rəhbərlik etdiyi struktur dəfələrlə Suriyaya gedib və İŞİD-ə qoşulanların yaxınlarına yardım edib. Eyni zamanda onun “Təqva qrupu”nun sözdə Azərbaycan təmsilçisi olduğu da diqqətə çatdırılıb. 

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın