7 il əvvəl ölmüş elan edilmişdi, indi məhkəməyə çıxarılır

23, 05, 23
14:00

7 il əvvəl ölmüş elan edilmişdi, indi məhkəməyə çıxarılır


2016-cı ildə məhkəmə tərəfindən ölmüş elan edilən şəxs yenidən hakim qarşısına çıxarılacaq.

"Azərbaycan Reallığı" xəbər verir ki, İŞİD terror təşkilatının silahlı münaqişələrində iştirak edən azərbaycanlı Şahin Salayev barəsində ittiham aktı Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi (dini məzhəbləri yaymaq zəminində Azərbaycandan kənarda silahlı münaqişələrdə iştirak etmə) ilə ittiham olunan Salayevin işi hakim Fərid Namazovun icraatında araşdırılacaq.

Qeyd edək ki, Şahin Salayev bu il Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xarici dövlət ərazisində tutularaq Azərbaycana gətirilib. Onun Suriya-İraq ərazisində 10 illik döyüş təcrübəsi olub.

Araşdırmalar zamanı məlum olub ki, Salayev 2016-cı ildə Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə xaricdəki silahlı münaqişələr zamanı ölmüş elan edilib.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın