Polis tərəfindən məhv edilən şəxsin kimliyi açıqlandı -

05, 03, 23
14:00

Polis tərəfindən məhv edilən şəxsin kimliyi açıqlandı -


Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində “Bravo”dakı silahlı insidenti törətməkdə şübhəli bilinən şəxslərdən biri - 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z. Tağıyev küçəsindəki 19 saylı binada gizlənməsi müəyyən edilib.

DİN-dən  "Azərbaycan Reallığı"ın sorğusuna cavab olaraq bildirilib ki, o, avtomat silahdan polis əməkdaşlarına qarşı müqavimət göstərib. Görülmüş tədbirlərlə o, polis tərəfindən məhv edilib.

Cinayəti törətməkdə şübhəli bilinən digər şəxs və ya şəxslərin də saxlanılması barədə əlavə məlumat veriləcəkdir.

R.İsmayılovun meyiti sözügedən evdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın