Sevgilisini hotelin 6-cı mərtəbəsindən atdı

17, 02, 23
16:00

Sevgilisini hotelin 6-cı mərtəbəsindən atdı


Bakıda kişi qeyri-rəsmi münasibətdə olduğu qadını 6-cı mərtəbədən atıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, fevralın 16-da Nəsimi rayonunda bir qadının xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Araşdırmalarla həmin gün saat 19 radələrində rayon ərazisində yerləşən hotellərin birində Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Qənbərovun qeyri-rəsmi nikah münasibətində olduğu həmin qadını 6-cı mərtəbənin pəncərəsindən yerə atması məlum olub. Qadın hotelin 3-cü mərtəbəsindəki çardağın üzərinə düşməsi nəticəsində sağ qalıb. O, dərhal xəstəxanaya yerləşdirilib.

Adam öldürməyə cəhddə şübhəli bilinən Ş.Qənbərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın