ŞOK: Nərmini yandırıb videoya çəkiblər - Görüntülər var

18, 06, 22
12:00

ŞOK: Nərmini yandırıb videoya çəkiblər - Görüntülər var


"Prosesə sədrlik edən hakim məzuniyyətə çıxdığına görə, araşdırma təxirə salınıb. İyulun 13-də məhkəmə baş tutacaq".

"Azərbaycan Reallığı" xəbər verir ki, bu sözləri "Sherg.az"a açıqlamasında müəmmalı şəkildə qətl olunan Nərmin Quliyevanın atası Şərif Quliyev bildirib.

Ş. Quliyevin fikirlərinə əsasən,  Nərminin nənəsi  Minayə İsmayılova  vaxtı  səhv deyib: 

"Təxminən 22:00 radələrində qızım Şəbnəmlə onlara getmişik. Ağbirçək qadındı, zamanı dəqiq deyə bilməyib. Qarşı tərəf yalan iddialar irəli sürür. Şübhəli şəxs olan İlkininin ( Süleymanov ) guya, haqlı olduğunu deyirlər. O videoçəkilişlə etiraf edib. Nərmini yandırıb çəkdiyi görüntülər də var. Hamısını görəcəksiniz. İstintaq davam edir, məhkəmə yekunlaşandan sonra görüntülər kanallarda göstəriləcək".

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkarlanıb.

Cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. Hazırda araşdırma davam edir.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın