"Emin 444"-ün ölümündə SENSASİON məqamlar üzə çıxdı: Onu necə qətlə yetriblər?

05, 04, 22
15:00

"Emin 444"-ün ölümündə SENSASİON məqamlar üzə çıxdı: Onu necə qətlə yetriblər?


2019 cu ilin may ayının ən səs-küylü cinayətlərindən olan Emin 444 kimi tanınan Emin Səfərovun ölümü ətarfında cəryan edən hadisələr bitib tükənmək bilmir. Belə ki, Eminin anasının media ve sosial şəbəkələrdə açıqlamasında cinayəti törədən əsas sifarişçilərdən biri kinboks üzrə dünya çempeonu Zaur Yusifov olduğunu bildirmişdır. Amma Zaur Yusifov keçən ilin Oktyabır ayında Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə müəmmalı şekildə bəraət alaraq azadlığa çıxmışdır. Çox çekməyərək onu keçən ayın martında Emin 444  qohumu tərəfindən güllələnərək qətilə yetirilmişdir. Bu hökümdən narazı qalan Emin Səfərovun (Emin 444) anası Məlahət Səfərova Bakı Apeliyyasıya məhkəməsinə şikayət vermiş, hökümdən narazı qalan prakurorluq orqanda Apeliyyasıya protesti vermişdır. Məhkəmə prosesi 4 Apreldə davam etdirilib, proses zamanı itthamçı prakror iş üzrə 18 il azadlıqdan məhrum edilən hal-hazırda həbsdə olan Həsən Tağıyevin istentaq ifadəsin elan etmişdir. Qeyd edək ki, Həsən Tağıyev həbs olunandan 3 dəfə istentaqa fərqli-fərqli ifadələr vermişdir. Daha sonra o, prakurorun və vəkillərin sorğu-sualların cavablandırıb. İş üzrə təqsirləndirilən Zaur Yusifov vəfat etdiyi üçün onun hüququ varsi kimi atası Əli Yusifov tanınıb. Həsən Tağıyevin istentaqa verdiyi sözügedən ifadəni təqdim edirik:

Emin Səfərovun (Emin 444)

Təqsirləndirilən şəxs Tağıyev Həsən Mərdan oğlu 13.05.2019-cu il tarixdə rayon prokurorluğuna ərizə ilə müraciət edərək əməlindən səmimi peşiman olduğunu, hazırda istintaqla əməkdaşlıq etmək istədiyini, hadisəni olduğu kimi danışmaq istədiyini, cinayətin əsas iştirakçısının Zaur Yusifov olduğunu qeyd edərək, yenidən dindirilməsini xahiş etmişdir. Həsən Tağıyev 13.05.2019-cu il tarixdə əlavə dindirmə zamanı göstərmişdir ki, hadisə baş verən zaman tək olmamış, ondan başqa hadisə yerində məşqçisi Zaur Yusifov və sonuncunun atası Əli Yusifov olmuşdur. 

Həsən Tağıyev 

Belə ki, o, 09.05.2019-cu il tarixdə saat 12 radələrində yuxudan oyanıb təxminən 1 saat evdə olmuşdur. Təxminən saat 14 radələrində evdən çıxıb “Nəsimi” metrostansiyasının yaxınlığına gəlmiş, hər ehtimala özünü qorumaq üçün bıçağı da çantaya qoyub üzərində götürmüşdür. Günorta metronun yaxınlığında dönər yeyib 6-cı mkr-da olan “Qardaşlar” marketin yanına gəlib orada olan moykanın qarşısında durmuşdur. Təxminən saat 16 radələrində Zaur Yusifova həmişəki kimi zəng edərək görüşmək istədiyini demişdir. “Nargilə” çay evinin qarşısında Zaurla görüşərək hal-əhval tutmuşlar. Daha sonra gəzərək “Qardaşlar” mağazasına getmişlər. 

Zaur Yusifov

Zaur mağazaya girmiş, o isə çöldə dayanmışdır. Bu zaman Emin idarə etdiyi “BMV X5” markalı avtomobillə gələrək onun yanında saxlamışdır. Emin həmin vaxt maşında tək olmuşdur.  Emin ona demişdir ki, “Həsən min maşına gedək”. O, maşına minib  sağ tərəf arxa oturacaqda əyləşmişdir. Çünki sağ qabaq oturacağın ayaqaltında zibil torbası olmuşdur. Eminə salam verən zaman Zaur avtomobilə yaxınlaşaraq sol qabaq qapını tutaraq Eminə demişdir ki, “Həsəni hara aparırsan”. Emin isə cavab olaraq Zaura “söhbət edib gəlirik” demişdir. Zaur etiraz edərək onu avtomobildən düşürüb özü avtomobilə daxil olmuş, sürücünün yanında olan oturacaqda əyləşmişdir, Zaur sağ qabaq oturacağın ayaqaltısında olan zibil torbasını arxa oturacağın ayaqaltısına qoymuşdur. O, “Qardaşlar” marketin yanında gözləmiş, Emin isə Zaurla birlikdə avtomobillə uzaqlaşmışdır. Təxminən 5 dəqiqədən sonra Emin və Zaur qayıtmışlar. 
Emin 444 Anası oğlumun qatili Zaur Yusifovdu - VİDEO » Olkepress.com
Zaur avtomobildən düşmüş və Emin avtomobili ilə uzaqlaşmışdır. Zaur Emin getdikdən sonra ona “ehtiyatlı ol, Emin səni aparıb vurmaq  istəyir” demişdir. Bundan sonra Zaurla 6-cı mikrorayon ərazisində bir qədər gəzmişlər. Saat 23 radələrində Zaurun atası Əli, Zaura zəng etdiyindən Zaur atası ilə danışmışdır. Zaur ona demişdir ki, atası ona “Həsən hardadır, çağır gəlsin, Eminlə bir yerdəyəm, gətir barışsınlar” deyib. Zaur ona atasının Eminlə evlərinin yanında, məhəllədə olduqlarını demişdir. Zəng gələndə onlar “Nargilə” çay evinin yanında olmuşlar. 

Oradan Zaurla birlikdə Eminlə Əlinin yanına getmiş, Eminin maşınına yaxınlaşdıqda Əlinin sağ qabaq oturacaqda oturduğunu, avtomobildə Eminlə Əlidən başqa heç kimin olmadığını görmüş, maşın dayanmış halda olmuşdur. Eminə tərəf yaxınlaşdıqda Emin ona “Həsən otur maşına gedək” demiş, Əli də ona “narahat olma, otur” demişdir. Bu zaman Zaur gələrək “Həsən maşına oturmayacaq” demiş, Emin isə Zaura “sənlik deyil, özümüz bilərik sən qarışma” demişdir. Emin tərəfdə olan pəncərə açıq olmuş, elə bu zaman Zaur əlində bıçaqla hər iki əli ilə Eminin köynəyinin yaxasından tutub sıxaraq bıçaqla sinəsinə zərbə endirdikdən sonra ona da qışqıraraq “nəyə baxırsan, sən də bunu vur” demişdir. Bu zaman Əli “etməyin” deyib əlini atıb Emini özünə tərəf çəkmiş, avtomobilin qapısı açıq olduğu üçün Eminin sol ayağı çölə çıxdığından o, çantasından bıçağını çıxararaq Eminin ayağından bir dəfə bıçaqla xəsarət yetirmişdir. Emin avtomobilin qabaq sağ oturacağına keçmək istəyərkən avtomobil geri hərəkət edərək səkinin üzərində dayanmışdır. 
Emin 444 qətli ilə bağlı Apelyasiya Məhkəməsi keçirildi: İş yenidən Bakı  Ağır Cinayətlər Məhkəməsinə göndərildi - FOTOLAR və VİDEO » XalqXeber.Az |  Son xeberler Azerbaycan xeberleri
Bu zaman avtomobilin sağ qabaq oturacağında oturan Əli avtomobildən düşmüş, avtomobilin ön sağ qapısı açıq qalmışdır. Bu zaman Emin oturduğu oturacaqdan tərpənib qabaq sağ oturacağa tərəf keçməyə çalışmışdır. O, Zaurla avtomobilin sol qabaq tərəfindən avtomobilin sağ tərəfinə keçmişlər. Emin sağ ön qapıdan düşmək istəyən zaman Zaur əlində olan bıçaqla Eminin qarın nahiyyəsinə çoxsaylı bıçaq zərbələri yetirməyə başlamışdır. Zaur Eminə bıçaqla vuranda Əli araya girərək Zaura “Dayan, bəsdi, məni də vurdun” demişdir. Bundan sonra Zaur Emini tutaraq avtomobildən çıxarmışdır. Əli yenidən vurulduğunu dedikdə, Zaurla Əli öz evləri istiqamətində getmişlər. Emin isə həmin zaman müvazinətini itirib ona tərəf yıxılanda o, Eminin onu vurmaq istədiyini düşünüb qorxub əlində olan bıçaqla Eminin qarın nahiyyəsinə bıçaqla bir dəfə vurmuşdur. Həmin vaxt o, səkidən aşağıda olmuşdur. Eminlə o, hər ikisi səkidən yerə yıxılmışlar. Emin binanın tinində arxası üstə uzanıqlı halda qalmışdır.
 qandal hebs | RealMedia.az
Bu zaman Zaur uzaqlaşarkən qışqıraraq “Həsən, təslim ol, qaçma” demişdir. Həmin vaxt o, şokda olmuş, hadisənin təsirindən özünü itirmişdir. Sağ əlində bıçaq bir anlıq dayanıb, cibində olan telefonunu çıxarıb atası Mərdana zəng edərək hadisə törətdiyini, adam vurduğunu demişdir. Atası da “hardasan? Nə olub?” kimi suallar vermiş, o, atasına cavab verə bilməyib telefonu söndürmüşdür. Sonra isə “Coşu” ləqəbli dostu Şəhruza zəng edərək Emini vurduğunu demişdir. Şəhruz da ona demişdir ki, “Allah köməyin olsun gərək elə etməzdin”.  Əynində qara rəngli qısaqol futbolka qalmış və yenidən aşırmalı çantanın kəmərini boynundan keçirmişdir. Bu zaman YPX avtopatrulu yaxınlaşmışdır. Bir nəfər polis əməkdaşı ona yaxınlaşaraq nə baş verdiyini soruşduqda adam vurduğunu demişdir. 
bıçaq
Artıq ətrafa çoxlu adamlar toplanmağa başlamışdır. Həmin polis əməkdaşı bıçağı yerə qoymağını dediyindən bıçağı meyitin yanına qoymuşdur. Polis əməkdaşı qoluna girərək onu “Nəsimi” metrosu istiqamətində hərəkət etmişlər. Sonra  post patrul avtomobili gəlmiş və onu Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinə təhvil vermişlər. O, Zaurun Emini vuracağından xəbərsiz olmuş, oraya Əlinin çağırışına görə Eminlə  barışmaq üçün getmişdir. Zaur Yusifovun ona “ehtiyatlı ol, Emin səni harada tək görsə vuracaq” deməsindən sonra üzərində bıçaq gəzdirmişdir. Eminlə elə bir ciddi problemi olmamışdır. Lakin 30 aprel 2019-cu il tarixdə “Nargilə” çay evinin qarşısında Zaurla Emin arasında söhbət olmuşdur. Həmin söhbət vaxtı Emin Zaura “mənim tutulmağımda kimsə yaxın adam var, səbəbkar odur” demiş, Zaur isə “sözü mənə vurursan, mən sənə pis olmamışam ki, əksinə sənə yaxşılıq etmişəm” cavabını vermişdir. Bu zaman Emin ona demişdir ki, “sən burada dayanma çıx get”.
Vəhşicəsinə öldürülən “Emin 444”ün anasından şok açıqlamalar – Video »  Xeberdar.net
Eminin belə deməsinə baxmayaraq o, heç bir yerə getməyib orada qalmış, bu məsələdən sonra Emin ona hörmətsizlik etdiyini bildirmişdir. Emin oradan uzaqlaşdıqdan sonra o da Zaurla sonuncunun evinə getmişdir. Təxminən 10-15 dəqiqə sonra Emin Zaurla telefonda danışıb, Rza adlı tanışı ilə Zaurun evinin qarşısına zeytun ağacları olan yerə gəlmişdir. Həmin vaxt Zaurla Emin arasında söhbət olmuşdur. Emin Zaura maşında əyləşməsini deyib tək söhbət etməyi təklif etmiş, lakin Zaur Eminə düşərək ağaclıqda söhbət etməsini bildirmişdir. Zaurun qardaşı Zamin də həyətdə olmuş, evdə başqa heç kəs olmamışdır. O, qapının qarşısında dayanan zaman Zaur qabaq sağ oturacaqda, Rza arxa sağ oturacaqda onun yanında isə Zamin oturmuşdur. Onun şalvarının bel hissəsində bıçaq olduğundan bıçağı kəmərinin qabaq hissəsinə keçirmiş və arxa sol oturacaqda Zaminin yanında oturmuşdur. 
Zaur Yusifov marketdə güllələnibmiş... - ŞOK FOTOLAR
Bu zaman Emin ona maşından düşməyini desə də o,  maşından düşməmişdir. Emin əsəbi halda ona yenə maşından düşməyini demişdir. Bu zaman o, Zaura baxmış, sonuncu ona düşməyini dedikdən sonra maşından düşmüşdür. Emin ona “sən görəcəksən, səninlə sonra danışaram” demiş və onlar çıxıb getmiş, o da öz evinə getmişdir. Bu hadisələrdən sonra Eminlə onun arasında ədavət yaranmış, Zaur ona “ehtiyatlı ol, Emin deyib ki, onun vurduracam” demişdir. Bu hadisədən sonra Eminlə 09 may 2019-cu il tarixdə Qardaşlar marketin yaxınlığında görüşənədək Emini görməmiş, Eminə görünməməyə çalışmışdır. 30.04.2019-cu il tarixdə Zaurun yaşadığı evin həyətində olan zaman maşında oturanda qabaq sağ oturacaqda oturan Zaurun əlində “vinçester” tipli silah olmuşdur. Lakin Zaminin əlində silah görməmişdir. Hadisə baş verən zaman Zaur Yusifovun əlində olmuş bıçaq düymə ilə açılan qara rəngli normal ölçülü bıçaqdan bir qədər iri olmuşdur. Zaurun əynində isə qara rəngli idman geyim dəsti, başında isə səhv etmirsə, kepka papaq olmuşdur. Hadisə baş verən zaman Emin Səfərovun əlində, avtomobilində bıçaq, başqa silah görməmişdir. 
SAATLIDA KİRMİNAL avtoritet » AzərTaym İnformasiya Portalı
Hadisə baş verən zaman Əli, Emin Zaurdan başqa orada heç kim olmamış, hadisə zamanı o, Zaurun xəsarət alıb-almamasını bilməmişdir. Yalnız Zaur Emini bıçaqla vurarkən Əli Zaura “bəsdi dayan məni vurdun” demişdir. Bundan sonra bilmişdir ki, Əli xəsarət almışdır. O, Zaur və Əliyə xəsarət yetirməmiş, yalnız Emin Səfərova Zaur ona vurmağını dedikdən sonra qapı açıq olduğundan ayağından bir dəfə, Emin səkidən müvazinətini itirib üzərinə gələn zaman Eminin onu vuracağından qorxaraq səhv etmirsə, iki dəfə Eminin qarın nahiyəsinə bıçaqla vurmuşdur. 
Emin 444 Anası oğlumun qatili Zaur Yusifovdu - VİDEO » Olkepress.com
Emin Səfərov arxası üstə yerdə uzanıqlı halda olan zaman Eminə xəsarət yetirməmişdir. Əli Yusifov Zaurla onu Eminlə barışdırmaq üçün çağırmışdır. Əlinin üzərində heç bir silah görməmiş, Əli Eminə xəsarət yetirməmişdir. Əksinə Əli, Zaur Eminə maşının içərisində vuran zaman Zaura mane olmağa çalışmışdır. Habelə maşın səkidə dayanan zaman Zaur yenə Emini bıçaqla vurarkən Əli, Zaura mane olmağa çalışmış və bu zaman xəsarət almışdır.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın