“Sənə iynə vuracağıq, 7-8 ayın içində havalanıb öləcəksən...” - MTN məhkəməsində yeni SENSASİON ifadə

23, 02, 22
13:30

“Sənə iynə vuracağıq, 7-8 ayın içində havalanıb öləcəksən...” - MTN məhkəməsində yeni SENSASİON ifadə


Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi(MTN) İstintaq Baş İdarəsinin rəisi
Mövlam Şıxəliyev, İstintaq İdarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, İstintaq İdarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və İstintaq İdarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə proses davam edir. İş üzrə Baş Prokurorluğun İstintaq İdarəsində 5 ilə yaxın istintaq aparılıb, 32 zərərçəkən müəyyən olunub, dünyasını dəyişən 4 zərərçəkənin hüquqi varisi müəyyən olunaraq tanınıb. İstintaq zamanı

36 zərərçəkənə 20 milyon manatdan artıq ziyan vurulduğu təsbit olunub. 4 təqsirləndirilən şəxsdən ikisinin – Mövlam Şıxəliyevlə Yasin Məmmədovun əmlaklarının müsadirə üçün üzərilərinə həbs qoyulub. İstintaqın digər 2 təqsirləndirilən şəxsin əmlaklarının üzərinə həbs qoymamasının səbəbi bilinmir. Mövlam Şıxəliyevin ümumi dəyəri 7 milyon 738 min 170 manatlıq, Yasin Məmmədovun isə 278 min 600 manatlıq əmlakları xüsusi müsadirəyə təklif olunub. Bu o deməkdir ki, zərərçəkənlərə dəyən ziyanın 12 milyonluq hissəsinin hansı mənbədən ödənəcəyi aydın deyil. Bu baxımdan zərərçəkənlərin təqsirləndirilən şəxslərin əmlaklarının tam olaraq müəyyənləşdirilməsi tələbləri haqlı görünür. Onlar xüsusilə Mövlam Şıxəliyevin əmlaklarının müəyyən olunmasına  çalışır, müstəqil şəkildə araşdırma aparırlar.
78ee4819-70a7-4e0e-8c73-e3cd66f7fcab.jpg (23 KB)
Hakim jurnalistlərə məktub yazıb özünü rüsvay elədi: jurnalistlərin məhkəmədə iştirakını məqsədəmüvafiq(!) hesab etmirəm!

Cinayət işi üzrə proses ötən ilin oktyabrında başlanıb.

Açıq keçirilən məhkəmə prosesinə ötən müddət ərzində

jurnalistlər buraxılmır. 

Əməkdaşlarının açıq məhkəmə prosesində iştirakının

təmin edilməsi ilə bağlı “Yeni Müsavat” qəzetinin,

“Teleqraf.com”, “Qaynar.info”, “Haqqin.az” və digər saytlarının baş redaktorları Həbib Həsənova və Elbəy

Allahevrdiyevə də rəsmi müraciət ünvanlayıblar. Bundan başqa iş üzrə zərərçəkənlərdən bir neçəsinin vəkili

olan Osman Kazımov da jurnalistlərin məhkəmə

prosesində iştirakının təmin edilməsi ilə bağlı vəsatət 

verib. Hakim Elbəy Allahverdiyev heç bir əsaslandırma

aparmadan vəsatəti müzakirəyə çıxarmayıb.

Fevralın 22-də keçirilən prosesdən əvvəl jurnalistlərə hakim Elbəy Allahverdiyevin məktubu təqdim edilib. Həmin məktubda hakim jurnalistlərin məhkəmə prosesinə buraxılmamasını COVİD-19-la əlaqələndirir, Ümumdünya Səhiyyə Təşkilatını özünün qanunsuzluğuna şərik edir. Hakim açıq məhkəmə prosesində jurnalistlərin iştirakını məqsədəmüvafiq(!) hesab etmədiyini yazır. 

Ötən proses bu məsələnin müzakirəsi ilə başlayıb. Zərərçəkənlərdən Zaur Əliyev hakimin diqqətinə çatdırıb ki, fevralın əvvələində keçirilən prosesdə o, jurnalistlərin prosesdə iştirakı üçün rəsmi müraciət tələb edildiyini deyib:

“KİV haqqında Qanun”a görə jurnalistlər istənilən Azərbaycan vətəndaşı kimi açıq keçirilən məhkəmə prosesində iştirak edə bilərlər. Sizin tələb etdiyiniz rəsmi müraciət qanunsuz olsa da, baş redaktorlar bəhanənizi kəsmək üçün qanunsuz və əsassız tələbinizi yerinə yetirdilər. İndi isə pandemiyanı bəhanə edirsiz. Bu məntiqlə, növbəti məhkəmə prosesinə dövlət ittihamçısını da buraxmamalısız. Çünki hörmətli prokuror da COVİD-19-a yoluxa bilər. Biz zərərçəkənlər tələb edirik ki, açıq keçiriıən məhkəmə iclasında mətbuat nümayəndələrinin iştirakı təmin edilsin. Hakim Elbəy Allahverdiyev mətbuat nümayəndələrinə rəsmi cavab verildiyini bildirib. 

MTN-nin rəhbərliyinə 300 min ABŞ dolları məbləğində pul verməlisən! 


Bundan sonra iş üzrə zərərçəkən Elşən Mədətov sərbəst ifadə verib. Deyib ki,  2007-ci ildə “Texnikabank” ASC-in “Bakı” filialına öz adına müqavilə bağlamaqla illik 12 faizlə 623 min avro məbləğində əmanət qoyub: 

“İlk vaxtlarda faizləri verdilər. 2008-ci ilin iyun-iyul aylarında faizləri bankdan ala bilmədim. 2008-ci ilin avqustunda Fransaya istirahətə getdim. Qayıdandan sonra filialın müdiri Zal Yusifovun həbs olunduğunu bilib. Oktyabrın əvvəlində isə özünü MTN-nin İstintaq Baş İdarəsinin şöbə rəisi Vüsal Ələkbərov zəng elədi, məni MTN-ə çağırdı. Növbəti gün ora getdim. Səhər 11-də orada idim. MTN-nin inzibati binasının əsas giriş qapısından içəri keçdim. Məni ilk olara içəri çox çətinliklə keçirdilər. Mülki geyimdə olan şəxs qarşılayıb liftlə 4 yaxud 5-ci mərtəbəyə qaldırdı. Liftdən çıxandan sonra sola dönüb 10-15 metr getdikdən sonra bir boş otağa apardılar. Orada təxminən 5 saat tək oturdum. Burada sakit, məsum uşaq kimi oturan  şöbə rəisi Vüsal Ələkbərov 5 saatdan sonra otağa gəldi. Vüsal Ələkbərovun ilk sözü bu oldu ki, “bəs sən banka əmanət kimi pul qoymusan, mütəşəkkil cinayətkar dəstəyə qoşulub bankın filial müdiri Zal Yusifovla bankı talamısınız. Ona görə də MTN-nin rəhbərliyinə 300 min ABŞ dolları məbləğində pul verməlisən, yoxsa səni də Zal Yusifovla eyni ittihamla tutacağıq”. 

“Qorxmusan, başınıza iş gələr”


Vüsala dedim ki, banka qanuni yolla pul qoymuşam. O da hədə tonunda dedi ki,  “nə olsun ki, qanuni qaydada banka pul qoymusan, banka əmanət kimi qoyduğun pulun bir hissəsini bizə verməlisən, bu rəhbərliyin tapşırığıdır”. 

Tələbinin qanunsuz olduğunu dedim. Vüsal da dedi ki, “deyəsən hara gəldiyini bilmirsən, qızın universitetdə oxuyur, özün də küçədə-bayırda gəzirsən. Qorxmusan, başınıza iş gələr”.
VÜSAL.jpg (20 KB)

“Vüsal Ələkbərov mənə dedi ki, sənə “ölüm iynəsi” vuracağıq”


Dövlət ittihamçısı söhbətin nədən getdiyini aydınlaşdırmaq üçün zərərçəkənə sual verdi. 

Zərərçəkən bildirdi ki, onu öldürəcəkləri ilə hədələyib: 

“Vüsal Ələkbərov mənə dedi ki, sənə “ölüm iynəsi” vuracağıq. Deyirdi ki, 2 ay saxlayıb, üzr istəyib buraxacağıq. 7-8 ayın içində havalanıb öləcəksən. Mən də onun bu hədələrindən qorxduğum üçün, qızımın universitetdən qovacaqlarını düşündüyüm üçün məcbur olub Vüsalı dilə tutmağa çalışırdım. Ona dedim ki, mən Dairə Seçki Komissiyasının sədriyəm. Həmin vaxt prezident seçkiləri idi. Bunu deyəndən sonra Vüsal məndən vəsiqəni tələb elədi. Mən də verdim, vəsiqəyə baxdı. Vəsiqəni götürüb harasa getdi. Az sonra qayıdıb gəldi. Vəsiqəni verdi, dedi ki, get prezident seçkilərini keçirt, sonra görüşərik. Mən də çıxıb getdim. Seçkilər keçdi, prezident də İlham Əliyev seçildi. Seçki başa çatandan bir neçə gün sonra Vüsal məni MTN-ə çağırdı. Vüsal yenə də 300 min manat istədi. Vüsalla söhbət elədim, ondan 100 min dollara razı olmasını xahiş etdim. Bu mövzuda söhbət zamanı Vüsal otaqdan çıxıb rəisi Mövlam Şıxəliyevin yanına getdi. Məsləhətləşib qayıtdı. Mənə dedi ki, 100 min dollara razılaşdı, ifadəmi almadan məni buraxdı. 
Ona yalvardım ki, ancaq 100 min dollar tapa bilmişəm”

 “Zənbildə olan 100 min dolları Vüsala verdim”


MTN-dən çıxandan sonra pul toplamağa başladım. Özümdə 45 min dolları vardı. Qardaşım Kamaldan 50 min dollar, qaynatam Kələş Qafarovdan 5 min dollar borc aldım. 15-20 gündən sonra 2008-ci ilin oktyabr ayının sonlarında, günün ikinci yarısında Vüsal Ələkbərova zəng elədim. Dedim ki, pul hazırdır. Vüsal məni MTN-ə çağırdı. 100 min dolları məbləğində pulu sarı-ağ rəngli kağızdan olan, qulplu kiçik zənbilə qoydum, üstünü də örtdüm. Sürücüm Zahid Əliyev və qaynım Samit Qafarovla birlikdə MTN-nə getdik. Birinci dəfə MTN-nin qapısından keçdiyi yerdən qeydiyyatdan keçdik. Bu dəfə məni çox rahat şəkildə Vüsal Ələkbərovun otağına apardılar. Zənbildə olan 100 min dolları Vüsala verdim. 10-15 dəqiqə sonra MTN-dən çıxıb evə qayıtdım. 2008-cu ilin noyabr ayının əvvəllərində Vüsal Ələkbərov yenidən mənə zəng elədi, MTN-nə çağırdı. 

“Vüsal kabinetində 100 min dolları da aldı, dedi ki,  rəhbərliyə məruzə edib mənə cavab deyəcək”


Ora getdim. MTN-in əsas girişinin qarşısında Vüsal “Toyota” markalı, ağ rəngli “cip”lə çıxıb dayanmışdı. Maşından düşüb Vüsalın maşınına əyləşdim. Vüsal dedi ki, “rəhbərlik sənin pulunu qaytarmağımı tapşırıb. Çünki əleyhinə ifadə var. Zal və onun oğlu sənin barəndə ifadə veriblər ki, sən onlarla əlbir olub bankın pulunu talamısınız, buna görə də ümumilikdə 300 min dolları verməlisən”. Mənə dedi ki, 15-20 gün vaxtın var, hədə-qorxu gəlirdi ki, pulu çatdırmasan, başına oyun açacağıq, bu söhbətləri başqa yerdə danışma, yoxsa uşaqlarını da ilişdirərik”. Hədə-qorxulardan və həbs olunmaqdan çəkinirdim. Ona görə də evdə olan bütün qızılları Mərkəzi univermaqda və “Moskva” univermağında xatırlamadığı satdım. Dostum Qacar Əzizovdan 45 min dollar, qaynatası Kələş Qafarovdan 15 min dollar borc aldım. Əlavə 100 min dolları topladım. 2009-cu ilin noyabr ayının sonlarında Vüsal Ələkbərova zəng elədim, dedim ki, pulu yığmışam. Dedi ki, pulu da gətir, gəl MTN-ə. Əvvəlki kimi sürücüsüm Zahid və qaynım Samitlə birlikdə MTN-nə getdik. Saat 16 radələrində Vüsalın otağına qalxdım. Bu dəfə də pulla idim deyə, məni tez-tələsik Vüsalın yanına apardılar. Vüsal kabinetində 100 min dolları da aldı, dedi ki,  rəhbərliyə məruzə edib mənə cavab deyəcək. 1-2 gün sonra Vüsal zəng elədi, dedi ki, “məruzə etdim, pulu tam çatdır, rəhbərlik razılaşmır”. Mənə yenə 10 gün vaxt verdi. Əlacsız durumda idim. Bilmirdim nə edim”.

“O zaman bunların qılıncının dalı da, qabağı da kəsirdi. Kimə şikayət edəcəkdim?”

33b27e29-b9c6-4d05-b5f4-79dd5aaa1eed.jpg (88 KB)
Dövlət ittihamçısının “niyə şikayət etmədiz” sualına zərərçəkənin cavabı belə oldu: 

“O zaman bunların qılıncının dalı da, qabağı da kəsirdi. Kimə şikayət edəcəkdim? Şikayət etsəydim, başıma oyun açardılar. Vüsal Ələkbərov otağında “şəpit”də gəzirdi. Ayağını stolun siyirtməsinin yuxarısına qoyub, özünü olduqca arxayın aparırdı. O dövrdə bunlardan kimə şikayət etmək olardı? Ona görə də məcbur olub dostum Qacarın vasitəsi ilə  onun tanışından 20 min dollar, yeznəsi Nəsrəddin Sultanovdan 30 min dolları borc aldım. 2008-ci ilin dekabr ayının əvvəllərində Vüsala zəng elədim. Dedim ki, cəmi 50 min dollar pul yığa bilmişəm. Daha heç yerdən pul tapa bilmirəm. İstəyirsən məni tut, 200 min dollar pulumu da qaytar, istəyirsən düzəltdiyim 50 min dolları qəbul elə. Vüsal da dedi ki, məruzə edib xəbər edəcəyəm. Təqribən 1 saatdan sonra zəng edib muştuluq istədi. Dedi ki, bəs səni təbrik eləyirəm, rəhbərlik razılaşdı. Növbəti gün 19 radələrində Vüsalın tapşırığı ilə onun yaşadığı Yasamal bazarından bir qədər irəlidə olan binanın qarşısına getdim. Ora da sürücüm Zahid və qaynım Samitlə birlikdə getmişdim. 50 min dolları rəngli sellofan torbaya qoymuşdum. Vüsala zəng elədim, gəlib pulu alıb getdi. Bundan sonra borcları qaytarmaq üçün Şirvan şəhərində yerləşən “Qulu” restoranımı, Sabirabadın Həşimxanlı kəndində yerləşən dəyirmanımı satıb borclarını qaytardım. Vüsal Ələkbərov hədə-qorxu gəlməklə məndən 250 min dollar alıb”.

“MTN-in müdaxiləsindən sonra hakimlər açıq şəkildə bildirirdilər ki, ailəmizi təhlükə altına qoyub xeyrinizə qərar verə bilmərik”

Zərərçəkən bildirib ki, onun banka əmanət kimi qoyduğu vəsait də bu günə qədər ona qaytarılmayıb: “Mən ilkin mərhələdə bütün məhkəmələrdə haqlı olduğumu sübut edə bilmişdim. Yəni, banka əmanəti qanuni şəkildə qoyduğumu, faizlərin də qanuni şəkildə ödənildiyini təsbit etmişdi məhkəmələr. Lakin MTN-in müdaxiləsindən sonra hakimlər açıq şəkildə bildirirdilər ki, ailəmizi təhlükə altına qoyub xeyrinizə qərar verə bilmərik. Mülki işi zorla cinayət işinə əlavə edib banka qoyduğumuz əmanəti də mənimsədilər”.
Azərbaycan ərazilərinin işğalı enerji təhlükəsizliyinə təhdid mənbəyidir” -  MTN » Kaspi.azAzərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

“Bu adamlar Milli Təhlükəsizlik Nazirliyini Milli Talama Nazirliyinə çevirmişdilər”


Bundan sonra şahid qismində Elşən Mədətovun qardaşı Kamal Mədətov şahid qismində ifadə verib. O, qardaşından MTN əməkdaşlarının hədə-qorxu gəlməklə 250 min dollar aldıqlarını təsdiq edib. 

Şahid Nəsrəddin Sultanov da eyni epizod üzrə ifadə verib. Deyib ki, Elşən Mədətov MTN-də hədələnərək ondan 250 min dollar alınıb: “Bu adamlar Milli Təhlükəsizlik Nazirliyini Milli Talama Nazirliyinə çevirmişdilər. Elşənin heç bir günahı yox idi. Banka əmanət qoymuşdu. Onu çağırıb hədələyirdilər ki, guya əmanəti banka qanunsuz qoyub. Onu həbs etməmək üçün pul tələb edirdilər. Mən də deyirdim ki, vermə, sənin heç bir cinayətin yoxdur. Lakin, onu elə hədələmişdilər ki, çıxılmaz vəziyyətə düşmüşdü. Pulu verməyəcəyi təqdirdə, həbs ediləcəyini, uşaqlarının başına iş gələcəyindən qorxurdu. Ona görə də aparıb pulu verdi”.

“Vüsala dedim ki, siz cinayət edirsiz”


Şahid deyib ki, həmin günlərdə şəxsi tanışları vasitəsi ilə Vüsal Ələkbərovla görüşüb: “Vüsala dedim ki, siz cinayət edirsiz. Elşənin banka qoyduğu 623 min avronu da ələ keçimisiz, üstəlik 300 min tələb edib, 100 min dolları da almısan. Buna görə elşən qalacaq kənarda, mən səni güllələyəcəyəm. Vüsal bu sözlərimi eşidib qaçıb getdi. Sonra bildim ki, Elşəndən ümumilkdə 250 min dollar pul alıb”.

“Cahangirin qardaşı Arifdən eşitdim ki, o, evində özünə ülgüclə və bıçaqla xəsarət yetirib”


Bundan sonra fasilə elan olundu. Fasilədən sonra şahid qismində Elmar Qurbanzadə ifadə verdi. 

Şahid iş üzrə zərərçəkən, MTN tərəfindən qanunsuz həbsindən sonra özünü öldürmüş Cahangir Məmmədovun evini alıb: 

“2014-cü ilin avqust və ya sentyabr ayında dostum Ağazaman Mirzəyev zəng elədi. Dedi ki, Günəşlidə ev satılır, həmin evi şərikli alaq. Belə də elədik. Müddət tamam olduqda, Ağazaman Cahangirə zəng elədi, evdən çıxmasını xahiş etdi. Cahangir isə həyat yoldaşının evdən çıxmaq istəmədiyini dedi. 2015-ci ilin iyul ayında mən Cahangirin qardaşı Arifdən eşitdim ki, o, evində özünə ülgüclə və bıçaqla xəsarət yetirib. Sonra xəstəxananın 5-ci mərtəbəsindən özünü atıb öldürüb. 2015-ci ilin yanvar yaxud fevral ayında Cahangirin qardaşları Məzahir, Aydın və Ariflə birlikdə kafedə oturub çay içərək söhbət etdik. Arif Cahangirin bir müddət əvvəl İrana fişəng apardığı üçün Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulduğunu, Cahangirin həbsdən azad edilməsi üçün MTN-nin əməkdaşına pul verildiyini dedi. Lakin konkret olaraq MTN-in hansı əməkdaşına, hansı məbləğdə pul verildiyini və bu pulu kimin verdiyini bilmir”.

Şahidə tərəflər bir neçə sual verdikdən sonra proses matın 1-nə qədər təxirə salınıb. 


AZƏRBAYCANREALLIĞI.COM




Bizimlə əlaqə saxlayın