Emin 444- ün qatilləri - Zaur və Əli Yusufovlar niyə və nə üçün azadlıqda qalıblar?

02, 11, 21
14:03

Emin 444- ün qatilləri - Zaur və Əli Yusufovlar niyə və nə üçün azadlıqda qalıblar?


Bir neçə il bundan əvvəl Baknın Binəqədi rayon ərazisində qətlə yetirilən Emin "444" anası Məlahət Səfərovanın etibarnaməsi ilə hal-hazırda onların hüquqlarını müdafiə edən hüquqşünas Mübariz Məsimoğlu öznün facebook səhifəsində Emil "444" ölmünün səbəblərini açıqlayıb. Vəkil idda edir ki, Eminin ölmünün əsil səbəbkarları indiyə kimi azadlıqdadır. Sözü gedən yazı və videoçıxşı oxuclarmıza təqdim edirik:

Onu da əlavə edək ki, "Azərbaycan Reallığı" informasıya agentliyi yazı və videoçıxşlarda adları hallanan qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırdı.

Bir cinayət işinin  izi ilə, yaxud Emin 444- ün qatilləri - Zaur və Əli Yusufovlar niyə və nə üçün azadlıqda qalıblar?

Artıq məlum olduğu kimi hüquqlarını təmsil etdiyim Səfərova Məlahət Mansur qızının oğlu 2019 - cu il tarixdə xususi amansızlıqla, qəddarlıqla qətlə yetirilib.Ona 147 bıçaq zərbəsi vurulub, 78- i bədəninə, yerdə qalnı paltarlarına dəyib. Cinayət işində şübhəli şəxs qismində 4 nəfərin - Əli Yusifovun ( ata), Zaur Yusifovun ( oğul),  Zamin Yusifovun( oğul)  Həsən Tağıyevin ( onların əl buyruqçusunun) adı hallandırılıb. Cinayət əməli ancaq Həsən Tağıyevin üstünə yıxılıb, ona 18 il iş veriblər. Əli Yüsifov ibtidai istintaq zamanı təmizə çıxarılıb, Zaur Tağıyev Bakı Ağır Cinayətlər Məhkəməsində azadlığa buraxılıb. 

Həsən Tağıyev İbtidai istintaqa verdiyi ifadələrində dəfələrlə yalan məlumatlar verib. Əvvəl deyib ki, aramızda baş verən şəxsi münasibət əsasında Emin Səfərovu mən tək öldürmüşəm. Hadisə yerində nə Zaur Yusifov, nə də Əli Yusifov olublar.Sonrakı ifadəsində deyib ki, cinayət hadisəsini Zaur Yusifov törədib mən onun təhriki ilə Eminə 3 bıçaq vurmuşam.Sonra 4 dəfə bu ifadəni təsdiqləyib. Məhkəmədə bu ifadəsini dəyişib yenidən Emini tək öldürdüyünü deyib. Əli Yusifovun İbtidai istintaqa verdiyi ifadələr də ziddiyyətli olub və təqribən Həsənin uydurduqları yalana uyğunlaşdırıllb. O da birinci ifadəsində deyib ki, hadisə yerinə gələndə Eminlə Həsəni əlbəyaxa görüb. Sonra ifadəsini dəyişib deyib ki, o, Eminin masınında Eminin yanında oturub, Həsən maşına arxadan minib oradan Emini bıçaqlayıb. Sonrakı ifadəsində qeyd edib ki, Həsən maşına minməyib, pəncərədən Emini bıçaqlayıb. Zaur isə ümumiyyətlə hadisə yerində olmayıb. 

Emin Səfərov ("444")

Zaur isə bəyan edib ki, mən Həsənlə Zauru ayıran zaman Həzəni dizimlə vuranda bıçaq mənim baldırıma dəyib. Niyə baldırına, dizinə yox? Həmçinin, hadisəni gözü ilə görən şahidlər ibtidai istintaqda təsdiq ediblər ki, hadisə yerində üç nəfər olub. Emini aldadaraq hadisə  baş verən yerə Əli Yusifov aparıb. Həmçinin, bu hadisə baş verənə qədər Yusifovlar ailəsilə Eminin söz- söhbəti olub. Eminin üstünə Zaurla, Zamin vinçester tipli silah çəkiblər. Həsən belində bıçaqla Eminin maşınına oturub. Həsən də öz ifadələrində bu halları 5 dəfə  təsdiq edib.Həmçinin, Zaur hafisədən 6 gün əvvəl yazdığı meşajda Eminin bir - iki gündən sonra öldürəcəyini deyib. Həmçinin, Zaur  hadisə günü əynində olan paltarı istintaqa təqdim etməyim. Baldırına bıçaq dəydiyindən əynindəki şalvar, ya nəsə deşilməli idi. Həmçinin, Məlahət xanım hadisə baş verəndən 5- 6 dəqiqə sonra hadisə yerindəki iki bıçağı özü polisə təqdim edib.  Ekspert rəyinə görə hadisə ən azı iki bıçaqla törədilib.İstintaqda əşyayi - dəlil kimi bir bıçaq var. O biri bıçaq yoxdu. Əgər o biri bıçaq Eminə məxsus olubsa o niyə yağlı əppək olub göyə çəkilib? Həmçinin, nə hadisədən  əvvəl, nə də sonra nə Əli, nə Zaur, nə Emin,  nə də Həsən təcili yardıma, polisə məlumat verməyiblər. Həmçinin, həmin gün Yusifovlar hadisə yerinin 26 metrliyində yerləşən evlərindən bütün arvad- uşaqları uzaqda yaşayan qohumlarının yanına aparıblar. 

Zaur Yusifov

Niyə?...

Həmçinin, hadisə yerilə üzbəüz Müdafiə Naziri Zakir Həsənovun villasındakı kameraların lentinə bu cinayət hadisəsi mütləq yazılıb. Həmin kameradakı görüntülərin alınmasına heç bir cəhd edilməyib. Yeri gəlmişkən, buradan hörmətli Zakir Həsənova müraciət edirəm. Villasının kameralarındakı 9 may 2019 - cu il tarixli görüntülərin məhkəməyə təqdim edilməsinə  göstəriş versin və bu cinayət hadisəsinin açılmasına yardımçı olsun. Həmçinin, ibtidai istintaqa hadisəni gözü ilə görüb ifadə verən bütün şahidlər ya qorxudularaq, ya şirnikləndirilərək məhkəməyə gəlmələrinə əngəllər törədilib. Və bu hal davam etdirilir. Bu qanuni yollarla aradan qaldırılmalıdır mütləq.Hələlik bu qədər. İndi aydın oldumu: Niyə və hansı səbəbdən Zaur və Əli Yusufovlar hələlik azadlıqda qalıblar?

VİDEO



Mübariz Məsimoğlu

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın