Kriminal avtoritet Elnur Şuşalı videosunu yayan adama mesaj verdi: ''Bu hərəkətini həmin adama keçməyəcəm''

08, 06, 18
18:44

Kriminal avtoritet Elnur Şuşalı videosunu yayan adama mesaj verdi: ''Bu hərəkətini həmin adama keçməyəcəm''


Kriminal aləmində "Elnur Şuşalı” ləqəbi ilə tanınan kriminal avtoritetin sosial şəbəkələrdə yayılmış videosuna aydınlıq gətirdi. Elnur Şuşalı Azerbaycanrealligi.com xəbər verir ki, Criminal.az saytına açıqlamasında bildirdi ki, həmin videonu yayan şəxs bibisi oğludur: ''Onu Avropaya gətirmişdim. 7 ay evimdə saxladım. Mənə deyirdi ki, sən mənim ata əvəzimsən. Sonra dedi ki, Bakıya gedib qayıdacam. Bakıya gələndən sonra belə bir videonu yaydı. O videomu yaymaqla məni şantaj edir. Məqsədi məni qıcıqlandırıb Azərbaycana gətirməkdir. Normal adam axı belə hərəkət etməz. O ozü proqramistdir. Hələ deyir ki, məni şantaj edən bir neçə video hazırlayıb. O, öz cəzasını alacaq. Evdən bayıra da çıxmır. Nə vaxta kimi evdə oturacaq? Mən bu hərəkəti həmin adama keçməyəcəm''.  
Kriminal avtoritet Elnur ÅuÅalı videosunu yayan adama mesaj verdi: ''Bu hÉrÉkÉtini hÉmin adama keçmÉyÉcÉm''
Elnur Şuşalı əlavə etdi ki, Avropada xeyriyyə fondunun rəhbəridir, məqsədi orada yaşayan azərbaycanlılar dayaq olmaqdır: ''Elnur Şuşalı yetim-yesirə dayaq oldu yazmadınız, Avropada millətinin dayağıdır yazmırsınız. Hansısı şərəfsizin yaydığını paylaşırsınız. Biz hamıya hörmət qoyan insanlarıq. Mən dövlətimi, bayrağımı, şəhidimi sevən adamam. Normal adam belə hərəkət etmək olmaz. Ağır atletika üzrə parolimpiyaçıyam. Azərbaycanın bayrağını qaldırmışam. Bu vaxta qədər ağzımdan söyüş çıxdığını görmüsünüz? Mən Avropada millətimə dayaq olmasam məni basıb yeyerlər. Elnur Şuşalı erməniyə əl uzatmayıb. Avtoritet hörmətli şəxs olmalıdır. Bu səviyyə gələn kimi əziyət çəkmişəm. Adamın yaxın qohumundan ziyan gələndə pis təsir edir. Elnur Şuşalı xeyriyyəçiliklə məşğuldur. Böyük bir xeyriyə fondurnun rəhbəriyəm''. 

 Elnur Şuşalı "Lotu Quli”nin ən yaxın adamlarındandır. İddialara görə, Nadir Səlifov azadlığa çıxdıqdan sonra Elnur Şuşalı Avropaya nəzarət etməyə başlayıb. Bundan başqa avtoritet, bir müddət öncə İstanbula yollanaraq, böyük qardaş hesab etdiyi "Lotu Quli”ni ziyarət etmişdi. Marıtn sonlarında İsveç polisi tərəfindən saxlanılması xəbəri yayılan kriminal avtoritet dostlarına mesaj göndərərək şərlənərək həbs olunduğunu bəyan etmişdi. 

Bizimlə əlaqə saxlayın