Masallıda əməliyyat: Həbs olunan var – FOTO

22, 06, 21
21:00

Masallıda əməliyyat: Həbs olunan var – FOTO


Masallı rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Bu barədə Azerbaycanrealligi.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Masallı rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş İ.Çobanov Masallı rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.

Şöbədə üzərinə keçirilən baxış zamanı İ.Çobanovun əlindəki sellofan torbadan 1 kiloqram 175 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın