yuxarı
Tramvaylar Bakıya qayıdır? - AÇIQLAMA
14, 11, 24
08:30
Tramvaylar Bakıya qayıdır? - AÇIQLAMA
Bakıda yeni yerüstü relsli nəqliyyat ola bilər, bununla bağlı yaxın illərdə konkret qərar veriləcək.
"Azərbaycan Reallığı"nın məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda Bakıda əsas məsələ yerüstü ictimai nəqliyyatla bağlıdır. Avtobusların növü dəyişdirilir, elektrik avtobusları gətirilir.
Nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, əhalinin mobilliyinin təmin olunmasında ictimai nəqliyyatın payı heç olmaya, yarıya yaxınlaşmalıdır. O zaman tıxacların sayı azalacaq. İnsanların yoldakı zaman itkisi azalacaq. Bunun üçün isə yerüstü relsli nəqliyyat vasitələrinin yenidən bərpası zəruridir.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək