Lənkəranskinin Türkiyədəki dostu... - Lotu Qulinin yeni rəqibi kimdir?

22, 06, 18
17:35

Lənkəranskinin Türkiyədəki dostu... - Lotu Qulinin yeni rəqibi kimdir?

Lənkəranskinin Türkiyədəki dostu... - Lotu Qulinin yeni rəqibi kimdir?


Bir müddət əvvələ qədər azadlıqda ancaq 3 “kit” vardı: Merab Canqveladze, Nadir Səlifov (Lotu Quli) və Laşa Şuşanaşvili. Ancaq indi Quli və Merab qalıb. Merab və Laşa bir-birini qarşılıqlı olaraq "tanımır", görüşmür və ünsiyyət saxlamırlar. Quli isə onların hər ikisi ilə ünsiyyətdədir, ancaq distansiyanı qoruyur.
Bunu Rusiyanın kriminal aləmindən yazan məşhur "Praym-kraym" saytının baş redaktoru Viktor Qefter müsahibəsində deyib. Onun sözlərinə görə, hazırda Rusiyada kriminal aləmin liderliyi uğrunda savaş gedir. “Şakro Molodoy” həbsdə olduğundan əsas mübarizə adı çəkilən 3 şəxs olacaq. Beləliklə, kifayət qədər ambisiyalı olan Lotu Quli Merab Canqveladze və Laşa Şuşanaşvili ilə kəllə-kəlləyə gəlməli olacaq.
Bəs, Loti Qulinin rəqiblərinin keçmişi haqqında nə bilirik? Teleqraf.com bu dəfə onlaran biri - Merab Canqveladze barəsində araşdırmasını təqdim edir.
Merab Canqveladze 1962-ci ilin noyabr ayının 20-də Suxumidə anadan olub. O, 1985-ci ildə 24 yaşında Kardava Vaxtanq Nikolayeviç (Vaxo Suxumski), Kvaraçxeliya Otari Ceveboviç ("Kimo") və Canaşvili Valeryan Borisoviç (Valter Suxumski) tərəfindən taclandırılıb. “Qanuni oğru” adını gənc yaşlarında alan Merabın kriminal aləmdə onun ailəsini təmsil edən kiçik qardaşı da var. 1975-ci ildə anadan olan Levan da "Suxumski" ləqəbi ilə tanınır. Onun "Lənkəranski" ilə yaxşı münasibətləri olub.
Merab Canqveladze müxtəlif illərdə oğru aləminin ayrı-ayrı üzvləri ilə konfliktlərdə olub. Bu siyahıya Kaxa Canqveladze (“Şalvoviç”), Qayoz Akakiyeviç Kvaraçxeliya (“Qiya”), Yuri Viktoroviç Puçiqin (“Piçuqa”), Vaxtanq Nikolaeviç Kardava (“Vaxo Suxumski”), Badri Amberkiyeviç Koquaşvili (“Badri Kutasiki”), Emkar Aronoviç Caparidze (“Kvatiya”), Aslan Paşoviç Usoyan (“Ded Xasan”) kimi qanuni oğrular daxildir.
Merab Rusiya mafiyasının “xaç atası” sayılan Vyaçeslav İvankova (“Yaponçik”) 2009-cu il iyulun 28-də edilən sui-qəsddə əsas şübhəli kimi tanınıb. Sui-qəsdin sifarişçiləri arasında Merab ilə yanaşı Rövşən Lənkəranskinin adı da hallanır.
“Yaponçik”in öldürülməsindən sonra “Suxumski”nin “Ded Xasan”la münasibətləri daha da pisləşir.
2010-cu ildə Usoyan Moskvada 50 nəfər “qanuni oğru”nun iştirakı ilə Merab Suxumskinin işinə baxılması üçün “sxodka” çağırıb. Bu zaman Merabla bağlı ortaya sənədlər qoyulub, şahidlər dəvət edilib. Söhbətin hansı sübutlardan getdiyi açıqlanmasa da, nəticə “Ded Xasan”ın istədiyi olur. Merab “oğru” adından məhrum edilir.
Qeyd edək ki, “Ded Xasan”ın qətlindən sonra da Suxumski və Lənkəranskinin adları qətlin sifarişçiləri siyahısında birgə hallanıb.
Merab Canqveladzenin (Merab Suxumski) İtaliyada həbsdən çıxandan sonra Türkiyədə məskunlaşdığı deyilir.
Növbəti yazımız Lotu Qulinin digər rəqibi Laşa Şuşanaşvili barədə olacaq.

Müəllif: Ruslan   

Bizimlə əlaqə saxlayın