Daha bir 17 yaşlı qız özünü asdı – Ərə vermək istəyiblər

07, 08, 19
09:44

Daha bir 17 yaşlı qız özünü asdı – Ərə vermək istəyiblər

Daha bir 17 yaÅlı qız özünü asdı â
Azərbaycanda daha bir 17 yaşlı qız intihar edib.

Hadisə avqustun 6-na keçən gecə Cəlilabad rayonunun Əliqasımlı kəndində baş verib. Kənd sakini Hacıyeva Aysun Maqsud qızı həyətdəki yarımtikilidə özünü asıb.

Cəlilabad rayonunun hüquq-mühafizə orqanlarından verilən məlumata görə, qızın özünü öldürməsinə səbəb ailəsinin onu məcburi şəkildə ərə vermək istəməsi olub.

Belə ki, qız nənəsi və babası ilə yaşayıb. Atası A,Hacıyevanın anasından boşanaraq Rusiyaya gedib. Anası isə İmişli rayonunda ərə gedərək qızı valideynlərinin yanında qoyub. İlkin məlumata görə, nənə nəvəsini ərə vermək istəyib və bəyin ailəsini də seçib. Lakin qızın özü bu nikahı istəməyib. A.Hacıyeva taxıl kisələrinin üzərinə çıxaraq tikilidə özünü asıb.

Nəvənin meyitini nənəsi tapıb. Onlar bir otaqda yatıblar və qadın çarpayısında nəvəsini görməyəndə onu axtarmağa başlayıb.
Faktla bağlı rayon prokurorluğu araşdırma aparır.

Xatırladaq ki, analoji hadisə Zaqatala rayonunda baş verib. Belə ki, bir müddət əvvəl 17 yaşlı Gülər İsmayılova özünü asıb. Onun intiharına səbəb kimi məcburi ərə verilməsi ehtimal olunur. Məlumat üçün bildirək ki, Gülər nişanlı olub. 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın