23 yaşlı oğlan azyaşlıya tövlədə təcavüz etdi - Azərbaycanda BİABIRÇI OLAY

03, 08, 19
15:10

23 yaşlı oğlan azyaşlıya tövlədə təcavüz etdi - Azərbaycanda BİABIRÇI OLAY

Ağsu rayonunda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1996-cı il təvəllüdlü Samir Səlimovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Samir Səlimov on dörd yaşına çatmayan Xaliq Vəliyevin köməksiz vəziyyətindən istifadə edib, ona zor tətbiq etməklə uşaqbazlıq edib.

Tövlədə zorakılıq

Belə ki, o, ötən il yaşadıqları Ağsu rayonunun Qəşəd kəndində, həmkəndlisi 2002-ci ildə anadan olmuş Xaliq Vəliyevi yumurta götürmək adı ilə aldadıb və mərhum babasının həyətindəki tövləyə aparıb.

Orada Samir Səlimov cinsi ehtirasını təmin etmək məqsədilə Xaliq Vəliyevə qarşı zorakılıq göstərib. O, əvvəlcə Xaliqə cinsi əlaqədə olmağı təklif edib.

Qeyri-təbii yolla cinsi əlaqə

Amma azyaşlı onunla cinsi əlaqədə olmaqdan imtina edib. Bu zaman Samir Səlimov azyaşlı həmkəndlisinə zor tətbiq edərək arxadan onu qucaqlayıb, sonra qollarını tutaraq şalvarını zorla aşağı çəkib.

Daha sonra Samir Səlimov azyaşlını yerə yıxaraq, qeyri-təbii yolla onunla cinsi əlaqədə olub, daha sonra onu “oral” seks hərəkətləri etməyə məcbur edib.

9 il cəza

İstintaq orqanı tərəfindən Samir Səlimovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Səlimov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Samir Səlimov apelyasiya şikayəti verib. 

Şikayət etdi, cəzadan azad edilmədi

Samir Səlimov barəsində olan hökmün dəyişdirilməsini, onun cəzasının yüngülləşdirilməsini xahiş edib. Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin olunmayıb.

Bundan sonra Samir Səlimov kasasiya şikayəti verib. Onun kasasiya şikayətinə Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiyada baxılıb.

Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, kasasiya şikayəti təmin olunmayıb.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın