Neftçalada üç gənc dənizdə boğuldu - Meyitləri hələ tapılmayıb

24, 07, 19
21:33

Neftçalada üç gənc dənizdə boğuldu - Meyitləri hələ tapılmayıb


Neftçalada üç nəfər dənizdə boğulub.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Həsənabad qəsəbəsi ərazisində baş verib.
Qəsəbə sakinləri - 1993-cü il təvəllüdlü Alkişiyev Fariz Arif oğlu, 1990-cı il təvəllüdlü Babayev Fərid Namiq oğlu və 1992-ci il təvəllüdlü Nəcəfov Şəhriyar Telman oğlu Xəzər dənizində çimərkən batıblar.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Hazırda həmin şəxslərin tapılması istiqamətində axtarışlar davam edir.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın