Lənkəraniskinin “qardaşı” güllələndi

09, 04, 19
10:08

Lənkəraniskinin “qardaşı” güllələndi

LÉnkÉraniskinin âqardaÅıâ güllÉlÉndi
Məşhur “qanuni oğru”, kriminal aləmdə “Şeyx Xəmzət” kimi tanınan Xəmzət Qastəmirov sui-qəsdə məruz qalıb.

Hadisə Almaniyanın paytaxtı Berlində baş verib. Belə ki, günorta saatlarında silahlı şəxslər Qastamirova və cangüdənləri Abubakar Qastamirovla Bislan Qaytukaevə avtomatlardan atəş açıblar. Hər üç şəxs atəş nəticəsində ağır yaralanıb. Xəstəxanaya çatdırılan yaralıların həyati təhlükəsinin davam etdiyi bildirilir.

Qeyd edək ki, “Şeyx Xəmzət” 2016-cı ildə İstanbulda qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin mənəvi qardaşı və varisi hesab olunur. “Şeyx Xəmzət” Rövşən Canıyevin vəfatından sonra onun varisi elan edilib.

Onu da qeyd edək ki, hadisə zamanı yaralanan Abubakar Qastamirov “Şeyx Xəmzət”in qardaşı oğludur.

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın