Zaur Muradxanli yazir: Türkiyə 24 iyun seçkiləri: faktlar və arqumentlər

10, 06, 18
10:53

Zaur Muradxanli yazir: Türkiyə 24 iyun seçkiləri: faktlar və arqumentlər

Rəcəb bəyin mitinqdə iştirakçılara xitabən onları qoyuna, özünü isə çobana bənzətməsinə bele təpki verməyəcək duruma gətirmişdir.

24 iyun seçkilərinə qalan vaxt azaldıqca türk araşdırma şirkətlərinin rəy sorğularının nəticələri havada uçuşmaqdadır. Bəzilərinin maraqları daha çox seçki sonuclarını manipilyasiya, digərlərininki isə bu şirkətlərin müxəlif arqumentlərə söykənən təxminləri ilə ictimai fikri məşğul etməkdədir. Hələ 2002-ci ildə bir proyekt olaraq qərb mətbəxində hazırlanıb türk qardaşlarımıza servis edilən AKP höküməti və onun missiyası bitmədiyindən qərbdəki dəstəkçiləri bu qeyri-milli hökuməti iqtidarda tuta bilmək üçün ciddi-cəhdlə çalışmaqdadır. 16 illik AKP iqtidarının insanlar üzərindəki psixoloji təsiri nəticəsində türk cəmiyyətində baş verən mənəvi yozlaşma ve sosial çürümə sadə xalq kütlələrinə nəinki bu alçaldıcı missiyanı unutdurub, hətta onları Rəcəb bəyin mitinqdə iştirakçılara xitabən onları qoyuna, özünü isə çobana bənzətməsinə bele təpki verməyəcək duruma gətirmişdir.
Əlbəttə, bütün bunlar sadəcə AKP-nin mərifəti sayəsində baş verməmişdir, bu sosioloji çürümə baş verdiyi zaman lazımi münbit şəraiti təşkil edən qərb strateqlerini, mediasını və maddi dəstəyini qətiyyən gözardı etmək olmaz. Əgər belə olmasaydı, bizim qocaların dili ilə desək, “hep-heplediyi”, xüsusilə, son günlərdəki mitinq və telegörüşlərində bariz şəkildə aşkara çıxan Rəcəb bəyin arxasında bu qədər dayanmaz, hətta ətrafındakılar belə onu ülgücün ucunda yeridiyi uçurumdan aşağı itələməyə çalışardılar. Burada sual oluna bilər, bəs onun hegemon baxışılarının dili ilə desək, hələ də “dəliyə süpürülməmə”sinin səbəbi nədir? Bunun səbəbləri ölkədaxili və ölkəxarici səbəblər olaraq iki yerə bölünə bilər. Ölkədaxilində Rəcəb bəyin AKP yuxarı eşalonunda özü ilə bərabər cinayət və rüşvət bataqlığına sürüklədiyi insanları toplayıb onlara “men gedersem, kodesi boylayacaqsınız” mesajı verməklə ətrafında tutur. Ayrıca, Türkiyənin üz qarası olan bu islamçı kəsim məhz son 16 ildə təriqətlərin heç vaxt bu qədər münbit şəraitdə inkişaf etməməsi, əxlaqsızların bu təriqət və fondların çətiri altında gizlənərək könülləri arzuladığı qədər uşaqbazlıq ve oğlançılıq etmələri, məcsidləri Adana ve Konya örnəklərində olduğu kimi istədiklərində seks yuvasına çevirmələri, istədiklərində isə Malatyadakı kimi sataraq yerində şirkət tikmələri səbəbindən bu seçimlərdə də Rəcəb bəyə və onun partiyasına dəstək verməkdədirlər. Bir də tərəfdarları olan iş adamları vardır ki, hətta bəzi tenderlərdə həqiqi dəyərin 50 qatı bahasına qiymətlə müqavilələr imzalanaraq dövlətin soyulmasında iştirakından və talan edilən pulların bu şirkətlərlə bölüşdürülməsi hadisəsindən danışılmaqdadır. Ölkəxarici dəstəkçilərə gəldikdə isə, əlbəttə ki, bunlar yəhudi lobbisi (xatırladım ki, yer üzündə "Üstün cəsarət medalı" adlı yəhudi ordeni alan yeganə müsəlman lider Rəcəbdir), ingilis, fransız və amerikan hökumətləridir. Son vaxtlaradək Suriyadakı ortaq maraqları səbəbi ilə Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri, habelə, Bəhreyn də Türkiyəni dəstəkləyirdisə də, artıq bu ərəb ölkələri nəinki onu dəstəkləmir, hətta kralının ölümü münasibəti ilə 3 gün qara geyinən Türkiyəyə qarşı Səudiyyə Ərəbistanı belə arxa çevirmişdir. Rəcəb bəyin sadəcə, qərb tərəfdəki ortaqları hələ də onun arxasındadırlar ki, bu da Böyük Orta Doğu proyektinin bitməməsi səbəbindəndir. Bütün bu güclərin birləşərək, bir də üstəlik yüksək seçim kurulunda saxtakarlıqların ediləcəyi siqnalını açıq-aşkar verərək, Rəcəb bəy və partiyasını bu seçimlərdə də qalib gətirmək niyyətləri aşkar görünməkdədir. Mən burada hansı ekspertin nə dediyindən çox öz analizlərimə arxalanaraq tam əminliklə bildirirəm ki, əgər bu seçkilərdə hətta 16 aprel referendumundakı qədər saxtalaşdırma olsa belə, Rəcəb bəy tarixin tozlu səhifəsinə atılacaqdır. Çünki Meral Akşenerin dili ile desək, artıq Türkiyədə “dib dalğa” gəlməkdədir. Bir də Rəcəbin başına gələn pronrter faciəsi, Kanal D-dəki qalmaqal, ibtidai sinifdə oxuyarkən siniflərində 75 nəfərin olması barəsində elə sinif yoldaşı tərəfindən yerindəcə yalanlanmış bəyənatı və sair sözləri artıq onun gözlə görünən fiziki yorğunluğunun əqli performansına da əhəmiyyətli dərəcədə təsir etdiyi və hətta bu təsirin müşavirlər ordusunun bütün səylərinə baxmadan aradan qaldırıla bilmədiyi nəzərdən qaçmamaqdadır. Rəy sorğularına görə Rəcəb hələ də digər prezidentliyə namizədlər arasında liderdir, amma, məncə, onun ilk turda seçilməməsi psixoloji baryerlərin aşılmasına səbəb olacaqdır ki, bu da ikinci turda hansı rəqiblər qalmasından asılı olmayaraq Rəcəbin mütləq məğlubiyyəti demək olacaqdır.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın