İmamların adı çəkilən klipi müdafiə edən məşhur şair - BUNA GÖRƏ MƏKTƏBLƏRDƏ ÖZBAŞINALIQDIR!

03, 02, 22
09:23

İmamların adı çəkilən klipi müdafiə edən məşhur şair - BUNA GÖRƏ MƏKTƏBLƏRDƏ ÖZBAŞINALIQDIR!


Bir neçə müddət öncə məktəbdə 12 İmamın adı çəkilən klip izləyiciləri tərəfindən birmənalı qarşılanmamışdı. Klipi tənqid edənlərin sayı da az deyildi.  Məsələ ilə bağlı Bakufakta müsahibə verən gənc şair Elcan Məmiyev bildirib ki, qəlbində Allah sevgisi, İmam sevgisi olmayan uşaqlar gələcək üçün təhlükəli insanlardır.  Hal-hazırda məktəblərdə hər gün özbaşınalıq videoları yayılmaqdadır.

Ya şagirdlər kriminal aləmə meyil edir, ya sevgiyə, ya da digər şeylərə.  Qeyd edim ki, bunlar ölkəmizdə normal qarşılanır, amma 12 İmamın adı çəkilən klip bu qədər sensassiyaya səbəb oldu. Niyə?! Səbəb nədir?!

Niyə dinini sevənlərə, İmamlarımızı sevənlərə İranın agenti adı qoyulur?! Bəs ölkəmizdə LGBT nümayəndələri azad gəzəndə, internet saytlarında, ictimai məkanlarda, hətta televiziyada açıq olaraq əxlaqsızlığı təbliğ edəndə niyı bu qədər tənqid olunmur?! Niyə onu təbliğ edənləri Avropanın tulası adlandırmırıq?!  

Bir sıra qruplar ölkəmizdə peyda olub ki, bu qruplar dinimizi gözdən salmaq istəyirlər. Amma bunu unutmayaq ki, Günəş ləkə götürmür! Bir uşağın İmamlarımızı tanıması, onlara olan sevgi ilə böyüməsinin gələcəyinə nə kimi ziyanı ola bilər, bunu anlamıram. Əslində cəmiyətə layiqli şəkildə formalaşması üçün gənclərimizdə dinə, İmama olan sevgi formalaşmalıdır.  

Ölkəmizdə hal hazırda gündəmdə olan videolara baxdıqda adam dəhşətə gəlir. Gəncliyimiz puç olur! Müəllimə olan hörmət demək olar ki, itib! Müəllimin əl qolu bağlanıb, uşağa güldən ağır bir söz vəya hərəkət də edə bilmir!

Amma uşaqlar məktəbdə ağlına gələn hərəkətləri edir və bu azmış kimi bunu sosial şəbəkələrdə paylaşıb digərlərinə də pis nümunə olurlar.  

Amma indi övladının öhtəsindən gəlməyən valideyn, müəllimin də uşağını əhliləşdirmək üçün adi bir şillə vurduğunu görəndə ora-bura müraciət edirlər. Məncə övladların bu qədər özünə güvənli, ərköyün böyüdülməsi gələcəyimiz üçün böyük bir təhlükədir.

Gələcəkdə artıq müəllim-şagird pərdəsinin aradan qaldırılması gözlənilir vı bu da böyük faciədir

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın