KAMAZ ŞOFERİ BALAYAR SADİQ

16, 07, 18
19:04

KAMAZ ŞOFERİ BALAYAR SADİQ

KAMAZ ŞOFERİ BALAYAR SADİQ



Balayar Sadiq tamaşaçı ola-ola özünü qol vuran futbolçu hesab edir. Həm özü özünü aldadır, həm də mütaliəsiz, istedadsız ədəbiyyat xadimləri onu istəmədən barmaqlarının ucuna dolayırlar. Bilirsiz necədir? Məntiqli, mütaliyəli dost-tanış, oxucu qarşısında şair olmaq Balayarın işi deyil. Gəlin, açıq danışaq da, Yeseninin on şeirini əzbər bilən və ya dünya poeziyasından xəbəri olan hansı oxucu Balayara şair deyər? Allaha and olsun ki, qərəzli düşünmürəm, sadəcə real fikirlərimi yazıram. Səhv deyirəmsə, deyin, ayə, a mənasız, taxtabaş səhv deyirsən. Bəlkə mənim görmədiyim həqiqətlər var ki, siz bilirsiz. Məsələn, deyin ki, Balayarın hansısa şeirini Fransız şairləri oxuyub dəhşətə gəliblər, ya da Banqladeşdən bir oxucu möhkəm ağlayıb. Deyin də, niyə susursuz? Demirsizsə, deməli, mən düz deyirəm. Bəzi adamlar yazır ki, niyə camaata ilişirsən? Qəti mənim heç kimə ilişmək fikrim yoxdur, ancaq əminəm ki, bu fukirləri kimsə deməlidir. Deməlidir ki, Balayar, 180 yaşın var, hələ ümid eləyirsən, gələcəkdə böyük şair olacaqsan. Məncə, bir adam biznesə girişib uğur qazanmırsa, başını buraxmalıdır, başqa biri daşa hücum çəkib heykəl qayırmaq istəyirsə və alınmırsa, gedib başqa işin qulpundan yapışmalıdır. Balayar Sadiq 90 ildi şeir yazır, hələ də yazır. Ya bu adamın ciddi bir problemi var, ya da elə bilir ki, yaza bilir. Onu da deyim ki, əgər qərəzli, düşünülmüş, planlaşdırılmış şəkildə yazıramsa, allah mənə lənət etsin, baxın, mən özümə böyük qardaş bildiyim Salam Sarvandan da yazıram, ədəbiyyata heç bir dəxli olmayan Qismətdən də. Hamıdan yazıram, haqsızlıq harda gördüm,yazıram. Səhv edirəm? Balayar kimi bacarmaq şansı olmadığı bir işə girişən adama yol göstərmək səhvdir?  Yenə deyirəm ki, bu yazıları mən planlı şəkildə yazmıram. Belə deyim, bu gün evdən çıxdım, astanofkaya (dayanacağa) çathaçatda Balayar düşdü yadıma, elə bil yuxarıda kimsə üzümə dirəşdi ki, otur avtobusa yaz. Oturub yazıram, hələ Pasiolka-kirova çatmamışam, metroya çatanacan yəqin yazı bitər. Deməyim odur ki, mən böyük zaman, böyük məntiq, böyük araşdırmalar aparmıram, ağlıma gəlir, anidən 20-25 dəqiqəyə yazıb birbaşa bura paylaşıram. Balayar kimilər isə hesab edir ki, mən üç gecə yatmayıb ona yazı yazmışam. Əvvəla üç gecə vaxtıma dəyəcək adam yoxdur ki, onu oturub tənqid edəm. Balayar elə avtobusda haqqında yazı yazılası adamdır. Çünki, iki vur iki bərabərdi dört qədər sadə və üzdə olan bir adamdır.  Yazı, qələm, istedad belə bir şeydir ki, məsələn, sən hansısa yazıya başladın, yazı özü səni aparır, elə bil öz evini tanıyan ata minmisən və üstündə yatmısan, şirin yuxudan ayılırsan ki, evdəsən, at səni ünvana çatdırıb. Yəni istedad at kimidir, mindin, yüyən də qələmdir, tutdun, vəssəlam, lazım olan yerə gedib çıxacaqsan. Balayar Sadiq isə kor atı minim köndələn də çapa bilmir. Heç onun atı da yoxdur, ağsaq bir eşşəyə minib bizələyir. Dəfələrlə eşşək onu qaldırıb çırpıb yerə, yenə də xeyri yoxdur.  Keçən həftə Kamran Həsənlinin verlişinə baxırdım, Balayar da ordaydı, eləcə danışırdı. Yaman coşmuşdu, saxlamaq olmurdu, reklamları da danışdı, axırsa Kamran ayağa qalxıb gəldi birtəhər saxladı, sonra da ona yəni Balayara mədəniyyətsiz, tərbiyəsiz dedi. Balayar cavab vermədi. Eləcə susdu. Elə bil bayaqdan beşatılan kimi danışan bu deyildi. Axıra qədər susdu. Bilirsiz, bir şair ikiadamlıq dialoqda özünü müdafiə edə bilmirsə, öz xalqını, millətini, mentalitetini, milli mənəvi dəyərini necə müdafiə edəcək? Şəxsən mən Kamran Həsənli haqqında status yazdım ki, bir insanı verlişinə çağırıb tərbiəsiz adlandırmaq elə özü bir tərbiəsizlikdir, ədəbsizlikdir.  Nəisə, dəyərli dostlar, mən metroya çatıram, ona görə də yazını burda bitirmək zorundayam. Balayar Sadiqə deyin ki, İltipaza bir az da şeir satıb kamaz alsın, çünki Balayardan çox gözəl kamaz şoferi çıxar.

Bizimlə əlaqə saxlayın