Bir ana öz övladına “bu adam türkdür, onu öldür”, niyə desin? – Marqarita Simonyana CAVAB

22, 09, 21
11:33

Bir ana öz övladına “bu adam türkdür, onu öldür”, niyə desin? – Marqarita Simonyana CAVAB



Kubra Məhərrəmova yazır

Rusiyanın əksər media holdinqlərində yüksək vəzifələrdə ermənilərin olması heç kimə sirr deyil. Ermənilər uzun illər çalışıb özləri üçün koalisiya yarada biliblər. 

Böyük nüfuza və imkanlara da malikdilər. Biz 44 günlük Vətən müharibəsi zamanı Rusiya mediasının bir qisminin necə həyasızcasına Azərbaycana qarşı qərəzli mövqe sərgilədiyinin şahidi də olduq. Çünki heç kim öz “erməni şef”inə qarşı söz deyə bilməzdi. 

Rusiyada fəaliyyət göstərən “erməni şef”lərdən biri də “Rossiya Seqodnya” telekanalının baş redaktoru Marqarita Simonyandır. Yadınıza gəlirsə, bir müddət əvvəl “Erməni kilsəsi” Marqaritadan imtina etmişdir. Bütün ermənilərin Katolikosu II Qareqin Simonyana Tanrıya erməni dilində müraciət etməyə və erməni kilsələrinə getməyi qadağan etmişdir. 

Dünən Marqarita öz “Facebook” səhifəsində uşaqlarının oxuduğu mahnını paylaşıb.

Simonyanın 8 yaşlı qızı və 7 yaşlı oğlu erməni dilində, böyük həvəslə, erməni xislətini ifadə edən “Zartnir, lao” (Oğlum, oyan) mahnısını oxuyurlar.

Moskvada doğulan iki erməni uşağının oxuduğu mahnı isə “Türkləri öldürün” mesajını çatdırır. Qeyd edim ki, Marqarita özü də Krasnodarda doğulub. Lakin bu ona düşmən, satqın, iyrənc erməni düşüncəsini daşımağa mane olmur. 

Marqarita öz övladlarını bu yaşda türklərlə mübarizə etməyə, türkləri öldürməyi öyrədir. KİV başçısı digər həmvətənləri kimi faşist düşüncələri övladlarında aşılayır. Etnik mənsubiyyətə görə insanların öldürülməsini dəstəkləyir. Uşaqlar da sevə-sevə mahnını ifa edirlər. Ana da baxıb fəxr edir.
Sabah da bu ruhda böyüyən erməni uşaqları rahatlıqla mənim övladımı ancaq ona görə öldürəcək ki, mənimki TÜRKDÜR! Sadəcə biz başqa etnik qrupa aid olduğumuz üçün bizi öldürəcəklər. Necə ki, bunu 1918-ci ildə Bakı və digər böyük şəhərlərdə, 1992-ci ildə 26 fevralda Xocalıda ediblər. Tarix isə təkrarlanmağı sevir. Ondan dərs almayınca.

Yaxşı, nədir bu ermənilərin türklə davası? Belə çıxır ki, əgər müasir cəmiyyətdə yaşayan, dünyanı gəzən, milyonlara sahib bir erməni ana övladlarında bu nifrəti, düşmənçiliyi aşılayırsa, türkləri öldürün deyə bağırırsa, biz dağda yaşayan, erməni kilsəsinin dediyindən başqa heç kimə inanmayan savadsız, dünya görüşü olmayan ermənidən nə gözləyək? Bütün düşüncəsi nifrət və qəzəblə dolu olan erməni beynini necə sağaldaq? Necə ağıllandıraq ki, ay erməni, öldürməklə, vurmaqla bir şeyə nail ola bilməyəksən. Nə qədər türkü tələyə salsan da, zəhərləsən də, yenə də türk səndən qat-qat çoxdur, üstündün, güclüdür. Sən, erməni, heç vaxt türkə qalıb gələ bilməyəcəksən. Bu günlərdə sosial şəbəkələrdə oxuduğum bu cümlə yadıma düşdü: “Sən Türk olduğunu unutsan da, düşmənin əsla unutmaz”. 

Görünür qiyamətə qədər düşmənlərimiz bizi bunu unutmağa imkan verməyəcəklər. Nə gözəl. Türk olduğumuzu heç olmasa buna görə unutmalı deyilik. Bir daha diqqətinizə çatdırıram ki, düşmənçiliyi biz etmirik. Biz normal qonşuluq münasibətləri üçün çalışırıq. Bütün olub keçənlərdən sonra yenə də məntiq və ağılla hərəkət edirik. Amma qarşı tərəfdən bunu görürükmü? Bir ana, bir qadın, niyə içində bu qədər nifrət daşısın. Öz övladını bu yaşında niyə zəhərləsin? Bax, bu adam türkdür, onu öldür, niyə desin? 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın