Gülər Heydarova yazır: "Müsahibə verəndə ağladım."

01, 10, 18
09:32

Gülər Heydarova yazır: "Müsahibə verəndə ağladım."

Müsahibə verirdim. "Xoşbəxtsən?" sualını verdilər. Gülümsədim, yan keçmək istədim. Onlar mənim gülən üzümü gördülər, verdiyim cavab daxilimi deyil, xaricimi təsdiqləməli idi. Susdum. Düşünməyə başladım. Öz-özümə ssenaristəm dedim. Başımı qaldırdım. Gözümdən bir damla göz yaşı düşdü mikrofonun üstünə. Düşən damlanın ardınca:

- Gözümə toz düşdü, - bildirdim. 
1 dəqiqə dayandım, davam etdim. Mənə "Xoşbəxtsən" sualı əvəzinə "Ssenari yazmağı niyə bu qədər çox sevirsən?" soruşsaydılar, daha rahat cavab verərdim. Xoşbəxt olmasam da, özümü ssenarilərdə yaşadıram. Sual vermək istəyəcəksiniz "Gülər xanım, ssenarilər xoşbəxt sonluqla bitmədiyi zaman nə edirsiniz?" Bu suala da cavabım var. Yaşadığımız bu dünyada həyatımızın hər saniyəsi bəyəm xoşbəxtlikdən ibarətdir? Bəzən üzülürük, bəzən gülürük. Siz bunları real həyatda yaşayırsınız. Sizlər kimi realda bunları çox yaşadım. İstəməsək belə, bizə xoşbəxtliyi unutduran hadisələr olur. Ssenari yazmağın marağı xoşbəxt olmasan belə, özünü xoşbəxt rollarda yaşadırsan. Baş verən üzücü hadisələri yaşamırsan. Dodağında gülüş yaradan rollarda yaşayırsan. 

Hər zaman gülümsə xoşbəxt görsən. Səni yıxmalarına imkan vermə. Başqa peşənin sahibi olsan belə. Real həyatının ssenarisini yaz. Xoşbəxt rolların aktyoru özün ol.
Jurnalist:

- Daxilən xoşbəxt deyilsiniz. Xoşbəxtliyinizi rahatlıqla təsdiqləyə bilmədiniz. Gözünüzdən düşən damla tozdan yaranmamışdı. Bu cavabı sizin yerinizə verdiyim suala düşündüyünüz bir neçə dəqiqə və yaranan göz yaşınız verməli oldu. Axı mən jurnalistəm.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın