Vərəm xəstəliyindən əziyyət çəkən yazıçı prezidentə müraciət etdi: Bununla bağlı sizə məktub yazmışdım. Sonradan məktubun taleyi ilə maraqlandım və məlum oldu ki, məktubum sizə verilməyib.

13, 12, 18
16:41

Vərəm xəstəliyindən əziyyət çəkən yazıçı prezidentə müraciət etdi: Bununla bağlı sizə məktub yazmışdım. Sonradan məktubun taleyi ilə maraqlandım və məlum oldu ki, məktubum sizə verilməyib.



Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə

Yazıçı Elşad Barat tərəfindən Məktub Hörmətli prezident!

Sizin apardığınız siyasətin nəticəsidir ki, bu gün ölkəmizdə bütün sahələr kifayət qədər inkişaf edib. Çox təssüf bəzi məmurlar o inkişafla xalq arasında uçurum yaradıblar. Onlar inkişafda olan bütün sahələri zəbt ediblər. Mənim kimi aşağı təbəqəli insanlar yaşamaqda əziyyət çəkir, hər addımda əzilir. Bütün bunlara görə sizə və xalqa xəyanət içərisində olan o məmurları cəzalandıracağınıza əminəm. O məmurlar imkan vermir ki, mənim kimi çoxuşaqlı ailə başçıları kirayə yaşadığı evinə bir tikə çörək aparsın. Məktubumu çox uzatmadan sizdən xahiş edirəm, bizim problemlərimizin həlli istiqamətində lazım olan göstərişləri, tapşırıqları verəsiniz. Məlumat üçün bildirim ki, mən hazırda vərəm xəstəsiyəm, müalicə alıram. Dərmanlarımın 4-ü xəstəxana tərəfindən pulsuz verilir, paralel müalicə üçün qiyməti bundan dəfələrlə çox olan dərmanları isə özüm almaq məcburiyyətindəyəm. Ancaq işsiz olduğuma görə ala bilmirəm. Hal-hazırda müalicəm yarımçıq davam edir. Bununla bağlı sizə məktub yazmışdım. Sonradan məktubun taleyi ilə maraqlandım və məlum oldu ki, məktubum sizə verilməyib.

İmza: Elşad Barat

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın