Tarixi gün: Türkiyə prezidentini seçir

14, 05, 23
10:00

Tarixi gün: Türkiyə prezidentini seçir


Bu gün Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.  

"Azərbaycan Reallığı" xəbər verir ki, Türkiyə xalqı ölkənin 13-cü prezidentini və 28-ci dönəm parlamentin deputatlarını seçəcək.

Qeyd edək ki, prezidentlik uğrunda 3 namizəd - Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, “ATA İttifaqı”nın namizədi Sinan Oğan mübarizə aparır. 

Parlamentə daxil olmaq üçün 24 siyasi partiya və 151 müstəqil deputat namizədi yarışır.

Ölkə daxilində və xaricdə seçicilərin ümumi sayı 64 milyon 113 min 941-dir. Onlardan 60 milyon 697 min 843 nəfəri yerli seçicilərdir. Yerli seçicilərin 30 milyon 710 min 790-ı (50,6 faiz) qadın, 29 milyon 897 min 53-ü (49,4 faiz) kişidir. Ölkə üzrə ortopedik və görmə qüsurlu seçicilərin sayı 989 min 543, 75 və yuxarı yaşda olan seçicilərin sayı 3 milyon 180 min 802, həbsxanada olan seçicilərin sayı 53 min 172 nəfərdir. 4 milyon 904 min 672 nəfər 18 yaşdan yuxarı seçici bu gün ilk dəfə səs verəcək. Prezident seçkiləri ikinci tura keçərsə, ilk dəfə səs verəcək seçicilərin sayına 2435 yeni seçici əlavə olunacaq. 

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın