Mən olmasam, seçkini 1-ci turda o qazanacaq – İncə
Türkiyənin Məmləkət Partiyasının sədri Məhərrəm İncə CHP lideri Kamal Kılıçdaroğlunu tənqid edib.
"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
“21 ildir ki, Rəcəb Tayyib Ərdoğanı məğlub edə bilmirsən. Trollarınla üzərimə hücum edirsən. Məncə, utanmalısan. Təkrar soruşuram: Sənə əngəl oluram, yoxsa yardımçı? Mən nəticələri 2-ci tura buraxıram. Səhv edirsiniz, trollar, mən olmasam, 1-ci turda seçkini Ərdoğan qazanacaq", - partiya sədri bildirib.
AZƏRBAYCANREALLIĞI.COM
Bizimlə əlaqə WhatsApp (055) 8288841